GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » «Azərsu» 3.8 milyard manatı nəyə xərcləyib?

«Azərsu» 3.8 milyard manatı nəyə xərcləyib?

Tarix: 27-08-2013, 11:31 Bölmə :Maraqlı Baxış: 872
 «Azərsu» 3.8 milyard manatı nəyə xərcləyib?

Külli miqdarda vəsait havaya sovurulub, Bakının su təminatı, kanalizasiya sistemi bərbad gündədir ASC rəhbərliyinin vəd etdiyi problemsiz gələcək niyə reallaşmır?
2005-ci ildən indiyədək büdcədən su və kanalizasiya sisteminin qurulmasına 2 milyard manatdan çox vəsait ayrılsa da, vəziyyət ildən-ilə düzəlmək əvəzinə daha da ağırlaşır. Bakıda ən çox rastlaşdığımız mənzərə - yağış yağan kimi paytaxtın mərkəzi küçələrinin gölməçələrdən keçilməz olması, kanalizasiya sisteminin bərbad vəziyyətindən xəbər verir. Maraqlıdır ki, həmin ərazilərin hamısı yenicə təmirdən çıxıb, kollektor sistemlərinin qurulması üçün vəsait ayrılıb. Təmirdən sonra məlum olur ki, kollektor sistemi ya quraşdırılmayıb, ya da işləmir.
8 ilə bitməyən layihələr

Qeyd edək ki, respublika üzrə yeni kanalizasiya və su sisteminin qurulması üçün xüsusi dövlət proqramları hazırlanıb. Bunlar həm dövlət büdcəsindən, həm də beynəlxalq maliyyə kreditləri hesabına həyata keçirilir. Dövlət büdcəsindən bu istiqamətə 2 milyard manat, beynəlxalq təşkilatlardan isə 1,8 milyard manat yönəldilib. Hazırda 38 rayonun 350 kənd və qəsəbəsində su təchizatının yaxşılaşdırılması istiqamətində işlər getdiyi deyilir. Bunların 17-si dövlət büdcəsi hesabına, 21-isə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlardan cəlb olunmuş kreditlər vasitəsilə reallaşdırılır.
Bundan əlavə, 1 milyard dollar Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə xərclənib. Lakin bu qədər pulun suya axmasına baxmayaraq, əhalinin içməli su ilə təminatında ciddi dəyişikliklər baş verməyib. Adıçəkilən su kəmərində böyük yeyintilər aşkar olunandan sonra «Azərsu» ASC rəhbərliyində sadəcə dəyişiklik oldu, heç bir məmur məsuliyyətə cəlb olunmadı. Yeni rəhbərlik iş başına keçəndən sonra büdcədə bu istiqamətdə daha böyük pullar ayrıldı. Məsələn, 2 milyard manatın 1,3 milyardı məhz son iki ildə istifadə edilib. Şəki və Gəncənin su, kanalizasiya boru xətlərinin dəyişdirilməsinə 2005-2013-cü illərdə 30 milyon manat vəsaiti təkcə Azərbaycan tərəfi israf edib. İldən-ilə ayrılan pullar azalmaq əvəzinə, 2-3 dəfə artıb.

Bakının rayoları nə üçün tez-tez susuz qalır?

