GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hakimiyyətin düz çıxmayan Qarabağ vədi

Hakimiyyətin düz çıxmayan Qarabağ vədi

Tarix: 21-12-2012, 12:28 Bölmə :Maraqlı Baxış: 620
Hakimiyyətin düz çıxmayan Qarabağ vədi

2012-ci ilin yekunları və gözləntilər


gundemxeber.az Dağlıq Qarabağ münaqişəsinin həllində 2012-ci ildə də heç bir irəliləyiş əldə olunmadı. Tərəflərin mövqeləri əvvəlkitək diametral olaraq bir-birindən fərqlənir. Azərbaycan münaqişənin mərhələli şəkildə həllinə tərəfdar olarkən Ermənistan bölgənin statusuyla bağlı referendum tarixinin bəri başdan müəyyənləşdirilməsini istəyir. ATƏT-in Minsk qrupu isə 2012-ci ildə də tərəflər arasındakı bu fərqi ortadan qaldıra bilmədi. Minsk Qrupunun hazırladığı Madrid və genişləndirilmiş Madrid prinsipləri tədricən arxa plana keçir. Bu il daha iki məqamla yadda qaldı: Azərbaycan və Ermənistan prezidentləri cəmi bircə dəfə, ilin əvvəlində görüşdülər; Vladimir Putin Rusiya prezidenti seçildikdən sonra Kremlin təşəbbüsü ilə üçtərəfli görüşlərə fasilə verildi.

Medvedyevin son həmləsi və Putinin passivliyi

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri 2012-ci ildə ilk və son dəfə yanvarın 23-də Soçidə bir araya gəldilər. Bu, Dmitri Medvedyevin prezident vəzifəsində son vasitəçilik təşəbbüsü idi. Soçidə birgə bəyanat qəbul olundu. Bu bəyanatda yeni heç nə yox idi. Əksinə, Medvedyevin vasitəçiliyi ilə əvvəlki illərdə qəbul olunan bəyanatlar bundan daha məzmunluydu. Birgə bəyanatdakı “əsas prinsiplərin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub” fikri isə il ərzində özünü doğrultmadı.

Vladimir Putin mart ayında prezident seçildikdən sonra Kremlin vasitəçiliyi ilə bir görüş belə keçirilmədi. Putin Medvedyevin az qala hər 3 aydan bir təşkil etdiyi üçtərəfli görüşlərə ehtiyac duymadı. Əslində Putinin bu passivliyindən Azərbaycan heç nə itirmədi. İmitasiya naminə görüşüb, heç bir nəticəsi olmayan birgə bəyanatlara imza atmaqdansa üçtərəfli görüşlərə fasilə vermək daha doğru qərar idi. Kreml bunun əvəzində il ərzində Ermənistanla hərbi əməkdaşlığını gücləndirməyə qərar verdi. Hər iki ölkənin hava sahəsinin birgə qorunması razılaşdırıldı. Rusiya hərbi dairələrindən sızdırılan xəbərlərə görə isə Gorusda quraşdırılan hava hücumundan qorunma sistemi Dağlıq Qarabağın da hava sahəsini əhatə edir. Başqa sözlə, Rusiyanın siyasi və hərbi dairələri Azərbaycana göstərməyə çalışırlar ki, müharibə başlayacağı təqdirdə Moskva həm Ermənistan, həm də Dağlıq Qarabağın hava sahəsini qoruyacaq.

Qarabağ və Qəbələ RLS

“Azərbaycan hakimiyyəti nədən RLS-i bağlamaq qərarına üstünlük verdi” sualına cavabı daha çox Qarabağ müstəvisində axtarmağa ehtiyac var. Azərbaycan hakimiyyəti uzun illər düşünüb ki, Moskva sonda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yaşıl işıq yandıra bilər. Azərbaycan prezidenti İlham Əliyevin keçmiş həmkarı Dmitri Medvedyevə müəyyən ümidi var idi. Bakıda onunla qaz anlaşmaları imzaladı, vasitəçilik təşəbbüslərinə qoşuldu. Ancaq sonda, yəni səlahiyyət müddətinin başa çatdığı 2012-ci ildə aydın oldu ki, Medvedyev Ermənistanı yola gətirmək imkanından məhrumdur. Bəlkə də Medvedyevin nəsə xoş niyyəti olub, sadəcə, Rusiya hakimiyyətindəki və hərbi dairələrindəki qüvvələr onun bu xoş niyyətinin gerçəkləşməsinə imkan vermədilər. Söhbət Ermənistanı forpost görən qüvvələrdən gedir.
Kreml Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda gərəkli addımlar atsaydı, Azərbaycan hakimiyyəti həm Qəbələ RLS-lə bağlı yeni anlaşmaya imza atar, həm də Putinin Avrasiya Birliyi ideyasına dəstək verə bilərdi. Ancaq Kreml Qarabağ məsələsində heç bir pozitiv addıma hazır olmadığından rəsmi Bakı nə RLS, nə də Avrasiya Birliyinə “hə” dedi.

Dağlıq Qarabağda “seçki”

Dağlıq Qarabağda 19 iyul tarixində “prezident seçkiləri” keçirildi. Bako Saakyan yenidən separatçıların “lideri” seçildi. Bu “seçkiyə” əsasən Rusiyadan müşahidəçilər qatılmışdılar. Bunlar da əsasən Liberal Demokrat Partiyasının üzvləri idilər. “Seçkilər”ə Avropa ölkələrindən də qatılanlar var idi. Buna baxmayaraq Avropa Birliyi, ATƏT, o cümlədən Türkiyə, Gürcüstan, Serbiya və bir sıra başqa dövlətlər bu “seçkilər”i pisləyən bəyanatlar verdilər. Qonşu İran isə belə bir açıqlamaya ehtiyac duymadı.

Xocalı hava limanı açılmadı

2012-ci il separatçıların Xocalı hava limanını açıb-açmaması müzakirələri ilə də yadda qaldı. Əslində bu müzakirələr iki ildir davam edir. Erməni separatçıları Azərbaycanı vaxtilə dağıtdıqları Xocalı hava limanını yenidən qurduqdan sonra uçuşlara başlayacaqları ilə hədələyirlər. Buna baxmayaraq bu günə qədər uçuşlara başlamağa risk etmirlər, çünki əks reaksiyanı da hesablayırlar. Birincisi, uçuşlara başlamaq üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatından icazə alınmalıdır. Belə bir icazə isə yoxdur, ola da bilməz, çünki bu qurum Azərbaycanın başı üzərindən özbaşına qərar vermək səlahiyyətində deyil. Rəsmi Bakının isə işğal altındakı torpaqlar boşaldılmadan və nəticədə Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Xocalı hava limanından uçuşlara heç bir halda icazə verməyəcəyi bəllidir. İkincisi isə Xocalı hava limanının işə düşməsi savaşa dəvətdir. Bu isə separatçıların maraqlarına uyğun olmamalıdır, əksinə, onlar status-kvonun dəyişməz qalmasında maraqlıdırlar. Münaqişənin həllində irəliləyiş əldə olmadan Xocalı hava limanının açılması problematikdir.
Minsk qrupunun erməni separatçılarının “hava limanı” oyununa birmənalı reaksiya bildirməməsi, bununla bağlı olaraq xüsusi açıqlama yayınlanmaması da diqqətdən qaçmadı.

