“Ermənilər hər səhər mənim xaşımı gətirir”. Moskvadakı Azərbaycan diasporunun nümayəndələrindən biri deyib ki, bu barədə Vladimir Jrinoviski azərbaycanlılara irad tutarkən deyib. Vladimir Jrinoviskinin Azərbaycana qarşı son iddialarından yola çıxaraq onunla bağlı bəzi maraqlı məlumatlar əldə etmişik. Jrinoviski ermənilərin hər səhər ona xaş gətirdiyini özü deyib və azərbaycanlılara “Moskvada bu qədər restoranınız var, amma bir dəfə səhər mənə xaş gətirdiyinizi görmədim”- deyə irad tutub. Jrinoviskinin partiyasının əsasən ermənilərlə işlədiyi məlumdur. Hətta bir neçə il öncə onun partiyasından yüksək vəzifə tutan bir erməni həbs edilmişdi. Diaspor fəalı deyir ki, Rusiyadakı tanınmış azərbaycanlılar Jrinoviski ilə işləməkdən imtina edirlər. Onu qeyri-ciddi adam gözündə görməklə yanaşı, buna səbəb Jrinoviskinin Kremlin adamı olması, yəni “xətadan uzaq durmaq” prinsipidir. “Burda diaspor rəhbərliyində olanlar, xüsusilə Rusiyada biznes qurmuş azərbaycanlıların adətən Kremlin istəyinə zidd addım atmırlar. Əgər Kreml Jrinoviskinin arxasından çəkilsə, vəziyyət başqa cür olardı. Jrinoviski də bundan istifadə edir. Onun azərbaycanlılara qarşı münasibətinin səbəbləri bir qədər qəribədir. Burda daha çox şəxsi məsələ üstünlük təşkil edir. Hətta bir dəfə bizimlə görüşəndə “bu qədər restoranınız var, amma mənim xaşımı hər səhər ermənilər gətirir” deyə bildirmişdi. Yarı zarafat, yarı ciddi azərbaycanlılara münasibətinin dəyişməsi üçün bizdən xaş qonaqlığı da istəmişdi”-deyə adının açıqlanmasının istəməyən azərbaycanlı bildirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?