GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakimiyyət Kremllə açıq döyüşdə

Hakimiyyət Kremllə açıq döyüşdə

Tarix: 16-12-2012, 12:26 Bölmə :Maraqlı Baxış: 695
Hakimiyyət Kremllə açıq döyüşdə

İqtidar daxilində Rusiyaya aid qanadın budanması prosesi başlayıb

gundemxeber.az Neçə müddətdir ki, qarşıdan gələn prezident seçkilərilə əlaqədar hakimiyyət daxilindəki qruplaşmalar bir-birilərinə əzələ nümayiş etdirirlər. Əslində artıq proseslər əzələ nümayişindən də ötəyə keçərək, qarşılıqlı həmlələr müstəvisinə çoxdan keçib alıb. Sadəcə olaraq baş verənlərdə ictimaiyyətin gözlədiyi tempin müşahidə olunmaması, bir qədər səngimiş situasiya ab-havası yaratmaqdadır. Amma məsələ heç də göründüyü kimi deyil. Tərəflər hazırki situasiyada daha çox ehtiyatlı davranmaq və proseslərdən daha az itki, daha çox uduşla çıxmağı məqsəd kimi qoyduqlarından mövcud atmosferə zəmin yaratmış olublar. Nə baş verir?
Apardığımız araşdırmalara görə, daha çox görünəni bu gün iqtidar daxilində Rusiyaya aid qanadın budanması fonunda cərəyan edən olaylardır. Elə bunun da nəticəsidir ki, rəsmi Moskva 2013-cü il astanasında Azərbaycan iqtidarına sərt tövrlərini də zaman-zaman nümayiş etdirir. Həm Rusiya Azərbaycan Təşkilatları İttifaqı müstəvisində baş verənlər və həm də bağlı qapılar arxasında aparılan danışıqlar belə bir təəssürat yaradır ki, artıq balanslaşdırılmış siyasət kursundan imtina edən rəsmi Bakı özünün yeni siyasi mərhələsinə qədəm qoymaq üçün məhz qarşıdan gələn prezident seçkilərini ən münbit zaman kimi seçib.
Aydın olur ki, əslində Bakı seçimində yanılmayıb. Həqiqətən də bu gün Azərbaycan bir dövlət olaraq tərəf nümayiş etdirmə mərhələsinə qədəm basdığından dünənə qədər alternativsiz görünən balanslaşdırılmış siyasət kursundan imtinanın zamanı da çatmış kimi görünür. Kimsəyə sirr deyil ki, Azərbaycan üçün hazırda əsas təlayüklü məsələ məhz Qarabağ problemidir və balanslaşdırılmış siyasi kursa sədaqət də bu problemin həlli yolunda hansısa yanlışın buraxılmamasına hesablanmaqda idi. Amma illərdir baş verənlər də ortaya bir mənzərəni çıxarır ki, Azərbaycanın konkret olaraq balansını qoruduğu tərəflərdən birinin - Rusiyanın bu problemin həllində daha çox əyləc rolunu oynaması faktdır. Qarabağ kartından davamlı olaraq Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edən Rusiya Azərbaycan dövləti üçün mühüm strateji əhəmiyyət daşıyan çox ciddi layihələri belə əngəlləməyə müvəffəq olub. Hər halda, Azərbaycanın NATO-ya heç bir zaman üzv olmaması kimi gerçəkliyin, NABUCCO kimi mühüm bir layihənin tarixin arxivinə göndərilməsi faktının məhz qeyd olunan amillə birbaşa bağlı olduğu isbata ehtiyacı olmayanlardandır və bu kimi faktların sırasını daha da genişləndirmək olar.
Bu isə o deməkdir ki, dünənə qədər Azərbaycanın Rusiyanın namını qorumasından bir dövlət olaraq heç bir fayda götürməmişik. Əgər məsələ Qarabağ probleminin həlli ilə bağlıdırsa, bu halda belə Kremlin kimin əmisi oğlu olduğuna əlavə sübut tələb olunmur. Hətta Rusiyanın dövlət rəsmiləri aşkar surətdə dəfələrlə bəyan ediblər ki, onlar Azərbaycanın Qarabağı geri qaytarmasını sakit qarşılaya bilməzlər. Bundan net mövqe ola bilməz. Rusiyanın prezidenti Vladimir Putinin isə hansı dərəcədə erməni yandaşı olmasının da sübuta ehtiyacı yoxdur. İllər əvvəl İrəvanda olarkən Dəli Pyotrun ermənilər haqqında, ermənilərin qorunması haqqında vəsiyyətini xatırladan Putin öz sözünü «skazano, sdelano» ifadəsi ilə bitirməsində də məsələnin nə yerdə olduğunu diqqətlərimizə çatdırmışdı.
Əslində Azərbaycanın inkişaf yolunun məhz Qərbə doğru istiqamətdə olması şübhəsizdir. Bunu həm də Qərbin regiondakı maraqlarının məhz Azərbaycanın dövlət maraqları ilə üst-üstə düşməsi faktorudur. Bu gün ABŞ-ın İranla bağlı planlarının Azərbaycanın Güney Azərbaycan probleminin həllində ciddi təkan olacağı heç şübhəsizdir. Bu gün Avropanın Rusiya neft-qazının asılılığından azad olma təşəbbüslərinin Azərbaycan üçün yeni siyasi-iqtisadi şanslara yol açması tam şübhəsizdir. Bu gün Qarabağ probleminin həllinə Rusiyadan daha praqmatik yanaşmanı ortaya qoyan Qərbin güc olduğu təqdirdə Azərbaycanın öz ərazi bütünlüyünü təmin etməsinə göz yuma bilməsi da şübhə doğurmamaqdadır.
Belə olan təqdirdə rəsmi Bakının 2013-cü ilə öz mövqeyini bəyan edərək getməsi bir tərəfdən ölkəmizlə bağlı bir sıra gərginliklərə gətirib çıxarsa da, uzun müddətə konservləşdirilmiş problemlərin həlli üçün də əsas təkanverici səbəb rolunu oynamış olacaq. Yəni bu gün baş verənlər məhz dövlətçiliyimiz baxımından vacib olanıdır…

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət daxilində şok dəyişikliklər

    Hakimiyyət daxilində şok dəyişikliklər ...

    10-01-2013, 11:48

  • 
  • Milli Şurada baş verənlər bəlli bir ssenarinin nəticəsidir…

    Milli Şurada baş verənlər bəlli bir ssenarinin ...

    16-01-2014, 12:28

  • 
  • Şok gəlişmə: İqtidar daxilində yeni silkələnmə vədi

    Şok gəlişmə: İqtidar daxilində yeni silkələnmə ...

    28-11-2013, 20:25

  • 
  • Hakimiyyətin seçki gizlinləri

    Hakimiyyətin seçki gizlinləri ...

    5-03-2013, 10:46

  • 
  • Hakimiyyət içində gedən oyunlarin pərdəarxası

    Hakimiyyət içində gedən oyunlarin pərdəarxası ...

    27-01-2013, 12:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu