GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Kərəm Həsənovun sonu

Kərəm Həsənovun sonu

Tarix: 12-09-2013, 12:57 Bölmə :Maraqlı Baxış: 1 407
 Kərəm Həsənovun sonu

Əliyev qardaşları üçün “fövqəladə hazırlıq”; Fərhad və Rafiq Əliyevlərin azadlığa buraxılmasına qarşı olanlar var; qardaşların imperiyasını ələ keçirənlər narahatdır və onların sırasında əsas fiqur ƏMDK sədridir...
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və qardaşı, “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin azadlığa buraxılacağı ilə bağlı xəbərlər hakimiyyət daxilində ciddi müzakirə mövzusuna çevrilib. Əliyev qardaşlarının həbsə göndərilməsində bu və ya digər dərəcədə rolu olanlar, onların əmlaklarını qeyri-qanuni ələ keçirənlər ciddi əl-ayağa düşüblər.
Prezidentin əfv ərizəsi yazan qardaşlarla bağlı son qərarı əfv fərmanı imzalanacaq gündə bilinəcək və bu səbəbdən də onların həbsxanada qalmasını istəyənlər ümidlərini itirməyiblər. Məsələn, bu arada F.Əliyevin cəza çəkdiyi 2 saylı müəssisədə qiyam olması, oraya qoşun yeridilməsi barədə xəbər diqqət çəkib. Xəbərin təqdimatında da F. Əliyevin adının qabardılması belə bir şübhələrə yol açır. F. Əliyevin azadlığa çıxmaq istədiyi bir vaxtda onun saxlandığı həbsxanada qiyam olması təsadüf olsa belə, diqqəti sabiq nazirin üzərinə çəkir. Prezident qarşısına sabiq nazirlə bağlı təkzibedilməz sübutlar qoyan dairələr təbii ki, Əliyev qardaşlarının “srok”larından əvvəl, həm də əfvlə azadlığa buraxılmasını istəmirlər.
Onlar əsl məqsədlərini “xəyanət bağışlanmır” kimi sözlərlə pərdələsələr də, aydındır ki, əslində Əliyevlərin dağıdılan əmlaklarının mümkün “razborka”sının açılmasını arzulamırlar.
Sabiq “Azpetrol” prezidenti R. Əliyev vergidən yayınmaqda və qaçaqmalçılıqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edildikdən sonra onun şirkəti prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun nəzarətinə keçib. Xatırlayırsınızsa, B. Əyyubovun həmkəndlisi və qohumu İbrahim Məmmədovun (“Azpetrol” un əməkdaşı olub) iddiası əsasında Bakı İqtisad Məhkəməsi şirkətdə Rafiq Əliyevin və hollandiyalı investorların təsisçilik hüququnun əllərindən alınması barədə qərar qəbul etdi.
R.Əliyev təsisçilik hüququnun bərpası üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etsə də, sonradan müəmmalı şəkildə şikayəti geri götürdü. Amma fakt odur ki, nəhəng bir şirkət R.Əliyevdən qanunsuz yolla alındı. Əlbəttə, R.Əliyevin azadlığa buraxılacağı təqdirdə, indi də şirkəti nəzarətində saxlayan B.Əyyubov kimi nüfuzlu fiqurla toqquşacağı mümkünsüz görünür. Amma R.Əliyevin də soruşa biləcəyi bir çox suallar var. Məlumatlara görə, şirkətin təhvil verilməsi ilə bağlı sənədi həbsxanada ona imzaladarkən, R.Əliyevə biznesdə yazılmamış qanun olan “halalıq haqqı” belə verilməyib.
Məlumatlara görə, Əliyev qardaşlarının azadlığa buraxılacağından ən ciddi narahat olan və təlaşa düşən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. K.Həsənov F.Əliyevin həbsxanaya salınmasındakı rolunu hər zaman inkar edib və əsl həqiqəti də yəqin ki, iki həmkəndli özləri daha dəqiq bilir. Amma bir fakt dəqiqdir ki, F.Əliyevin həbsindən sonra onun nazir kreslosuna olmasa da, qeyri-rəsmi imperiyasına K.Həsənov sahib durub. Xatırladaq ki, Fərhad Əliyev həbs edilərkən Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin rəhbəri olan K.Həsənov 2009-cu ildən daha geniş səlahiyyətlər verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sədri işləyir.
F.Əliyevin məhkəməsində ona əsas ittihamlardan biri məhz 314 min özəlləşdirmə çekinin mənimsənilməsi ilə bağlı idi. Məhkəmədə F.Əliyev bu ittihamı inkar edərək bu çeklərin 12 böyük obyektə qoyulduğunu və həmin obyektlərin onun həbsindən sonra özəlləşdirildiyini bildirmişdi. O, bu prosesdə Kərəm Həsənovun da iştirak etdiyini bildirmişdi və onun şahid kimi dindirilməsini tələb etmişdi. Amma aydındır ki, K.Həsənov “hakimiyyətin əsas düşmənlərindən birinə” belə bir jest edib həqiqəti deyə bilməzdi. Belə xəbərlər də var ki, komitə sədri onun vəzifəyə gətirilməsində əsas xeyirxahı olan sabiq iqtisadi inkişaf naziri ilə münasibətləri düzəltmək üçün bir neçə dəfə cəhd də edib. Komitə sədri Fərhad Əliyevin yaxınlarının yanına özünün deputat qardaşı Malik Həsənovu göndərib. O, F. Əliyevin qardaşlarını inandırmağa çalışıb ki, bu məsələdə Kərəm Həsənovun heç bir günahı yoxdur. Lakin qarşı tərəfi buna inandırmaq mümkün olmayıb.
F.Əliyevin komitə sədrinə inanmaması üçün səbəblər də var. Belə ki, həbsindən sonra o, Cəlilabadda F.Əliyevin qohumlarına diqqət göstərməyib və hətta onları sıxışdırıb da. Xəbərlər var ki, hətta bir hüzr məclisində üz-üzə gələn Həsənovlarla Əliyevlər nəslinin nümayəndələri dalaşıblar da. Qardaşını deputat edən K.Həsənov uzun müddətdir Cəlilabadın şəriksiz ağası olub. Üstəlik, komitə sədri kimi F.Əliyevin gizli saxlanılan əmlaklarını qorumayıb, onları hərraca çıxarıb.
Məsələn, K.Həsənovun göstərişi ilə F.Əliyevlə qardaşına məxsus olan və 2003-cü ildə özəlləşdirilən “Azərelektroterm” ASC-nin birinci özəlləşdirməsinin nəticələrinin ləğv edilərək təkrar satışa çıxarılmasını nümunə olaraq göstərmək olar.
Əliyev qardaşlarının şirkəti ilk dəfə Azərbaycan-Türkiyə birgə müəssisəsi olan A & D (təsisçilər: “Milan Group” - 50 faiz və “Azpetrol” - 50 faiz) 2003-cü ilin sonunda özəlləşdirilmişdi. 2005-ci ildə Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsində departament rəhbəri olan K.Həsənovun imzası ilə “Azərelektroterm”in səhmlərinə sahiblik şəhadətnaməsi verilib. Ancaq Əliyev qardaşlarının həbsindən dərhal sonra məhkəmə qaydasında özəlləşdirmənin nəticələri ləğv edilib. Növbəti dəfə “Azərelektroterm” 2007-ci ildə investisiya müsabiqəsinə çıxarılıb. Ancaq qanuna zidd olaraq, müsabiqənin nəticələri açıqlanmayıb. Ona görə buranı kimin özəlləşdirdiyi və götürdüyü öhdəliklər bəlli deyil. Yalnız o məlumdur ki, “Azərelektroterm”ə məxsus torpaq sahəsi 35,1 hektardan 12,3 hektara qədər azaldılıb və ASC-yə məxsus torpaq sahələri fiziki şəxslərə satılıb.
Bu, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşlarına məxsus obyektlərin onlardan alınaraq yenidən satışa çıxarılması ilə bağlı ilk fakt deyil. F.Əliyevə məxsus “Bakı Yoltikintiservis” “Daş Salahlı Bentonit” və “Azinşaat Sənaye” ASC-ləri təkrar satışa çıxarılaraq satılıb.
Bu yaxınlarda isə həbsdəki sabiq nazirə məxsus olduğu iddia edilən daha bir obyekt - Mingəçevir şəhərində yerləşən “Azərkabel” ASC K.Həsənov tərəfindən yenidən özəlləşdirilməyə çıxarılaraq, satılıb. “Azərkabel”in adı da dəyişdirilib və Kərəm Həsənov sabiq nazirin bu müəssisə üzərində olan bütün izlərini silib.
K.Həsənov F.Əliyevin həbsindən sonra xeyli güclənib və uzun müddətdir ki, Paşayevlərin patronajlığı altında “AZİNKO” kimi nəhəng şirkət quraraq fəaliyyət göstərir. Bu səbəbdən, ilk baxışda K. Həsənovun Əliyevlərin azadlığa buraxılmasından sonra özünə hansısa təhlükə yaranacağından xüsusi narahatlıq keçirməməlidir. Amma bilinən budur ki, Əliyevləri azadlığı onların əmlakını ələ keçirmiş bir çox adamlara, o cümlədən K. Həsənova sərf etmir. Ən azı o səbəbdən ki, qınayıcı baxışlarla və xoş olmayan suallarla üzləşməsinlər. Bu səbəbdən də əfv fərmanı imzalananadək Əliyev qardaşlarının başına “fövqəladə hadisələr”in gəlməsi də istisna deyil...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azpetrol” Fərhad Əliyevin qardaşına qaytarıldı

    “Azpetrol” Fərhad Əliyevin qardaşına qaytarıldı ...

    20-10-2013, 23:17

  • 
  • “Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə baxılacaq”

    “Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə ...

    5-09-2013, 18:52

  • 
  • Fərhad və Rafiq Əliyevlər anaları ilə görüşdülər

    Fərhad və Rafiq Əliyevlər anaları ilə görüşdülər ...

    15-10-2013, 12:36

  • 
  • Cəmil Həsənli Fərhad Əliyevlə görüşməyib

    Cəmil Həsənli Fərhad Əliyevlə görüşməyib ...

    21-10-2013, 12:47

  • 
  • Fərhad Əliyev xanımı ilə hələ də Londondadır

    Fərhad Əliyev xanımı ilə hələ də Londondadır ...

    11-12-2013, 16:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu