Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru COVID-19 böhranının peyvəndlə bitməyəcəyini, cəmiyyətlərin bununla necə yaşamağı öyrənməli olduğunu deyib.
Təşkilatın Avropa üzrə direktoru Hans Kluge çərşənbə günü Britaniyanın yayım şirkəti olan SKY News-a verdiyi müsahibəsində COVID-19 böhranı zamanı ictimai səhiyyə və sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edən hökumətlərin COVID-19 böhranından çıxandan sonra daha böyük müvəffəqiyyət əldə edə biləcəklərini deyib. O deyib ki, "bu sabah baş verə bilər".
Kluge karantinin və məhdudiyyətlərin iqtisadiyyatlara çox ziyan vurduğunu, lakin hər yanaşmanın öz riski olduğunu başa düşdüyünü deyib.
Bir çox səhiyyə mütəxəssisi kimi Kluge də soyuq aylar yaxınlaşdıqca və insanlar qapalı şəraitdə olduqca COVID-19-a yeni yoluxma hallarının artacağını və insanların xəstəxanalara yerləşdiriləcəyini proqnozlaşdırıb. Lakin o bunun pandemiyanın başlanğıcında hökumətlərin gözləmədən problemlərlə qarşılaşdığı vaxt olduğu kimi olmayacağını deyib.
“İndi biz virusu hədəf alır, transmissiyanı idarə edə bilir, iqtisadiyyatımızı və təhsil sektorunu aça bilərik. Bu, yaxşı xəbərdir" - deyə, o bildirib.
Bu səbəbdən Kluge virusun tamamilə aradan qaldırılmayacağına baxmayaraq, ölkələrin artıq bununla mübarizə aparmaq üçün imkanlara malik olduğunu düşündüyünü bildirib. O deyib ki, insanlar kütləvi yığıncaqlardan çəkinməli, maskalardan istifadəni davam etməli, test səviyyəsi artırılmalı və yerlərdə bəzi məhdudiyyətlər saxlanmalıdır.
"Buna pozitiv bir şəkildə hazır olmalıyıq" - deyə, Kluge bildirib.
Sorğu
Yeni dizaynımız necədir?