Berlində məşhur SS generalı, Holokost ideyasının müəlliflərindən biri Reynhard Heydrixin qəbri naməlum şəxslər tərəfindən açılıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə “Berliner Kurier” nəşri məlumat yayıb.
SS generalının qalıqlarına əl vurulmayıb. Həmin şəxslərin hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.
Nəşrin məlumatına görə, qəbrin üzərində hər hansı tanınma nişanı olmayıb. Ola bilsin ki, şübhəlilər Heydrixin məzarının yerini kimdənsə öyrəniblər. Qeyd edək ki, Reynhard Heydrix 1942-ci ildə sui-qəsd nəticəsində öldürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?