GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Fiziki və ruhi sağlamlığın qənimi

Fiziki və ruhi sağlamlığın qənimi

Tarix: 20-09-2013, 23:58 Bölmə :Maraqlı Baxış: 1 603
Fiziki və ruhi sağlamlığın qənimi

Siqaret və spirtli içkilər zərərli vərdişlər hesab edilsə də, bu gün ölkəmizdə də kifayət qədər siqaret və spirtli içki aludəçisi var. Aludəçilər arasında kişilər çoxluq təkil etsə də, qadın və uşaqlar da az deyil.

Sosioloqların fikrincə, qadınlar çox zaman fərqli görünmək üçün siqaret çəkməyə üstünlük verirlər. Siqaret çəkərkən daha fərqli və çəkici göründüyünü hesab edən qadınlar onun sağlamlığa zərərləri barəsində düşünmək belə istəmirlər.

22 yaşlı Günel Mahmudova ali məktəblərdən birində təhsil alır. Dəblə ayaqlaşmağı sevən həmsöhbətimiz siqaret çəkməyə 19 yaşından başladığını deyir. Onun fikrincə, siqaret qadını daha çəkici edir: "Fikir verin, mənim siqaret çəkməyim qadın olduğunuz halda sizi də cəlb etdi. Mən diqqət mərkəzində olmağı sevirəm. Artıq 3 ildir ki, siqaret çəkirəm. Gündə 1 "paçka" çəkirəm".

Günel deyir ki, ilk dəfə siqareti gözəllik salonunda işləyən rəfiqəsinin təklifi ilə çəkib. "Mən düşünmürəm ki, siqaret çəkmək pis bir vərdişdir. Qonşu ölkələrə fikir verin, Türkiyədə qadınların çox hissəsi siqaret çəkir. Ailələri də var, uşaqları da. Sadəcə Azərbaycanda buna pis baxırlar. Şəxsən mənim üçün ətrafın fikri önəmli deyil".

Amma heç kim bir qadını, xüsusilə kişilər sevdikləri qadını siqaret çəkərkən görmək istəməzlər. Sorğu zamanı kişilərin bir çox hissəsi qadının siqaret çəkməsinə yaxşı baxmadıqlarını bildiriblər. Firdovsi Aşurullayev siqaret çəkən qadınları başa düşmədiyini deyir. Həsən Quluzadə isə siqaret çəkən qadının övladının xəstə olacağını düşünür. O bildirir ki, siqaret çəkən qadınla əsla ailə qurmaz.

Qadınlar üzərində aparılan araşdırmalar zamanı məlum olub ki, siqaret çəkmək onlar üçün bir aludəçilik, bağlılıq deyil. Yəni qadın istədiyi zaman siqareti atmaq gücünə malikdir.

Sosioloq Mətləb Mahmudovun sözlərinə görə isə bəzi qadınlar kişi kimi olmaq, görünmək istədikləri üçün siqaret çəkirlər. Ancaq qadınlar kişilərdən fərqli olaraq siqaretdən qaynaqlanan xəstəliklərə daha tez yoluxurlar.

Dünyada 15 yaşından yuxarı 1,5 milyard insan siqaret çəkir. Hər il tütünlə bağlı xəstəliklərdən 5,4 milyon insan dünyasını dəyişir. 2030-cu ilə qədər bu rəqəmin 8 milyona çatacağı gözlənilir. Onu da deyək ki, siqaret çəkmə halı kişilər arasında azaldığı halda qadınlar arasında günbəgün artır.

Bir çox insanlar siqareti tərgitməkdən qorxurlar. Mütəxəssislərin fikrincə, bu qorxu ruhi pozuntudur. Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, bəzi qadınlar hesab edirlər ki, siqareti atsalar kökələcəklər: "Siqareti atdıqdan sonra iştah və yuxu qaydasına düşdüyü üçün istənilən adam 2-3 kq çəki alır. Amma bu o qədər böyük bir rəqəm deyil".

Həmsöhbətimizin sözlərinə görə, indiki vaxtda təxminən 200 milyon qadın siqaret çəkməkdədir. Dediyinə görə, tütün istifadəsi, dünyada təzyiqin yüksəlməsindən sonra ikinci ölüm səbəbidir və dünyada ölən hər 10 insandan birinin ölüm səbəbidir. Tütünün bütün formaları asılılıq yaradan və ölümcüldür. Siqaret və digər tütün məhsulları çox müxtəlif xərçəng növlərinə (ağciyər, ağız, qida borusu, qırtlaq, udlaq, mədə xərçəngləri kimi), ürək xəstəliyi, iflic, amfizem, xroniki bronxitə səbəb olur.

Siqaret çəkən qadınlarda gözlənilməyən uşaq düşmələri, doğulmamış körpə ölümləri və sonsuzluq riski artır. Bununla yanaşı siqaret çəkmək qadınlarda erkən klimaksa da səbəb olur. Gün ərzində çəkilən bir qutu siqaret bədəndə oksigen çatışmazlığı yaradır. Bu səbəblə də siqaret çəkən qadınların dərisində erkən qırışlar, çatlar və yaralar əmələ gəlir. Siqaret çəkmək müxtəlif ağız xəstəliklərinə, diş çürüklərinin meydana gəlməsinə və eyni zamanda pis nəfəs qoxusuna da səbəb olur.

Terapevt Məlahət Abbasovanın sözlərinə görə, əmizdirmə dövründə siqaret çəkən qadınlarda hər siqaret çəkimindən sonra bədənə alınan nikotin ana südünə keçir və 5 saata ana südündən körpəyə ötürülür. Evdə siqaret və digər tütün məhsullarını istifadə etmək digər ailə fərdlərinin xüsusilə kiçik uşaqların sağlamlığını da təhlükəyə atmaqdadır.

"Siqaret çəkmək, qadınların görünüş və hisslərini, təbii gözəlliklərini və ruhi sağlamlığını pozur. Araşdırmalara görə, siqaret çəkən qadınlar çəkməyənlərə nisbətən daha depressivdirlər. Siqaret çəkən bir çox adam, siqaretin rahatlaşdırıcı olduğunu düşünür. Və çox zaman narahat qadınlar siqaretə üstünlük verir. Araşdırmalar zamanı məlum olub ki, siqaret insanı stressə salır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya: ictimai yerlərdə siqaret çəkmək yasaqlanıb

    Rusiya: ictimai yerlərdə siqaret çəkmək yasaqlanıb ...

    3-06-2013, 03:30

  • 
  • Siqaretlər danışaraq çəkmək vərdişindən uzaq etməyə çalışacaq

    Siqaretlər danışaraq çəkmək vərdişindən uzaq ...

    5-07-2013, 01:35

  • 
  • Siqaret ucuzlaşdı

    Siqaret ucuzlaşdı ...

    27-03-2016, 14:07

  • 
  • İctimai yerlərdə siqaret çəkənlər cərimələnəcək

    İctimai yerlərdə siqaret çəkənlər cərimələnəcək ...

    30-12-2013, 12:04

  • 
  • “Siqaret mafiyası”ndan hakimiyyətə zərbə

    “Siqaret mafiyası”ndan hakimiyyətə zərbə ...

    1-02-2013, 11:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu