Oktyabrın 25-də Milli Teleradio Şurasının növbəti iclası keçiriləcək. MTRŞ-dən Turan-a verilən məlumata görə, ANS yayım və media şirkətinin və “Xəzər TV” MMC-nin tele, radio və əlavə informasiya yayımı lisenziyasının müddətinin uzadılması haqqında müraciətlərinə baxılacaq.
ANS-in lisenziya müddəti 27 aprel 2013-cü ildə, “Xəzər TV”nin lisenziya müddəti isə sentyabrın 14-də başa çatıb. MTRŞ-nin 11 aprel tarixli qərarına əsasən, lisenziya müddətinin uzadılması haqqında müraciətlərə baxılması “qüvvədə olan qanunvericiliyə və beynəlxalq təcrübəyə uyğun sənədlərin hazırlanması məqsədilə” dayandırılıb.
MTRŞ-nin noyabrın 4-də keçiriləcək növbəti iclasında “SKYMAX”, “KTV”, “Baku and Boston TV Communication” kabel televiziyalarının və “Azad Azərbaycan” teleradio şirkətinin lisenziyalarının uzadılması haqqında müraciətlərinə baxılacaq. -16D-
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?