Çin hökümətinin yüksək səviyyəli tibbi müşaviri bildirib ki, hazırda Çində koronavirusun yayılması ən yüksək həddinə çatıb və virusun yayılması aprel ayında sona çata bilər.
Reutersə müsahib verən 83 yaşlı həkim Zhong Nanshan SARS epidemiyası ilə mübarizə aparmasına görə şöhrət qazanıb. O həmçinin koronavirus haqqında həyəcan siqnalı verən və daha sonra bu virusdan həyatını itirən həkim Li Wenliang haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.
Lakin həkim Zhong hazırki xəstəliyin yayılmasının yavaşıyacağına nikbin baxır. Beləki o bəzi yerlərdə xəstəliyə yoluxma hallarının azaldığını bildirib.
Xəstəliyin pik həddinin fevral ayının ortaları və ya sonlarında ola biləcəyini deyən Zhog ondan sonra yoluxma hallarında azalmaların müşahidə olunacağını bildirib. O bu proqnozu riyazi hesablamalar, son hadisələr və Çin hökümətinin qabaqlayıcı tədbirləri ilə əsaslandırıb.
"Mən ümid edirəm bu xəstəlik və ya bu hadisə təxmiən aprel ayından başlayaraq sona çatacaq" deyə həkim bildirb.
Həkimin bu şərhləri 1000- dən çox adamın ölümünə və 40 mindən çox insanın yoluxmasına səbəb olmuş virusla bağlı qlobal narahatlığı nisbətən sakitləşdirə bilər. Lakin onun bu xəstəliklə bağlı verdiyi daha əvvəlki proqnoz özünü doğrultmamışdı.
"Biz bu xəstəliyin nə üçün yoluxucu olduğunu bilmirik və bu, böyük problemdir", deyən həkim 2002-2003-cü illlərdə dünyanı bürümüş SARS epidemiyası zamanı Çin hökümətinə fövqəladə vəziyyət zamanı sistemdəki qüsurları aşkar etmək üçün kömək etmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?