GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » BİRDƏFƏYƏ 450 MİLYON, HƏR AY 15-18 MİLYON... - Hər il 100 milyonlarla müftə qazanc kimlərin cibinə axır?

BİRDƏFƏYƏ 450 MİLYON, HƏR AY 15-18 MİLYON... - Hər il 100 milyonlarla müftə qazanc kimlərin cibinə axır?

Tarix: 13-11-2021, 09:53 Bölmə :Maraqlı Baxış: 414


Yeni kassalar, köhnə prinsiplər - Qazanan inhisarçılar, uduzan isə sahibkardır

Azərbaycanda əvvəlki illərlə müqayisədə hökumət və vergi orqanları ilə sahibkarlıq subyektləri arasındakı münasibətlərdə xeyli müsbət dəyişikliklər olsa da, kifayət qədər ciddi problemlər də qalmaqdadır. Pandemiya dövründə ciddi çətinliklərlə üzləşən və hökumətdən heç də adekvat dəstək almayan sahibkarlıq subyektlərinin problemlərindən biri də yeni nəsil kassalarla bağlıdır.

Xüsusilə də kiçik sahibkarların son dövrlər yeni nəsil kassa aparatlarıyla bağlı şikayətlərinə tez-tez rast gəlinir. Bu şikaytətlər kassaların qiymətindən, funksionallığına, iş prinsipinə və aylıq “xidmət haqqı”na qədər bir çox məslələri əhatə edir. Belə təəssürat yaranır ki, kassaların yenilənməsindən qazanan yalnız sahibkarın hər addımını fiksə etmək imkanı əldə edən vergi orqanı və həmin kassaları Azərbaycana gətirənlər, uduzan və itirən isə sahibkarlardır...


İlk olaraq onu qeyd edək ki, yeni nəsil kassaların qiyməti əsasən də kiçik sahibkarlar üçün olduqca bahadır. Hazırda satışda olan kassaların qiyməti 400-450 manatdır. Doğrudur, vergi orqanı bu məbləğin 350 manatının vergi ödənişlərilə əvəzlənəcyini bildirir. Lakin hələlik bununla bağlı konkret addımlar görünmür və hazırda sahibkarların böyük əksəriyyəti bu kassaları şirkətlərdən nəğd pula, ya da banklardan müxtəlif şərtlər altında alırlar.

Qeyd edək ki, ölkədə 1.2 milyondan artıq sahibkarlıq subyekti var və onların təqribən 90 faizi fiziki şəxslərdir. Yeni kassalar isə demək olar ki, bütün fiziki şəxslər və hüquqi şəxslərin bir qismi tərəfindən məcburi qaydada quraşdırılmalıdır. Bu, o deməkdir azı 1 milyon sahibkarlıq subyekti yeni kassaları almaq məcburiyyətindədir və alır da. Bu isə ümumilikdə 400-450 milyon manat(!) deməkdir. Belə böyük miqdarda vəsait isə dövlətin deyil, vergi orqanlarının “razılığını” almış hansısa şirkət(lər)in büdcəsinə gedir...


Artıq paytaxtda demək olar ki, bütün obyektlər olmasa da, onların olduqca böyük hissəsi yeni nəsil kassalara keçib. Bölgələrdə də eyni proses getməkdədir. Yeni kassaları almayanlar, almaq istəməyənlər isə müxtəlif bəhanələrlə vergi orqanı tərəfindən cərimələnir.

Nəticədə vergi ödəyicisi həm 1000 manatdan başlayan cərimələri, həm də 400-450 manat olan kassanın pulunu ödəməli olur. Bu da olur onsuz da pandemiya dövründə çabalayan, borca-xərcə düşən, müflisləşmək ərəfəsində olan kiçik sahibkara “dəstək”...

Ancaq məsələ təkcə kassaların kütləvi satışı və kimlərinsə bundan birdəfəyə götürdüyü 100 milyonlarla manat qazancdan getmir. Bunun hələ aylıq “xidmət haqqı” da var. Əvvəlcə onu qeyd edək ki, şirkətlərin tələb etdiyi xidmət haqlarının məhz hansı xidmətlə bağlı olduğu anlaşılmır. Çünki uzun illərin təcrübəsinə görə, kassalarda hansısa texniki problem yarandıqda, bunu sahibkar elə həmin kassanı ona satan şirkətin servisində öz cibinin pulu ilə təmir etdirir. Kassa servislərin “xidməti” isə sadəcə, ayda, yaxud rübdə bir dəfə obyektə gələrək, aylıq və rüblük “zet”i çıxarmaq olur ki, bunu da sahibkarın özü də edə bilir. Vəssalam. Nəticədə sahibkardan nəyə görə aylıq “xidmət haqqı” alındığı isə qaranlıq qalır.

Ancaq bu da bəlanın yarısıdır. Məsələ ondadır ki, əvvəlki kassalara görə onları təqim edən şirkətlərə aylıq “xidmət haqqı” 6 manat idisə, yeni nəsil kassalarda bu, 15-18 manat olub, yəni 3 dəfə bahalaşıb. Qiymətin hansı səbəbdən belə kəskin şəkildə artdığı məlum deyil. Bu, həm də o deməkdir ki, sözügedən kassaları satanlar bir dəfəyə götürdükləri 100 milyonlarla gəlir azmış kimi, ayda da 15 milyon manata yaxın “xidmət haqqı” qazanmış olacaq ki, bu da hər il 100 milyonlarla manat müftə qazanc deməkdir.


Bəs, kimdir bu kassaları ölkəyə gətirən və bundan külli miqdarda qazanc əldə edənlər? Rəsmən ölkədə yeni nəsil kassa aparatlarını əsasən 3 şirkət – “Az Smart”, “Omnitech” MMC və “Kaspos” təklif edir. Maraqlıdır ki, bunların hamısında da qiymət aşağı-yuxarı eynidir. Hansı ki, məntiqlə, bazar iqtisadiyyatının tələblərinə görə, rəqabət olmalı, qiymətlər fərqlənməlidir. Ancaq belə bir şey yoxdur və bazar qanunları bu məsələdə işləmir. Yəqin elə buna görədir ki, biznes sektoruna yaxın mənbələr sözügedən şirkətlərin üçünün də demək olar, eyni mənbədən “qidalandığını” iddia edirlər.../azpolitika

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda vergi borcları ləğv olundu

    Azərbaycanda vergi borcları ləğv olundu ...

    30-12-2015, 13:03

  • 
  • İtirilmiş nəsil

    İtirilmiş nəsil ...

    13-12-2012, 12:48

  • 
  • Sahibkarlıq sıradan çıxarılmaqla ölkə iqtisadiyyatının bel sütunu sındırılıb

    Sahibkarlıq sıradan çıxarılmaqla ölkə ...

    24-08-2017, 16:15

  • 
  • Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq… - GƏLİŞMƏ

    Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan ...

    26-07-2019, 16:27

  • 
  • Fazil Məmmədovun «mərhəmətli» vergi müfəttişi obrazı

    Fazil Məmmədovun «mərhəmətli» vergi müfəttişi ...

    4-06-2013, 12:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu