GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycan ailəsi ərzağa nə qədər pul xərcləyir və əsasən nə yeyir? - STATİSTİKA

Azərbaycan ailəsi ərzağa nə qədər pul xərcləyir və əsasən nə yeyir? - STATİSTİKA

Tarix: 19-10-2013, 09:35 Bölmə :Maraqlı Baxış: 1 019
Azərbaycan ailəsi ərzağa nə qədər pul xərcləyir və əsasən nə yeyir? - STATİSTİKA
Hər gün qida rasionumuza kifayət qədər ərzaq məhsulları daxil edirik. Bu ərzaq səbətinə gün ərzində çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, yumurta, şəkər və qənnadı məhsulları, bitki yağı, marqarin və digər piylər, mal-qara yağı, çay və duz kimi qida maddələri aiddir.
Öncə qeyd edək ki, BMT mütəxəssislərinin açıqlamalarına əsasən, minimum istehlak səbətinə əsasən hər bir insanın il ərzində 120 kq çörək və çörək məhsulları, 41 kq kartof, 94 kq tərəvəz və bostan məhsulları, 51 kq meyvə və giləmeyvə, 221 kq süd və süd məhsulları, 5 kq balıq və balıq məhsulları, 132 ədəd yumurta, 17 kq şəkər və qənnadı məhsulları, 9 kq bitki yağı, marqarin və digər piylər, 6,5 kq kərə yağı, 3 kq çay və duz qəbul etməsi tövsiyə edilir. Amma bunlar minimum tələbdir.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti 30 noyabr 2012-ci il tarixində “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında” Qanunu təsdiq edib. Həmin qanuna görə, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib.

Yaşayım minimumunun ildə bir dəfə təsdiq edildiyini deyən İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) İdarə Heyətinin sədri Qalib Toğrulun fikrincə, hazırkı göstəricilər reallıqdan uzaqdır.

“Ötən ilin sonuna kimi İTM həmin göstəriciləri aylıq hesablayırdı. Müqayisə üçün deyim ki, bizim hesablamalarımıza görə, dekabr ayında yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 168.75 manat, pensiyaçılar üçün 152.23 manat, uşaqlar üçün isə 211.30 manat təşkil edib. Hansı rəqəmin reallığı əks etdirməsinə sübut kimi bircə faktı deyim ki, əksər banklar, xarici təşkilatların Azərbaycandakı nümayəndəlikləri daxili istifadə üçün bizim inflyasiya və minimum istehlak səbəti göstəricilərimizə istinad edirdilər”.

Yaşayış minimumunun ildə bir dəfə deyil, hər ay hesablanması gərəklilini vurğulayan İTM sədri istehlak səbətinin tərkibinə də mütəmadi olaraq baxılmasının vacibliyini önə çəkib:

“Yaşayış minimumu haqqında” Qanun 3-cü maddəsinin 2-ci bəndinə görə, minimum istehlak səbətinin tərkibi dövlət elmi idarə və müəssisələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə Nazirlər Kabineti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilməlidir. Çox təəssüf ki, qanunun tələblərinə məhəl qoyulmayıb, Azərbaycan hökuməti 2009-cu ildən bəri müəyyənləşdirdiyi normalara yenidən baxmayıb. Həmin normaların beynəlxalq təcrübə və milli xüsusiyyətlər əsasında yenidən hesablanması bu gün bir vəzifə kimi Nazirlər Kabinetinin qarşısında durur. Normaların dəyişməsi həm ərzaq məhsullarını, həm qeyri-ərzaq məhsullarını, həm də xidməti əhatə etməlidir. Ola bilsin ki, hər üç tərkibə əlavə məhsul və xidmətlər əlavə olunsun. Ancaq bütün bunlara dərin araşdırma və əsaslandırılmış hesablamalardan sonra qərar vermək lazımdır”.

Ekspertin sözlərinə görə, yaşayış minimumunun məbləği haqqında qərar Milli Məclisdə qəbul olunsa və onu Prezident təsdiq etsə də, ölkəmizdə işçilərin sosial müdafiə məsələləri ilə məşğul olan bir əsas qurum var ki, o, buna nəzarət etməlidir:

“Bu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə birlikdə Baş Kollektiv Saziş imzalayıb. İlk belə saziş 1 iyun 2001-ci ildə, sonuncusu isə 6 mart 2012-ci ildə 2012-2013-cü illər üçün bağlanılıb. Həmin sənədin “Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi” adlı ikinci bölməsinin 12-ci hissəsində minimum istehlak səbətinin tərkibinə yenidən baxılması nəzərdə tutulsa da, çox təəssüf ki, bu günə qədər minimum istehlak səbətinin tərkibinə baxılması ilə bağlı konkret addım atılmayıb”.

