Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev əfv ediləndən sonra onların hüquqlarının Müdafiə Komitəsinin sədri olmuş Cəmil Həsənli ilə görüşməyiblər.
C.Həsənli Teleqraf.com-a açıqlamasında həbsdən yeni çıxmış Əliyevlərlə görüşüb-görüşməməsilə bağlı sualı cavabsız qoyub.
Qeyd edib ki, bu gün saat 12.00-da Müsavat Partiyasının qərargahında keçirəcəyi mətbuat konfransında bu və digər suallara cavab verəcək.
C.Həsənlinin Seçki Qərargahının mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bildirib ki, C.Həsənli Əliyev qardaşları ilə görüşməyib və onların azadlığa buraxılması ilə bağlı münasibət bildirməyib.
Qeyd edək ki, F.Əliyev və onun qardaşı, iş adamı Rafiq Əliyev 2005-ci ilin oktyabr ayında həbs olunub. Sabiq nazir 10 il, qardaşı 9 il iş alıb. Lakin bu ilin oktyabrında prezident İlham Əliyevin əfv fərmanı ilə qardaşlar azad olunublar.
C.Həsənli 2005-ci ildən Fərhad və Rafiq Əliyev qardaşlarının hüqüqlarını müdafiə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?