Dünyada yaşanan iqtisadi problemlərdən sonra bəzi şirkətlərin maaş siyasətləri maraq doğurmağa başlayıb. Ən diqqət çəkən şirkətlərdən biri də "Microsoft"dur.
Şirkətin qurucusuBill Qeytsin işçilərinə ödədiyi maaş gündəm mövzusuna çevrilib. Belə ki, "Business Insider", "Microsoft" işçilərinin nə qədər qazandığını öyrənmək üçün sızan əmək haqqı və viza müraciətlərindən məlumatlar toplayıb. Nəticələr texnologiya nəhənginin ən yüksək maaş alan mövqelərini ortaya qoyub. O, həmçinin əmək haqqında işçilərin bərabərsizliyini aşkar edib. Müvafiq olaraq, "Microsoft"da top menecer vəzifəsində çalışan şəxs ayda 250 min dollar maaş alır. Proqram mühəndisləri ildə orta hesabla 185 min dollar qazanırlar. Ən çox qazanan qrupda olan mühəndislərin illik maaşlarının 500 min dollara qədər olduğu öyrənilib. Bununla belə, başlanğıc səviyyəli mühəndislər 132,900 dollar, yüksək səviyyəli mühəndislər üçün maaşlar isə 217 min dollardan başlayır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?