Sənəd 2013-cü ili də əhatə etdiyindən bu ildə minimum istehlak səbətinin tərkibinə baxılması imkanı var. Ancaq ekspertin hesab edir ki, bu o qədər də inandırıcı görünmür: “Çünki ötən illərin təcrübəsi göstərir ki, Baş Kollektiv Saziş rəsmiyyət xətrinə bağlanılan bir sənəddir. Sənəddə nəzərdə tutulanların icrası ilə bağlı adətən real iş görülmür”.

Azərbaycan ailəsinin əsas qida rasionu isə bol çeşidlidir. “Çörək yeyən” xalq olduğumuzdan süfrəmizdə həmişə çörəyin yeri başda olur. Dövlət Statistika Komitəsinin məlumatına diqqət yetirsək görərik ki, Azərbaycanda çörək və çörək məhsulları uşaqsız ailələrdə il ərzində 152, 9 kq, uşaqlı ailələrdə isə bu məhsula tələbat 153, 6 kq təkşil edir.

İkinci çörək sayılan kartofa tələbat heç də çörəkdən az deyil. Belə ki, bu qidaya tələbat uşaqsız ailələrdə 55,6 kq, uşaqlı ailələrdə isə 54,2 kq-dır. Ancaq fəsildən aslı olaraq bizim də qidalanmamız yaz-yay aylarında dəyişir. Daha çox müraciət etdiyimiz ərzaqlar sırasına tərəvəz və bostan məhsulları daxil olur. Buna görə də bu məhsulların uşaqlı ailələrdə 83,1, uşaqsız ailələrdə isə 87 kq olması əbəs deyil. Eyni zamanda Azərbaycan xalqı “çayxor” olduğundan şəkər və qənnadı məhsulları onlar üçün vazkeçilməz nemətidir. Bu səbəbdən həmin məhsullar uşaqlı ailələrdə 31,5 , uşaqsız ailələrdə isə 31,7 kq təşkil edir. Evlərimizdə yeməkdən sonra xüsusi məşğuliyyət kimi sevdiyimiz meyvə və gilə meyvənin statistik göstəricisi isə uşaqlı ailələrdə 64,5, uşaqsız ailələrdə isə 66,2 kq-dır. El arasında göz zəifliyinin dərmanı hesab edilən balığı və balıq məhsullarını ailələrimiz uşaqların məxsusi olaraq yeməsini istəyir. Uşaqlı ailələrdə bu məhsulun istifadə miqdarı il ərzində 66,6 , uşaqsız ailələrdə isə 7,7 kq arası dəyişir. Kənd təsərrüfatına bağlı olduğumuzdan uşaqlı ailələrimizdə yumurta 130,7 , süd və süd məhsulları 293,6, uşaqsız ailələrdə isə yumurta 133,4 , süd və süd məhsulları 321,5 kq-dan ibarətdir. Gündəlik ərzaq səbətində öz payı olan bitki yağları uşaqlı ailələrdə 8,6, uşaqsızlarda 9,3 kiloqramdır.

Ümumi nəticəyə görə, faktiki istehlaka diqqət yetirdikdə görürük ki, ölkəmizdə adambaşına il ərzində 155 kq çörək və çörək məhsulları, 55 kq kartof, 84 kq tərəvəz və bostan məhsulları, 31,5 kq şəkər və qənnadı məhsulları, 65 kq meyvə və giləmeyvə, 6,9 kq balıq və balıq məhsulları, 31,5 kq şəkər və qənnadı məhsulları, 131 ədəd yumurta, 300 kq süd və süd məhsulları, 8,8 kq bitki yağı və marqarin istehlak edilir.

Sonda onu da qeyd edək ki, ötən ilin son aylarının nəticələrinə görə, əmək qabiliyyətli əhali ərzağa 168,75, pensiyaçılar 152,23, uşaqlar isə 221,30 manat pul xərcləyiblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Monopolistlər vətəndaşları talayır

    Monopolistlər vətəndaşları talayır ...

    9-01-2013, 11:17

  • 
  • Rusiyanın Türkiyədən idxalını qadağan etdiyi məhsullar - SİYAHI

    Rusiyanın Türkiyədən idxalını qadağan etdiyi ...

    30-11-2015, 13:55

  • 
  • İlham Əliyevlə Moskva meri bağlı qapılar arxasında görüşdü

    İlham Əliyevlə Moskva meri bağlı qapılar ...

    25-09-2014, 15:43

  • 
  • Azərbaycana təhlükəli süd məhsulları gətirilir

    Azərbaycana təhlükəli süd məhsulları gətirilir ...

    4-08-2013, 23:28

  • 
  • Azərbaycanda qida məhsulları ilə bağlı yeni nişan hazırlanır

    Azərbaycanda qida məhsulları ilə bağlı yeni nişan ...

    8-01-2016, 12:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu