Sabiq MTN generalı Mövlam Şıxəliyev Novxanıdakı bağ massivində öz itləri üçün sözün həqiqi mənasında saray hesab ediləcək it damı inşa etdirib. Hansı ki, öz möhtəşəmliyi ilə göz oxşayan bu “damı” M.Şıxəliyevin köpək sevgisinin yaratdığı xarüqə də adlandırmaq olar. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, aqlaylarla əhatələnən it damlarında sabiq general alman və Dağıstan sortu olan itlər saxlayır ki, bu itlərə göstərilən baxım uzun illərdir ki, dillər əzbəridir. Belə ki, sözügedən itlərin qidalanmasına, tibbi baxımına, təliminə fantastik dərəcədə pul xərcləyən M.Şıxəliyev, məlum “MTN işi”ndən sonra da bu xobbisindən əl çəkmiş deyil. Bu gün də Novxanıdakı villasına ara-sıra baş çəkən MTN generalı itləri ilə birlikdə zaman keçirmək ənənəsinə sadiqlik nümayiş etdirir. Bundan başqa, M.Şıxəliyev yaşadığı villa ilə yanaşı, itlər üçün inşa edilən sığınacağın da dörd bir tərəfdən kameralarla texniki mühafizəsini təşkil edib ki, bu da MTN generalının itlərinə necə böyük dəyər verdiyini göstərir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?