Koronavirus pandemiyası dövründə bir çoxları virusla bağlı yuxular gördüklərini deyir. Forumlar və veb səhifələrində insanların kabusları haqda bölüşməsi alimlər və psixoloqların diqqətini cəlb edib.
COVID qapanmaları ilə insanların yatmağa daha artıq vaxtı var.
Martın ortalarından bəri Google-da “qəribə karantin yuxuları” axtarışları 200 milyon dəfə artıb.
Psixoloqlar son zamanlar xəstələrinin qəribə, nigaranlıqla dolu və stresli yuxulardan şikayətlərinin artdığını deyir.
“Canlı yuxular və yuxu rejimindəki dəyişikliklər müxtəlif stres növləri və ya travmadan sonrakı stres pozuntusu ilə əlaqələndirilə bilər. Düşünürəm ki, bunu bir faktor kimi qəbul edə bilərik. Bu, kollektiv bir travmadır. Əhali arasında çox yaşanan, insanların birbaşa məruz qaldıqları və ya başqalarının onlara söylədikləri və ya media vasitəsi ilə mənfi xəbərlər onlarda bu travmanı yaradır” , psixoloq Dana Qarfin deyib.
Harvard Tibb Məktəbindən digər bir ekspert, professor Deirdre Barrett də pandemik yuxuları barədə şikayətlərin artdığını bildirib. O, pandemiyadan öncə eyni vəziyyətin 11 sentyabr hadisələri və İraqın Küveyti işğalı zamanı da müşahidə edildiyini deyir.
“Eyni məzmunlu yuxular çoxluq təşkil edir. Bəzi insanlar yuxularında virusa yoxduqlarını, nəfəs ala bilmədiklərini, hərarətlərinin artdığını görürlər. Digər bir böyük qrupda virus üçün metaforalarla bağlı yuxular görür. Bu insanlar onlarla müxtəlif parazit yuxulara məruz qalırlar. Çünki ingilis dilində virusun digər bir jarqonu parazitdir.”
Professor Roksanna Priçard isə deyir ki, koronavirus yırtıcı olmasa da, təhlükə səviyyəsi yüksək olan gözəgörünməz bir düşməndir.
“Təhlükənin məşqi. Ömür boyunca biz təbii fəlakətlərin ssenarilərini təcrübə edirik. Yuxu bizə bunların nəticələrini göstərir. Çünki biz yırtıcıdan necə qaçmalı, fəlakətlər zamanı nə edəcəyimizi bilirik. Biz bu nəticələri beynimizdə yaşadırıq. Bu da stressli yuxular və kabuslarla bağlı bir fərziyyədir.”
Yuxu ekspertləri insanlara rahat sağlam yatmağı tövsiyə edir. Çünki bu ağır dövrdə yuxusuzluq immun sistemini zəiflədə bilər.
Həkimlər yatmamışdan öncə ağıllı tefonlardan istifadə edilməsini məsləhət görmür. Belə ki, mavi işıq da yuxusuzluğa yol açır. Bunun yerinə xoşbəxt sonluqlu kitablar oxumaq məsləhət görülür.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?