Çində yayılan və bir çox insanın ölümünə səbəb olan koronovirusla bağlı Türkiyənin məşhur qida mütəxəssisi, professor Canan Karatay da maraqlı açıqlamalar verib.
Konfransda çıxış edən diyetoloq bu ölümcül virusdan qorunmağın yollarını göstərib:
"Korona viral bir infeksiyadır. Texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq, viruslarla başa çıxa bilmirik. Virusların hüceyrələrə daxil olmasına mane olmalıyıq. Virus hüceyrənin içərisinə girə bilməsə, xəstəlik yaranmır. Buna görə də immunitetimizi gücləndirməliyik. Hüceyrələr güclü olarsa, viruslar onlara daxil ola bilməyəcək. Koronovirus kimi viruslardan qorunmaq üçün evdə hazırlanan sirkə, qatıq, turşudan istifadə edin. Bunlar bağırsaqlardakı xeyirli bakteriyaları artırır. İnsanları təşvişə saldılar, amma narahat olmayın, bu virusun adi qripdən heç bir fərqi yoxdur".
C. Karatayın koronovirusdan qorunmaq üçün xaş yeməin də vacib olduğunu deyib: "Xaş güclü protein, balanslı yağ və vitamin mənbəyidir. Ağ çörəkdən uzaq durun, düzgün qidalanın, bol-bol su və oksigen qəbul edin, həm də xaş yeyin".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?