Bu layihələrin şəffaf icrası ilə bağlı müəyyən şübhələr var. Qeyri-şəffaflıq daha çox mülkiyyətçilərə verilən kompensasiyalarda, kommunal xətlərin çəkilişi zamanı keyfiyyətli materiallardan istifadə edilməməsində, içməli suyun keyfiyyətinin hələ də düzəlməməsində özünü təzahür edir.
Məsələn, «Azərsu» ASC-nin mətbuat xidməti gündəlik pres-relizlər yayaraq, suyun verilişi ilə bağlı fasilələrin yaranmasına görə üzr istəyir. Hər dəfə Bakının müxtəlif rayonlarında içməli suyun və kanalizasiya xətlərinin təmir olunmsına görə fasilələr yaradılır. Bunu əhalini fasiləsiz su ilə təmin etmək üçün boru xətlərinin yenidən qurulmasıyla əlaqələndirirlər. Son iki ildə Bakının hər bir rayonu üzrə 4-5 dəfə suyun verilişi müvəqqəti dayandırılıb. Xətai rayonu üzrə aparılan təmir zamanı 2012-ci ildən suyun fasiləsiz veriləcəyi ilə bağlı vədlər verilmişdi. Lakin il yekunlaşmağa doğru gedir, Xətai sakinləri vədlərin reallaşmadığını görürlər. Bu il sözügedən rayon üzrə suyun gündəlik verilişində yaradılan fasilənin saatı daha bir müddət uzadılıb. Bu da aparılan yenidənqurma işlərinin keyfiyyətsiz görülməsindən xəbər verir. Bakının bütün rayonlarında eyni durum hökm sürür.

«Azərsu» əhalidən qanunsuz olaraq, sayğacların pulunu yığır

Adının çəkilməsini istəməyən mütəxəssis qəzetimizə diqqət çəkən faktlar təqdim edib. Onun sözlərinə görə, layihələrin icrasına nəzarət zəif olduğundan smeta dəyəri ildən-ilə şişir: «Oğuz-Qəbələ-Bakı su kəmərinin ilkin smetası təqribən 300 milyon manat hesablanmışdı. Sonradan 800 milyon manata qədər şişirdildi. Bu vəsait Dövlət Neft Fondundan ayrılmışdı.
Asiya Yenidənqurma və İnkişaf Bankı isə Göyçay rayonunun su və kanalizasiya sisteminin yenidənqurulmasına kredit ayırıb. Monitorinqlərdən məlum oldu ki, ciddi nəzarət olmadığınan mövcud su sistemini dağıdıb, bərpasını isə vaxtında yerinə yetirməmişdilər. Sonra acınacaqlı bir durum yarandı. Yüksəklikdə su anbarı düzəltmişdilər, qışda boruların partlaya biləcəyini nəzərə almamışdılar. Borular partlayandan sonra rayonun bütün su sistemi iflic duruma gətirdilər. Məcbur olub büdcədən əlavə vəsait ayırdılar ki, dağılmış sistemi düzəltsinlər. Nəticədə layihənin smetası bir qədər də böyüdü və icrası artıq neçə ildir ki, davam edir».
Mütəxəssis bildirdi ki, bu barədə Asiya Yenidənqurma və İnkişaf Bankına narahatlıqlarını çatdırıblar: «Beynəlxalq təşkilat nəzarət üçün əlavə mütəxəssislərin cəlb edilməsini tövsiyyə etdik, lakin razı olmadılar. O zaman su sayğaclarının quraşdırılmasının kredit hesabına həyata keçiriləcəyini və əhalidən heç bir vəsait alınmayacağını bildirmişdilər. Sonradan məlum oldu ki, «Azərsu»nun əməkdaşları sayğacın pulunu əhalidən yığıb».
Mütəxəssis əlavə etdi ki, «Azərsu»nun beynəlxaq təşkilatlardan aldığı kreditləri su tariflərinin qaldırılması hesabına ödənilməsi planlaşdırılır: «Bir tərəfdən sayğacların pulunu yığmaqla, digər tərəfdən tarifləri qaldırmaqla kredit borclarını ödəməyə çalışacaqlar».
Paytaxtın fasiləsiz su ilə təminatındakı problemə toxunan mütəxəssisə görə, xətlərdəki suyun 60 faizi itkiyə məruz qalır: «Dünya Bankı 2006-ci ildə bununla bağlı tədqiqat apardı. Məlum olmuşdu ki, suyun 35 faizi Bakıya gələn zaman, 25 faizi isə daxilə paylaşmada itir. Bunun bərpası üçün 3 milyard manat vəsait lazım olduğunu hesablamışdılar. Düşünürəm ki, «Oğuz-Qəbələ-Bakı» su kəmərinin tikintisinin əvəzinə, su itkisinin qarşısının alınmasına vəsait yönəldilməsi daha effektli olardı».

«Azərsu» məhkəmə qərarlarını icra etməkdən boyun qaçırır

Hüquqşünas Həmid Xəlilovun isə sözlərinə görə, «Azərsu» həyata keçirdiyi layihələrdə mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Qurum əlmak sahiblərinə kompensasiya ödəmək imtina edir: «Məsələn, «Oğuz-Qəbələ-Bakı» su kəmərinin çəkilişi ilə bağlı minlərlə mülkiyyətçinin torpağı əlindən alındı və əvəzində heç nə ödənilməldi. Mülkiyyətçilərdən bir neçəsini məhkəməyə verdi. Məhkəmə proseslərində uduşlarımız olsa da, «Azərsu» israrla ödəməkdən imtina edir. Məsələ o yerə çatır ki, məhkəmə iraçıları «Azərsu»yun maliyyə hesablarına həbs qoyur. Qurum ödəniş aparmaqdan yayınmaqla prosesi bacardığı qədər uzatmağa çalışır. İcraçıların köməyi olmadan şikayətçi qurumdan pulunu ala bilmir».

Dünya Bankının əməkdaşı layihələrə ciddi nəzarət etdiklərini deyir

Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Zaur Rzayev bildirdi ki, «Azərsu» ilə iki layihə üzrə işləyirlər: «O cümlədən, texniki missyaların aparılması yolu ilə işlərin gedişinə nəzər salırıq. Podratçılarla imzalanan bütün müqavilələr təşkilat tərəfindən təhlil olunur. Dünya Bankının qaydalarına görə, layihə icra olunarkən sosial və ekoloji normalara əməl etməlidir. Bütün bunlar kredit sazişlərində öz əksini tapır. Həmçinin hər bir layihə üzrə müstəqil texniki nəzarətçi şirkəti seçilir. Onlar podratçılarla birgə müvafiq qaydalara əməl edilməsinə nəzarət edirlər».
Beynəlxalq təşkilatın əməkdaşı bildirdi ki, maliyyələşdirdikləri layihələr çərçivəsində hər hansı bir torpaq alınması və köçürülməsi nəzərdə tutulmayıb. «Maliyyə vəsaitlərinin istifadəsinə dair monitorinqlər aparmısınızmı» sualına isə Z.Rzayev belə cavab verdi: «Layihə ilkin dəyərləndirilən zamanı podratçının seçilməsi haqqında hesabata, müqavilələrə Dünya Bankı tərəfindən baxılır. Növbəti mərhələdə müstəqil texniki nəzarət şirkəti tərəfindən görülən işlərin həcmi təsdiq edilir. Məhz onların təqdimatına əsasən, Dünya Bankı hissə-hissə ödənişlər aparır».
«Azərsu» ASC mətbuat xidmətinin rəhbəri telefon zənglərimizi qaldırmadığından, qurumun mövqeyini öyrənə bilmədik.

bizimyol.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mingəçeviri sel basdı: küçələr keçilməz oldu

    Mingəçeviri sel basdı: küçələr keçilməz oldu ...

    5-10-2015, 13:09

  • 
  • Qorxmaz Hüseynovun klan korrupsiyası

    Qorxmaz Hüseynovun klan korrupsiyası ...

    16-04-2015, 12:29

  • 
  • Nazirlər Kabinetindən yeni qərar

    Nazirlər Kabinetindən yeni qərar ...

    19-12-2012, 13:07

  • 
  • Məmur özbaşınalığı vətəndaşları bataqlığa batırır

    Məmur özbaşınalığı vətəndaşları bataqlığa batırır ...

    6-04-2016, 21:56

  • 
  • İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi

    İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi ...

    8-04-2015, 19:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu