GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » «Azəriqaz»da Əkbər Hacıyev böhranı

«Azəriqaz»da Əkbər Hacıyev böhranı

Tarix: 20-12-2012, 13:53 Bölmə :Maraqlı Baxış: 1 178
«Azəriqaz»da Əkbər Hacıyev böhranı

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi məhkəmələr burulğanında


gundemxeber.az Artıq bir neçə aydır ki, ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin adı çeşidli məhkəmə iddialarında hallanır. Sözügedən istehsalat birliyi bir-birinin ardınca çeşidli dövlət qurumlarını və müəssisələri məhkəməyə verir, bunların çoxunda isə çıxarılan qərar Əkbər Hacıyevin rəhbərlik etdiyi «Azəriqaz»ın əleyhinə olur.
Öncə gəlin son bir neçə ayda yaşanan belə nümunələrin bəzilərini xatırlayaq. Məsələn, 5 ay əvvəl «Azəriqaz»ın Penitensiar Xidmətin 13 saylı həbsxanasına qarşı qaldırdığı iddia ərizələri məhkəmələr tərəfindən rədd olunub. «Azəriqaz» istehsalat birliyi təbii qazdan istifadəyə görə yaranmış borca görə əvvəlcə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində həbsxanaya qarşı iddia qaldırsa da, sözügedən məhkəmə qaz təsərrüfatı birliyinin şikayətini rədd edib. Bu qərardan «Azəriqaz» apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədovun sədrliyi ilə ötən həftə məhkəmə həbsxananı haqlı sayan birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Bundan əvvəl isə məhkəmələr işdən çıxarılmış vətəndaşın «Azəriqaz»a qarşı iddiasını təmin edib. Belə ki, ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyində çalışan Arifə Mehmanova işdən çıxarılmasını qanunsuz sayıb. O, Xətai rayon Məhkəməsində işə bərpa ilə bağlı «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia qaldırıb. Məhkəmə iddianı təmin etməyib. Məhkəmənin qərarından narazı qalan Arifə Mehmanova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi Xətai rayon Məhkəməsinin qəbul etdiyi aktı ləğv edərək yeni qətnamə qəbul edib. Azərbaycan Ali Məhkəməsi də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Bir neçə gün əvvəl isə Bakı Apellyasiya Məhkəməsində «Azəriqaz» ASC-nin Səhiyyə Nazirliyinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Apellyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, ASC istifadə olunmuş qazın dəyərinin ödənilməsi barədə iddia ilə əvvəlcə 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etmədiyi üçün apellyasiya şikayəti verilib.
Belə nümunələrin sayı hesabı yoxdur, internet üzərindən kiçik bir araşdırma apardıqda təkcə bu ilin ortalarından başlayaraq «Azəriqaz»ın çeşidli məhkəmə iddiaları ilə çıxış etdiyini, sonucda isə bir qayda olaraq məhkəmələrin qurumun əleyhinə qərar çıxarması faktı ilə üzləşdiyini görmək olar. Bəs bunun səbəbi nədir? Mövzu ilə bağlı söhbətləşdiyimiz adının çəkilməsini istəməyən mənbə Əkbər Hcıyevin qurumunun məhkəmə fiaskoları ilə bağlı müşahidələrimizin doğru olmasına diqqət çəkdi: «Həqiqətən də «Azəriqaz» hazırda onlarla dövlət qurumu və müəssisəsinə hüquqi savaş açmış vəziyyətdədir, amma di gəl ki, çıxarılan məhkəmə qərarları da əksərən adıçəkilən istehsalat birliyinin əleyhinə olur. Mən bunun müxtəlif səbəblərini görürəm. Birinci səbəb odur ki, Əkbər Hacıyevin ora rəhbər təyinatından sonra «Azəriqaz» çəkisini itirdi - əlbəttə, bu qurum strateji əhəmiyyətini saxlayır, amma Əlixan Məlikovun gedişi və Əkbər Hacıyevin gəlişi ilə «Azəriqaz» rəhbəri postu faktiki olaraq əvvəlki siyasi ranqa, təsir imkanlarına və nüfuz gücünə malik deyil. Bizim məhkəmələr isə qərar çıxaranda bu amili mütləq nəzərə alırlar. Belədə onların adını da eşitmədikləri bir adamın rəhbərlik etdiyi hansısa dövlət qurumunun hansısa mötəbər nazirin başında dayandığı nazirliyə qarşı iddialarını təmin edəcəklərini gözləmək sadəlöhvlükdən başqa bir şey deyil».
Həmsöhbətimiz hesab edir ki, burada digər mühüm bir faktor «Azəriqaz»da hüquqi kadr qıtlığı ilə bağlıdır: «Əkbər Hacıyevin təyintından sonra onun «kadr islahatı» adı ilə «Azəriqaz»ı əvvəlki rəhbərin dönəmindəki bir çox təcrübəli mütəxəssislərdən təmizlədiyi barədə mətbuatda çox yazıldı. Dəqiq demək çətindir ki, bu «təmizləmələr»dən «Azəriqaz»ın peşəkar hüquqşünasları da öz nəsiblərini alıblar, ya yox, amma mümkündür ki, istehsalat birliyinin ard-arda məhkəmələri uduzması həm də qurumun məhkəmə iddialarının peşəkarlıqdan uzaq hazırlanması ilə əlaqədardır».

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azəriqaz” əlil işçilərinə zülm edir

    “Azəriqaz” əlil işçilərinə zülm edir ...

    22-11-2013, 00:03

  • 
  • “Azəriqaz” işçilərə bildiriş payladı- işdən çıxarılma ilə bağlı

    “Azəriqaz” işçilərə bildiriş payladı- işdən ...

    12-02-2014, 13:04

  • 
  • "Azəriqaz"ın baş direktoru: "Nardaranlılar işçilərimizi döyməsələr, qaz verəcəyik"

    "Azəriqaz"ın baş direktoru: ...

    1-12-2015, 13:15

  • 
  • "Azəriqaz": Nardarana qazın verilməsi istiqamətində işlər görülür

    "Azəriqaz": Nardarana qazın verilməsi ...

    1-12-2015, 13:28

  • 
  • Olimpiya kompelksinin rəhbərinə 11 min manatdan çox cərimə

    Olimpiya kompelksinin rəhbərinə 11 min manatdan ...

    23-05-2016, 17:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu