GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “CÜZİ ARTIM DƏRDƏ DƏRMAN DEYİL”

“CÜZİ ARTIM DƏRDƏ DƏRMAN DEYİL”

Tarix: 9-11-2013, 18:55 Bölmə :Maraqlı Baxış: 793
 “CÜZİ ARTIM DƏRDƏ DƏRMAN DEYİL”
“Seçkidən əvvəl guya pensiyanı artırdılar. Ancaq belə artımdan nə fayda? İki gündən bir həkimə gedirəm, hər dəfə filan qədər dərman yazır. Dərmanlar da od qiymətinə. Ala bilmirəm. İndi həkim resept yazıb, ancaq almağa imkanım yoxdur”.

Bakı sakini Səlmi Babayeva təqaüdçüdür, 68 yaşı var. Deyir oğlu, qızı ailə qurandan sonra tək yaşayır. 100 manat pensiya alır. Dərdli-dərdli əlindəki dərman reseptini göstərir. Az əvvəl aptekdə bu dərmanlara görə ondan 45 manat istəyiblər. O da «ala bilməyəcəyəm» deyərək aptekdən əliboş çıxıb.

“CÜZİ ARTIM DƏRDƏ DƏRMAN DEYİL”

Azərbaycandakı təqaüdçülərin əksəriyyəti Səlmi Babayeva kimi, özü demiş, «gününü birtəhər - yarıac, yarıtox, dərmanının birini alanda birini ala bilməyən, ürəyi istəyən çox şeydə gözü qalan» ahıllar, yaşlı insanlardır.

Təqaüdçülər deyir ki, hər dəfə cüzi artımdan dərdlərinə dərman olmur. Avqustun 27-də əmək pensiyalarının baza hissəsini artırmaq barədə prezident sərəncamından sonra da belə oldu. Sentyabrın 1-dən yaşa görə əmək pensiyasının baza hissəsi 85 manatdan 100 manata çatdırılıb. Bakının təqaüdçü sakinləri arasında keçirilən küçə sorğusunda da rəyi soruşulanların çoxu aldıqları təqaüdün bahalaşma sürətiylə ayaqlaşmadığını bildirdi:

PENSİYAÇI: “MƏNƏ AZI 200 MANAT VERMƏLİDİRLƏR”

- Yalandan camaatı aldadırlar... Pensiya qalxırsa, bazarda da qiymətlər 10 dəfə qalxır. Camaat pis vəziyyətdədir.

​​- Bugünkü pensiya bizi heç vaxt razı sala bilməz. İndi zibilpulu ödəməkdən gəlirəm. Ailədə üç nəfərik. Hələ ən kiçik ailədir bizim ailə - 9 ay üçün 8 manat 10 qəpik ödəmişəm.

- O artım bir neçə çörək eləyir. Bu da köməkdir, razıyam. Pensiya nə qədər qalxsa, ona da min şükür.

- Pensiyalar az, dolanışıq çətindir. Anam pensiyaçıdır, xəstədir, indi xəstəxanaya gedirik.

- Bu nə puldur, nə artımdır? Mənə azı 200 manat pul verməlidirlər ki, nəyəsə çatsın.

- Pensiyanı artırır, o yandan da bazar bahalaşır. Yenə həmin şey olur.

- Yəqin bu cür artım, heç olmasa, kommunal xərcləri ödəməyə kömək edər. İşıq, ya da qazpuluna bir az köməyi dəyər.

- Birdəfəlik bilsinlər ki, 10 manat, 20 manat artımla heç nə olmur. Bazar bahalıqdır, axı. Hara gedirsən, hər şey bahadır. Heç nəyi də çatdırmaq olmur. 10 manat artımla nə etmək olar? Hər şey də qalxır. 5 manat, 3 manat qazanmağa da imkan vermirlər.

- Gündə 5 qutu siqaret çəkirəm. Bu pensiya heç siqaretimə də çatmır. Hələ kommunal xərcləri, başqa məsrəfləri demirəm.

- 5 ay əvvəldən deyirlər ki, pensiyalar qalxır. Ondan əvvəl bazardakı qiymətlər, özü də bir neçə dəfə çox qalxır. Elə həmin şey olur.
​​
- Pensiyanı artırıblar. Ancaq bu artım heç nəyə kömək etmir. Artım deyil ki!.. Axı paralel şəkildə bütün ərzaqların da qiyməti qalxır. Buna artım deyirlər. O heç lazım da deyil.

- Bilmirəm bu pensiya ilə dərman alım, yoxsa dolanım?!

- Qadınları 60 yaşına çatınca pensiyaya çıxardırlarsa, bu yaşda qadın harada işləyəcək? Heç iş də yoxdur.

NƏ? ÖZƏL PENSİYA?

Bir müddət əvvəl Azərbaycanda özəl pensiya fondlarının yaradıla biləcəyinə dair fikirlər səslənirdi. İndi əmək və əhalinin sosial müdafiəsi naziri olan Səlim Müslümov ötən il - Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən demişdi ki, bununla bağlı qanunvericilik sənədi üzərində iş gedir:

“Qarşıdakı illər ərzində qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində əsas addımların atılacağı nəzərdə tutulur”.

Səlim Müslümov onu da demişdi ki, bütün bunlar “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə müəyyənləşdirilmiş tədbirlər planına uyğun həyata keçirilir.

​​Ancaq həmin özəl fondlardan hələ səs-soraq yoxdur. Təqaüdçülər “özəl pensiya fondu? Pensiyanın da özəli olar?” deyib təəccüblənirlər. İqtisadçılar isə yeni sistemin pensiyaçılara özəl üstünlüklər gətirə biləciyindən söz açırlar.

“HƏR PENSİYAÇIYA, AZI, 330 MANAT TƏQAÜD VERƏ BİLƏRDİK...”

İqtisadçı Nazim Məmmədovun sözlərinə görə, özəl pensiya fondlarının da nəzərdə tutulduğu islahatlar pensiya sisteminin təkmilləşdirilməsinə dair 2015-ci ilədək görüləcək işlərə daxildir. Onun fikrincə, dövlət özəl pensiya fondlarına lisenziya verəndən sonra bu işə diqqətlə yanaşmaq lazımdır: “Özəl pensiya fondlarının fəaliyyəti şəffaf olmalıdır. O pullar hansı layihələrə yatırılır, hansı yollarla gəlir əldə edilir və s. Dövlət Sosial Müdafiə Fondu, ilin yekunlarına əsasən, pensiyaları illik inflyasiyaya uyğun kompensasiya edir. Bu, ancaq onun sığorta hissəsinə şamil olunur. Pensiya fondu işlədiyimiz zaman ödədiyimiz pulu, əslində, iqtisadiyyata yönəltməlidir. Özəl pensiya fondlarının müxtəlif nəzarət funksiyası da var. Amma bizim kimi iqtisadiyyatı oturuşmamış ölkələrdə özəl pensiya fondlarının mənfi imici formalaşıb. Bizdə 1 milyon 270 min pensiyaçı var. İşləyənlər də təqribən 1 milyon 500 min muzdlu işçidir, 2 milyon 300 min qeydiyyata düşənlərdir. 4 milyon 600 min nəfər iqtisadi fəal varsa, işsizlik faizini 5 faiz sayanda bir pensiyaçıya 3 nəfər düşür. Əhali potensialımız baxımından belədir. Bu o deməkdir ki, hər pensiyaçıya ən azı 330 manat təqaüd vermiş olardıq”.

​​Nazim Məmmədov deyir ki, kölgə iqtisadiyyatı, vergidən yayınma, inhisarçılıq, məmur özbaşınalığı olmasaydı, pensiyaçının təqaüdü həmin məbləğə çata bilərdi.

PENSİYAÇI VƏ “DAHA MARAQLI İKİNCİ HƏYAT”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, özəl pensiya fondlarının fəaliyyəti azad bazar iqtisadiyyatının əsas özəlliklərindən biridir: “Bu, inkişaf etmiş ölkələrdə kifayət qədər tətbiq olunan üsuldur. Öz arzusundan asılı olaraq, kim istəyirsə, özəl pensiya fonduna qatılır. Bunun risk tərəfləri də, müsbət tərəfləri də var. 2008-ci ilin qlobal maliyyə böhranı zamanı risklər özünü göstərdi və xeyli problem yarandı. Özəl pensiya fondunun müsbət cəhəti odur ki, daha səmərəli fəaliyyətə yol açılır. Azərbaycanda pensiyanın məbləği aşağıdırsa, istəyir özəl, istəyir dövlət, maaşlar yüksək olmalıdır ki, yığım da artsın. O halda pensiyaçı yüksək səviyyədə təqaüd ala bilər. Maaş yüksək olanda o istədiyi qədər ödənişlər verir və pensiyaya yaşı çatanda daha maraqlı ikinci həyata başlayır - Almaniyadan Avstraliyaya, İndoneziyaya, Malayziyaya səfərə çıxır”.

Bakılı xəstə təqaüdçü Səlmi Babayeva isə təqaüdünün azlığına görə, xarici səfər qalsın bir yana, şəhərdən 15 kilometr aralıda - Binəqədidə yaşayan bacısını görməyə taksiylə də gedə bilmir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdən dərman vasitələrinin buraxılması ilə bağlı yeni QƏRAR

    Nazirlikdən dərman vasitələrinin buraxılması ilə ...

    11-11-2015, 15:03

  • 
  • Mingəçevirdə dərman mafiyası

    Mingəçevirdə dərman mafiyası ...

    30-04-2013, 21:47

  • 
  • Səhiyyə Nazirliyi: Bu il 835 adda qeydiyyatsız dərman satışdan çıxarılıb

    Səhiyyə Nazirliyi: Bu il 835 adda qeydiyyatsız ...

    10-12-2015, 19:52

  • 
  • İki uşaq anası beş dərman içib xəstəxanaya düşdü

    İki uşaq anası beş dərman içib xəstəxanaya düşdü ...

    8-01-2016, 12:23

  • 
  • Azərbaycanda dərmanlar bahalaşır

    Azərbaycanda dərmanlar bahalaşır ...

    5-02-2014, 10:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu