modern.az bir müddət öncə əfv olunaraq azadlığa buraxılan, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanı tərk edərək Londona getdiyi barədə xəbər vermişdi.
Ötən ayın ortalarında Azərbaycanı tərk etmiş Fərhad Əliyev hələ də vətənə qayıtmayıb. Bugun.az-ın əməkdaşı Fərhad Əliyevin telefonuna zəng edib. Telefonu onun yaxın qohumu açıb və bildirib ki, keşmiş nazir və onun xanımı Səbinə Əliyeva hələ də Londondadırlar. Onların Bakıya nə vaxt dönəcəyi barədə isə məlumatslız olduğunu deyib.
Qeyd edək ki, Fərhad Əliyevin yaxınları bir müddət öncə onun oğlu Yusifi görmək üçün Londona getdiyini bildirmişdi. Yusif İqtisadiyyat Məktəbində təhsil alır, bu məktəbdə isə təhsil intensiv keçirildiyi üçün sabiq nazir azadlığa çıxandan sonra oğlu Bakıya gələ bilməyib, ona görə də Fərhad Əliyev övladını görmək üçün Londona getməli olub.
Xatırladaq ki, 2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Sorğu
Yeni dizaynımız necədir?