GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Fars-molla rejiminin agentura şəbəkəsi

Fars-molla rejiminin agentura şəbəkəsi

Tarix: 19-12-2012, 12:13 Bölmə :Maraqlı Baxış: 688
Fars-molla rejiminin agentura şəbəkəsi
«İranın Ali Dini Liderinin Bakıdakı Dəftərxanası» heç bir hüquqi əsas olmadan fəaliyyət göstərir; Xameneyinin Azərbaycandakı nümayəndəsi nə işlə məşğul olur?

gundemxeber.az İran Bakı şəhərinin mərkəzində – Kazımzadə küçəsi, ev 31 ünvanında ölkə qanunvericiliyini kobud şəkildə pozur. Burada əhalinin – «Hüseyniyyə» məscidi kimi tanıdığı yerdə qanunvericiliyə zidd olaraq bəzi xarici vətəndaşlar, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejad moizələr oxuyur. Əslində, bu yer İranın heç bir statusu olmayan, Azərbaycan Respublikasında qeydiyyatsız fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin balansındadır. Kazımzadə küçəsindəki tikili məscid olmasa da, faktiki olaraq İran vətəndaşlarının nəzarəti altında məscid kimi fəaliyyət göstərir. Burada oxunan moizələrdə isə hətta Azərbaycan hakimiyyəti təhdid edilir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bildirir ki, «Hüseyniyyə» xüsusi mülkiyyət hüququnda alınmış torpaq sahəsində yerləşir: «Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejada 29 aprel 2004-cü ildə göndərilmiş məktubda Mədəniyyət Mərkəzinin Bakı şəhəri, Kazımzadə küçəsi ev, 31 ünvanında xüsusi mülkiyyət hüququnda aldığı torpaq sahəsindəki ibadət yerinin İran İslam Respublikası vətəndaşlarının dini tələbatlarını ödəmək üçün istifadəsinə etiraz edilmədiyi bildirilib. Məktubda, ibadət yerində Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırmaqla Azərbaycan vətəndaşı olan imam və ya axundun təyin edilməsi şərti qoyulub. Lakin bu ibadət yerinə Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış imam və ya axund təyin olunmayıb. «Hüseyniyyə»-də dini ayinlərə İran İslam Respublikasının vətəndaşı rəhbərlik edir və Azərbaycan Respublikası vətəndaşlarının da ibadət etmələrinə şərait yaradılır. Bu iki fakt yuxarıda qeyd olunmuş razılaşmaya və ölkə qanunvericiliyinə ziddir.
«Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən, «İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi «Hüseyniyyə» namazxananın fəaliyyətini tənzimləyən müvafiq qurumlara və şəxslərə dəfələrlə xəbərdarlıq edib, iradlarını bildirib. Məsələ nəzarətdə saxlanılır və müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir».
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib ki, mövcud qanuna görə, QMİ qeydiyyatdan keçmiş dini icmalara müvafiq dini vəzifələrə təyinatlar edir: «Adıçəkilən icma qeydiyyat üçün müraciət etmədiyindən ora təyinat da olmayıb».
Azərbaycanda İrana məxsus bir neçə təşkilat mövcuddur. Onlardan biri də 1996-cı ildən ölkəmizdə fəaliyyət göstərən İranın Bakıdakı Mədəniyyət Mərkəzidir. Mərkəzə 1992-ci ildən ölkəmizdə yaşayan Seyid Əli Əkbər Ocaqnejad rəhbərlik edir və o dindarlar arasında özünü «Ayətullah Üzma Seyyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi» kimi təqdim edilir. Bir qayda olaraq, nümayəndələr yüksək ali təhsilə malik ruhanilər arasından seçilir. 1991-ci ildə İran dövlət başçısı Haşimi Rəfsəncaninin sərəncamı ilə yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasına dini təbliğatçı kimi göndərilib. Azərbaycan üzrə Dini İşlər Qərargahına sədr təyin olunub. 1996-cı ilə qədər bir müddət həm də Seyyid Əli Xameneyinin Azərbycandakı nümayəndəsi Ayətullah Səbri Həmədaninin müavini kimi çalışıb. 1996-cı ildən isə ali dini liderin Azərbaycan üzrə nümayəndəsi vəzifəsinə təyin olunub. Eyni zamanda bir müddət İran Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsini tutub. Bundan əlavə, Azərbaycanda bəzi dini mərkəzlərin və mərceyi-təqlidlərin nümayəndəsi kimi də fəaliyyət göstərib. Bir sıra dini kitabların müəllifidir, eyni zamanda çoxlu sayda əsərlərin redaktoru və ön söz müəllifidir.
Güney Azərbaycan İstiqlal Partıyası bildirir ki, müasir dövrdə sözügedən təşkilatların mövqeyindən xarici ölkənin ərazisində təşkilata sahib dövlətin maraqlarını təmin etməyə yönəlmiş fəaliyyət göstərməsi məlum faktdır. Xüsusən də İran İslam Respublikası kimi ölkənin – hansının ki, xarici siyasəti bu ölkəyə məxsus quruluşun digər müsəlman dövlətlərinin cəmiyyətlərinə aşılanmasına yönəlib.
Ə.Ocaqnejadın kütləvi dini mərasimlərdə iştirakı, inqilabın zəruriliyinin üstüörtülü şəkildə beyinlərə yeridilməsi, dindarların iranyönümlü icmalarda təşkilatlanması və onların maliyyələşdirilməsi istiqamətlərində fəaliyyət göstərır. Ə.Ocaqnejad 2009-cu ildən etibarən Mədəniyyət Mərkəzinin sədri vəzifəsindən azad olunaraq İranın Bakıdakı səfirinin dini məsələlər uzrə muşaviri vəzifəsinə keçirilməsinə baxmayaraq o, İranın Bakıdakı Mədəniyyət Mərkəzinə, Ali Dini Liderin Dəftərxanasına, «Hüseyniyyə» namazxanasına, Şəhriyar Mədəniyyət evinə də rəhbərlik edir. Bu da öz növbəsində diplomatik fəaliyyətlələ uzlaşmır və bununla da 1961-ci il Vyana konvensiyasının tələbləri kobud şəkildə rozulur.
Eyni zamanda Ə.Ocaqnejad «Hüseyniyyə» namazxanasında Azərbaycan Respublikasının “Dini etiqad azadlığı” haqqında qanunun tələblərini pozur. Onun ümumiyyətlə din xadimi kimi fəaliyyəti iranlılar üçün yox azərbaycanlı dindarlara yönəlmişdir. Buna Ə.Ocaqnejadin moizələri CD və DVD disklərə yazılaraq respublika ərazisində yayılması, moizələrin Azərbaycan dilində oxunması da dəlalət edir. Bəzi iddialara görə, Əkbər Ocaqnejad 2011-ci ilin əvvəllərində nümayəndəliyin keçmiş icraçı direktoru Əli Əhmədi ilə əlbir olaraq, dini nümayəndəliyin əvvəllər Nərimanov rayonu, Teymur Əliyev kuçəsi, 114 ünvanında yerləşdiyi binanı şəhərin Məsud Əlizadə küçəsi 64-də yerləşən villa ilə mubadilə edib. Nəticədə adları çəkilən şəxslər İran dövlətindən kulli miqdarda pul alaraq bir-neçə yüz min dollar mənimsəyiblər. Hazırda Ə.Ocaqnejad nümayəndəliyin sənədləşdirilməsi işlərini tam olaraq başa çatdıra bilmədiyinə görə, maliyyə fırıldaqlarının üstünün açılacağından çox narahatdır.
Ə.Ocaqnejadın rəhbərliyi altında nümayəndəliyin yuxarıda adını çəkdiyimiz keçmiş icraçı direktoru Əli Əhmədi və nümayəndəliyin müdir müavini Məhəmməd Hadi Fəridəsr vasitəsilə yerli dindarlardan “xums və zəkat” dini vergiləri toplanaraq İrana göndərilir. Sonradan bu pullar yenidən Ali Dini Liderin Dəftərxanasının Bakı nümayəndəliyinin bank hesablarına köçürülür və sonuncular vasitəsilə Azərbaycanda qeyri-qanuni fəaliyyətə sərf olunur. Qeyd olunan xums-zəkat pulları ölkəmizdə İranın mənafeyinə uyğun təbliğat işinin aparılmasına, iranyönümlü təşkilatların və dini icmaları maliyyələşdirilməsinə yönəldilir.
O da vurğulanır ki, Əkbər Ocaqnejad 2002-ci ildə azərbaycanlı gənclərinin İrana qeyri-rəsmi dini təhsilə çıxarılması və Azərbaycan İlsam Partiyasının fəaliyyətinin təşkili səbəblərindən məhkəmənin sanksiyasına əsasən Azərbaycan Respublikasından arzuolunmaz şəxs qismində çıxarılıb. Lakin Ə.Ocaqnejad 2003-cü ilin əvvəllərində ölkəmizə yenidən qayıdaraq Mədəniyyət Mərkəzinə rəhbərliyi davam etdirib. Görünür, o, ikinci dəfə Azərbaycandan çıxarılmasına zəmin yaratmağından xəbərsizdir və ya, bunu bilərəkdən edir. Bəzi ekspertlər hesab edirlər ki, hazırda Ə.Ocaqnejadın rəhbərlik etdiyi qurum faktiki olaraq Azərbaycan Respublikasında İran tipli dövlətin yaradılması, iranyönümlü sosial bazanın formalaşdırılması və ölkədəki ictimai-siyasi proseslərə təsir olunması istiqamətində fəal iş aparır.
Siyasi Texnologiyalar və İnnovasiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyir ki, İran Mədəniyyət Mərkəzi fəaliyyətini dayandırmalı və Ocaqnejad Azərbaycanı tərk etməlidir: «Heç kim bilmir ki, bu struktur nə işlə məşğuldur. Ocaqnejad kimdir, molladır, ya siyasətçi?! O, din xadimlərini, ekspertləri başına yığıb siyasi təhlillər edir. İnformasiya və kommunikasiya sahəsində nüfuzlu şəxslərlə əlaqə yaradıb iş birliyi qurur. İranı lazımi informasiyalarla təmin edir. Dində belə qeyri-şəffaflığa yer yoxdur. Şəffaf olsa belə, bu struktur Azərbaycanı tərk etməlidir. Bütün problemlərin mənbəyi o insan və o strukturdur”.
Nəticədə bir daha qeyd etməliyik ki, Ocaqnejadın rəhbərlik etdiyi «İranın Ali Dini Liderinin Bakıdakı Dəftərxanası» heç bir hüquqi əsas olmadan fəaliyyət göstərir.
Çingiz Coşqun
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fars-molla rejiminin agentura şəbəkəsi

    Fars-molla rejiminin agentura şəbəkəsi ...

    19-12-2012, 11:55

  • 
  • Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu

    Azərbaycan İran kəşfiyyatçısını ölkədən qovdu ...

    23-11-2013, 23:02

  • 
  • Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv olunması üçün Azərbaycanla danışıqlar aparır”

    Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv ...

    27-12-2012, 12:53

  • 
  • Fars-molla rejiminin Bakı ağenturası

    Fars-molla rejiminin Bakı ağenturası ...

    15-01-2013, 11:08

  • 
  • "Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında..."

    "Başqa dövlətin bayrağı və siyasi liderinin ...

    5-11-2014, 17:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu