Redaksiyamıza daxil olan məlumata görə ölkədə tütün məhsullarının qiymətinın bahalaşacağı gözlənilir. Dünən bir çox topdansatış mərkəzləri dükan və ticarət obyektlərinə siqaret verməyib və bunu yaxın günlərdə bu məhsulların qiymətinin qalxacağı ilə izah edib. Xatırladaq ki təxminən bir il öncə də siqaretin qiyməti qısa müddət ərzində təxminən 30 faizə qədər bahalaşmışdı. Belə ki, ötən il yanvarın ilk günündən etibarən bu istiqamətdə 10-20 qəpiklik artım oldu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?