Ümumdünya Səhiyyə Təşkilatının Avropa şöbəsinin rəhbəri oktyabr və noyabr aylarında COVID-19 ölümlərinin sayının artacağının gözləndiyini bildirib.
“Daha da sərtləşəcək. Oktyabr, noyabr aylarında daha çox ölüm gözlənir” - deyə, AFP xəbər agentliyinə verdiyi müsahibəsində Hans Kluqe bildirib.
Kluqe peyvəndin pandemiyaya son qoymayacağı barədə də xəbərdarlıq edib. "Çox vaxt eşidirəm "pandemiyanın sonu olacaq", əlbətdə bu, belə deyil" - deyə, o bildirib.
"Peyvəndin cəmiyyətin müxtəlif qruplarına kömək edib-etməyəcəyini də bilmirik. Hazırda bir qrupa yardım edə biləcəyi, digərinə isə etməyəcəyi kimi dəllilllər mövcuddur. Sonra fərqli peyvəndlər sifariş etmək məcburiyyətində qalsaq, bu, məntiqi bir dəhşət ola bilır" deyib Kluqe.
Kluqe pandemiyanın sonunun “cəmiyyət bu pandemiya ilə necə yaşamağı öyrəndiyi an” olacağını deyib.
Cons Hopkinsin bazar ertəsinə olan statistikasına görə, dünya boyu COVID-19-a 29 milyondan çox youxma, 924 mindən çox ölüm halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı bazar günü 307 min 930 olmaqla, yoluxma hallarının bir gündə rekord həddə çatdığını bildirib.
Təşkilatın bildirdiyinə görə, 306 857 yoluxma halı ilə sentyabrın 6-da rekord həddə çatıb. Aprel ayının 17 isə 12 430 ölüm halı ilə rekorda düşüb.
Cons Hopkins 6 milyondan çox olmaqla, COVID-19-a yoluxma hallarına görə ABŞ-ın dünyada birinci yerdə olduğunu bildirib. Ondan sonra 4.8 milyon yoluxma halı ilə Hindistan, 4.3 milyonla Braziliya gəliir./amerikaninsesi.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?