Ramiz Mhdiyev prezident seçkilərindən sonra vəzifədən alınarsa…
Hakim düşərgənin daxilində çox gərgin bir situasiya hökm sürməkdədir. Bu ilginc məlumatı bizə ötürən mötəbər mənbə iddia edir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəqiblərinə hələ də ayaqda olduğunu nümayiş etdirmək, hələ də prezidentin ona inandığını sübut etmək üçün müxtəlif yollardan və vasitələrdən istifadə etməkdədir. Amma əslində məsələ heç də görüntüdə olduğu kimi deyil və PA şefi ilə bağlı əvvəlki planlardan vaz keçilməyib. Mənbənin söylədikləri: «Ola bilsin ki, bu gün kameralar qarşısında, ictimai yerlərdə Ramiz Mehdiyev prezidentə daha yaxın məsafədə görünməyə çalışır. Amma fakt faktlığında qalır və hər kəsə məlumdur ki, o, çoxdan prezidentlə yollarını ayırıb və bu ayrılıq rəsmiləşməlidir». Mənbəmizin sözlərinə görə, Elşad Abdullayevlə bağlə məsələdən start götürən proses əslində tək rəsmi Bakının yox, həm də beynəlxalq qurumların da xüsusi diqqətindədir: «Rusiyanın mövqeiy aydındır və gözlənilən idi. Amma bir məsələ var ki, beynəlxalq təşkilatlar məhz bu məqamda iqtidarı görünməmiş şəkildə dəstəkləyirlər. Ən böyük dəstək isə ABŞ-dan edilməkdədir. Çünki dəfələrlə ABŞ-a aid ayrı-ayrı dövlət adamları, hətta açıq şəkildə belə Ramiz Mehdiyevin istefaya göndərilməsinin vacibliyindən danışıblar». Qəzetimizə danışan mənbəmiz sonda onu da əlavə etdi ki, proses yekunlaşacaq: «May ayına qədər hər şey bitməlidir. Hələlik sükutdur. Bu isə bəzi məsələlərlə əlaqədardır. Hər halda, Mehdiyevin prezident seçkilərindən sonra istefaya göndərilməsi ideyası da var. Bu baş verərsə, o zaman iqtidariçi durum 180 dərəcə dəyişəcək ki, bu da Mehdiyevdən sonrakı dönəmin də Mehdiyevsiz olmayacağı anlamını daşıyır». Azər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?