GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Maşınlarda pərdə və plyonka qadağası qanundan çıxarılır

Maşınlarda pərdə və plyonka qadağası qanundan çıxarılır

Tarix: 19-11-2019, 14:14 Bölmə :Maraqlı Baxış: 537
Maşınlarda pərdə və plyonka qadağası qanundan çıxarılır


Çingiz Qənizadə: “Qanunvericilikdə bununla bağlı dəyişikliklərin edilməsi üçün iş aparılır”

Ölkədə qüvvədə olan absurd qanunlar sırasında ilk yerdə nəqliyyat vasitələrinə arxa və yan şüşələrinə pərdə və plyonka vurulmasını mövsümi olaraq yasaqlayan qanundur desək, yanılmarıq. İllərdir ki, bu məsələ gündəmdən düşmür. Deputatlar, vəkillər, ictimaiyyət nümayəndələri bu qadağanın, sadəcə, acı gülüş doğurduğunu söyləməkdən yorulublar.

Qadağanın mahiyyəti də budur ki, 1 may tarixindən 15 noyabra qədər maşının arxa və yan şüşələrinə plyonka və pərdə vurmaq olar, qalan müddətdə - yəni noyabrın 16-dan aprelin 30-dək bunu etmək olmaz. Niyəsini də vaxtilə belə izah edirlər ki, plyonka və pərdələr hüquq-mühafizə orqanlarına cinayətkarların axtarışında maneçilik törədə bilər. Belə çıxır ki, cinayətkarlar yalnız 16 noyabr-1 may tarixlərində mövcud olurlar? Digər tərəfdən, maşında gedən cinayətkarın yaxalanması vizual baxışla olmur. Bəllidir ki, əməliyyat tədbiri keçirilmirsə, yaxud avtomobil şübhə doğurmursa, hüquq-mühafizə orqanı əməkdaşları bütün günü maşınların içərisinə boylanmırlar. Əgər maşın şübhə doğurubsa, onun içərisində cinayətkarın hərəkət etməsi haqda məlumat və ya şübhə varsa, təbii ki, onu postda saxladıb müvafiq tədbirlər görürlər.

Bir çox ekspertlər bildirirlər ki, maşının idarə edilməsinə mane olmayan - arxa və arxa yan şüşələrə plyonka, pərdə vurmaq günəş şüalarından qorunmaqla yanaşı, həm də insan hüquqları məsələsinə aid olan məsələdir və buna görə də bu məsələdə sərbəstlik olmalıdır. Məsələn, bir çox insanlar ailəsinin, yaxud özünün yollarda hərəkət edərkən kənar şəxslər tərəfindən görünməsini istəmir...

Deyəsən, məsələnin illərdir gündəmdən düşməməsi bəhrəsini verməkdədir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov noyabrın 15-də pərdə və plyonkalı (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.

Bununla bağlı Ramiz Zeynalovun imzaladığı telefonoqram sosial şəbəkələrdə, media da yayılıb. Telefonoqramda qeyd edilib ki, respublikanın iqlim şəraiti nəzər alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.

Tapşırığa əsasən nəqliyyat vasitələrinin arxa və yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək.

Absurd qadağanın əleyhidarlarından olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə “Yeni Müsavat” bildirib ki, hələlik vəziyyət qeyri-müəyyəndir: “Düzdür, müvəqqəti olaraq bu qadağanın tətbiqi dayandırılıb. Yəni maşınlarında arxa və yan şüşələrində pərdə olan sürücülər inzibati qaydada cərimələnməyəcəklər. Amma bu qadağanın ləğv olunması ilə bağlı hələ qərar yoxdur. Noyabrın 14-də hörmətli Ramiz Zeynalov yerlərə telefonoqram göndərib və qadağanın dayandırılmasını əmr edib. Qanunvericilikdə bu qadağa ilə bağlı dəyişikliklərin edilməsi üçün iş aparılır. Nə qədər ki, ”Yol hərəkəti haqqında" Qanundan pərdə və plyonkalarla bağlı qadağanı ehtiva edən maddə çıxarılmayıb, bu qadağa istənilən vaxt tətbiq edilə bilər. Müvafiq qurumlar bu qanunun üzərində işləyirlər. Ümid edirəm ki, yaxın günlərdə qanunda dəyişiklik olacaq, arxa və yan şüşələrə pərdə və plyonkaların vurulması ilə bağlı qadağalar götürüləcək. İstəyirəm ki, bu qərar ləğv olunsun. Belə hesab edirəm ki, bu qadağanın qoyulması yanlışdır. Ola bilər 15-20 il öncə bu, cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində lazım idi. Çünki ölkədə durum fərqli idi, indi zaman dəyişib. Cənab prezident turizmin inkişafı ilə bağlı mövqe ortaya qoyub, turistlər gəlir. Biz o turistləri başa sala bilmərik ki, hansı ayda jalüzlərdən istifadə etmək olar, hansı ayda yox. Turistə necə demək olar ki, bizdə aprelin 30-da maşında plyonka qadağandır, mayın birində isə olar. Avropa Komissiyasının qərarına görə, arxa yan şüşələrə pərdə vurulması sürücünün öhdəsinə buraxılır. Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq? Biz Avropaya inteqrasiya ediriksə bu qadağanı ləğv etməliyik. Hər il 100 minə yaxın sürücü bu qadağaların təsiri altına düşürdü. Mən bu qadağanın ləğvinin tərəfdarıyam. Bir daha qeyd edirəm ki, əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi".

Çingiz Qənizadə deyir ki, məsələni parlamentdə də dəfələrlə gündəmə gətirib: “Düşünürəm ki, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarını Azərbaycanda tətbiq etmək mümkündür. Buna konstitusiyasımız, ”Yol hərəkəti haqqında" Qanun və ötən ilin dekabrında prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Yol hərəkətinin təhlükəsizliyinə dair” 2019-2023-cü illər üzrə Dövlət Proqramı da imkan verir".

Deputatın sözlərinə görə, belə bir fikir də formalışır ki, bu qadağaların mahiyyəti hansısa iş adamlarına şərait yaratmaqdır: “Ölkəyə plyonka və pərdələri gətirənlər 6 ay satışla məşğul olurlar, daha sonra sökülür, növbəti 6 ayda yenidən satışa başlayırlar. Bu az rəqəm deyil, 100 mindən çox maşında bu gün plyonkalar var. Bu adamlar niyə cəzalanmalıdır, bunu başa düşmürəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yol polisi: plyonka mövsümü bu gün başa çatır

    Yol polisi: plyonka mövsümü bu gün başa çatır ...

    15-11-2014, 11:36

  • 
  • Komitənin qərarı qüvvəyə minir: - 150 manatlıq cərimədən qorunun!

    Komitənin qərarı qüvvəyə minir: - 150 manatlıq ...

    11-11-2014, 13:42

  • 
  • Yol polisi plyonka söhbətinə son qoydu - Oxuyun, sonra kim istəsə vurar

    Yol polisi plyonka söhbətinə son qoydu - Oxuyun, ...

    27-05-2019, 22:45

  • 
  • Zaqatala icra başçısı prezidentin tələbini niyə qulaqardına vurur?

    Zaqatala icra başçısı prezidentin tələbini niyə ...

    8-04-2014, 10:13

  • 
  • Avtomobillərdə pərdə-jalüz mövsümü başladı

    Avtomobillərdə pərdə-jalüz mövsümü başladı ...

    1-05-2018, 10:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu