Türkiyənin Çorum şəhərində maraqlı hadisə yaşanıb. Belə ki, tibb mərkəzində işləyən Əli Baki adlı gənc ailə üzvləri "evdə qal" və "sosial məsafə" qaydalarına riayət etmədiyi üçün onları polisə şikayət edib.
Ali Bajının ailə üzvləri qonşuları ilə birgə gəzintiyə getməyi planlaşdırıb. Gənc onlara bunun təhlükəli olduğu barədə xəbərdarlıq edib. Lakin ailə bu xəbərdarlığa məhəl qoymayıb. Nəticədə Ali Baki çıxış yolunu vəziyyəti polisə bildirməkdə görüb.
Hətta o bununla da yetinməyib ailəsini şikayət etdiyi anları çəkərək sosial şəbəkədə də paylaşıb və bu sözləri yazıb: "Qanuna əməl etməyən öz ata-anam da olsa, şikayət edərəm. Alov düşdüyü yeri yandırar. Sabah peşman olacağınız hərəkətlər etməyək,məcbur qalmadıqca evdən çıxmayaq".//yenisabah.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?