ATƏT həm var, həm də yoxdur

Bu il ATƏT-in Minsk qrupunun yaranmasından 20 il keçdi. Minsk qrupu həmsədrlərinin bu ilin noyabr ayında bölgəyə son səfərləri də nəticəsiz oldu. Ancaq bu səfər bir maraqlı məqamla yadda qaldı. Vasitəçilər Bakı, İrəvan və Xankəndi ilə yanaşı, işğal atlındakı Zəngilan və Cəbrayılda da oldular. Görünür, bu onunla bağlıdır ki, həmsədrlər ilkin olaraq bu iki rayonun azad olunmasını məqbul sayırlar.
Həmsədrlər 3-4 il öncə də ilkin olaraq Azərbaycanın işğal altındakı iki rayonunun azad olunması təklifini gündəmə gətirmişdilər. O zaman söhbət Ağdam və Füzulidən gedirdi. Vasitəçilər işğal altındakı rayonların boşaldılmasıyla bağlı qrafik tərtib etmişdilər. Bu qrafikə uyğun olaraq ermənilər birinci mərhələdə qeyd-şərtsiz iki rayonu azad etməliydilər. Bundan sonra isə Azərbaycan və Türkiyə Ermənistan ətrafında mühasirənin götürülməsi istiqamətində qarşılıqlı addımlar atmalıydılar. Ermənilər Ağdam və Füzulini qeyd-şərtsiz azad etsəydilər, Türkiyə İsveçrədə imzalanan protokolları da ratifikasiya etməyə hazır idi.
Ancaq ermənilər son anda Ağdam və Füzulini azad etməkdən çəkindilər. Çünki hər ikisi Dağlıq Qarabağa bitişik strateji rayonlardır və separatçılar bunu özləri üçün təhlükəli hesab etdilər. Zəngilan və Cəbrayıl isə Xankəndidən bir qədər uzaq məsafədədir, aralarında da başqa işğal olunmuş rayonlar – Qubadlı və Xocavənd yerləşir. Bu isə ermənilər üçün Ağdam və Füzuli qədər təhlükəli sayılmamalıdır. Buna görə də böyük ehtimalla həmsədrlər bu dəfə Ağdam və Füzulini Zəngilan və Cəbrayılla əvəz etməyi lazım bildilər. Ancaq bu iki rayon boşaldılsa belə, Azərbaycanın Zəngilan və Cəbrayıla birbaşa çıxışı olmayacaq. Bunun üçün Füzuli də işğaldan azad olunmalıdır ki, zolaq yaransın və qaçqınlar rahat şəkildə Zəngilan və Cəbrayıla geri dönə bilsinlər. Demək, planda Zəngilan və Cəbrayılın ardından Füzulinin də azad edilməsi tarixi göstərilməlidir.
Həmsədlərin budəfəki səfərlərinin də nəticəsiz qalması ondan xəbər verir ki, ermənilər hər hansı iki rayonun boşaldılması qarşılığında güzəşt qoparmağa, təhlükəsizlik və ya referendum tarixi kimi təminatlar almağa çalışırlar. Belə bir tələbə isə Azərbaycan razılaşa bilməz. Təhlükəsizlik və ya tarixi bəlli olmayan referendum üçün Dağlıq Qarabağ ətrafındakı iki deyil, bütün rayonların boşaldılması vacibdir. Sadəcə erməni separatçılar iki rayonu qeyd-şərtsiz boşaltsalar, bu, sülhün bərqərarı və bölgədə sağlam atmosferin yaranması üçün ilk addım olardı.

Qazaxıstan, Litva, İrlandiya, indi də Ukrayna...

ATƏT-in İrlandiyanın paytaxtı Dublin şəhərində 6-7 dekabr tarixlərində Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası keçirildi. Dağlıq Qarabağla bağlı yenə nəticə əldə olunmadı. Ermənistan Qarabağla bağlı ümumi bəyanatın qəbulunu əngəllədi. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dublində bir araya gəlmədilər. Əvəzində Minsk qrupu həmsədrləri hər iki nazirlə ayrılıqda görüşdülər. Toplantıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Bernar Kazenevin adından yayılan birgə bəyanatda deyilir ki, tərəflər qətiyyyətli addımlar atmırlar, sürətli tərəqqiyə nail olmaq məqsədilə 2012-ci il yanvarın 23-də Soçidə qəbul edilən bəyannaməyə riayət etmirlər, razılaşma imkanı tapmaq əvəzinə danışıqlar prosesində tez-tez birtərəfli üstünlük əldə etmək yolları axtarırlar. Bəyanatın son cümləsində belə deyilirdi: “Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün məsuliyyət yenə də tərəflərin üzərində qalır”.
Beləliklə, danışıqların dalana dirəndiyini etiraf edən həmsədr dövlətlər bu bəyanatla topu Azərbaycan və Ermənistana ataraq yenidən gücsüz olduqlarını etiraf etdilər. Dublində ATƏT-ə sədrlik İrlandiyadan Ukraynaya keçdi. Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır. Buna baxmayaraq Ukraynanın sədrliyi dövründə də ATƏT-in münaqişənin həllində gərəkli məsafə qət edəcəyini söyləmək çətindir. ATƏT-ə hər gələn sədr quruma başçılıq edəcəyi iki ildə ciddi naliyyətlər əldə etməyə çalışacağını vəd edir. Vaxtilə Qazaxıstan da quruma sədr olanda ilk növbədə regional, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə edəcəyinə inanırdı. Ancaq İrlandiya kimi Qazaxıstanın da sədrliyi heç nə ilə yadda qalmadı. Əksinə, ATƏT-in Astanada keçirilən zirvə toplantısı Qarabağ mövzusuna ümumiyyətlə toxunmadı. Ukrayanın ATƏT sədri kimi ən böyük naliyyəti qonşuluğundakı Dnestr probleminin həlli olardı. Ancaq bu münaqişənin həlli də problematikdir. Çünki Dağlıq Qarabağ münaqişəsində olduğu kimi Dnestr probleminin həllində də Rusiyanın maraqları digər ölkələrin maraqları ilə kəsişir.

2013-cü ildən gözləntilər

Gələn il həm Ermənistan, həm də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən Dağlıq Qarabağ danışıqlarından irəliləyiş gözləmək əbəsdir. 2013-ü indidən itirilmiş il hesab etmək olar. Əlbəttə, vasitəçilər bölgəyə səfərlər edəcək, müxtəlif beynəlxalq tədbirlərdə münaqişənin həlli vacibliyi haqqında danışılacaq, ancaq bu amillərin münaqişənin həllinə əvvəlkitək təsiri olmayacaq.

Erməni lobbisinin 2015 hazırlıqları


Azərbaycan erməni separatçılarının arxasında dayanan erməni lobbisinin gələcək planlarına diqqət yetirməlidir. Erməni lobbisi 2015-ci il hazırlıqlarına başlayıb. Həmin tarixdə “erməni soyqrımının” yüz illiyi qeyd ediləcək. Bəzi mənbələrdən gələn xəbərlərə görə, Ermənistan və erməni lobbisi bu 3 ildə Dağlıq Qarabağ rejiminin tanıtdırılması üçün cırtdan dövlətlərlə danışıqlar başlayıb. Erməni separatçıları və erməni lobbisi Abxaziya və Cənubi Osetiya “nümunəsindən” yararlanmaq istəyir. Bu iki separatçı bölgəni də bir neçə cırtdan dövlət tanımışdı. Ancaq separatçılar cırtdan dövlətlərlə kifayətlənənə oxşamırlar. Ermənilər bu işi bəzi böyük dövlətlərdə də görürlər. Məsələn, 2012-ci ildə ABŞ-ın ştatlarından biri və Avstraliyanın əyalətlərindən biri Dağlıq Qarabağı “tanıdığını” bəyan edib. Doğrudur, bu cür “tanınmaların” heç bir hüquqi əhəmiyyəti yoxdur, ancaq bu prosesin genişlənməsi də təhlükəlidir. Əgər Uruqvay parlamentinin spikeri Xankəndinə gedərək, “biz sizi tanıya bilərik” deyirsə, bunun arxasında ciddi planların olduğu aşkardır. Bu arada Avropa ölkələrindən Dağlıq Qarabağa artan səfərlərə də diqqət yetirilməlidir.

Dağlıq Qarabağdakı azlığın hüquqları

Dağlıq Qarabağ danışıqlarının əsas predmetlərindən biri ermənilərin bölgədə hansı haqlara yiyələnəcəyidir. Vasitəçilər də ermənilərin geniş hüquqlarının detalları üzərində çalışırlar. Ancaq Dağlıq Qarabağda yalnız ermənilərin deyil, azərbaycanlıların da haqları tanınmalı və bu məsələ diqqət mərkəzinə keçirilməlidir. Bölgədə yaşayan ermənilərə hansı haqq veriləcəksə, bir o qədəri də bölgəyə qayıdacaq azərbaycanlılara verilməlidir. Ermənilər bölgənin çoxluq haqlarından yararlandıqları kimi azərbaycanlılar da bölgənin azlıq haqlarından yararlanmaq hüququna malik olmalıdırlar. Bunun içində azərbaycanlıların yerli qanunverici və icraeidici orqanlarda təmsilçilik paylarından tutmuş təhlükəsizliklərinin necə və hansı şəkildə qorunacağına dair maddələr aiddir. Buna görə də Dağlıq Qarabağdakı azlığın hüquqlarını da danışıqların əsas predmetinə çevirməyə ehtiyac var.

“Atlas” Araşdırmalar Mərkəzi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüşəcək

    Azərbaycan və Ermənistan prezidentləri Soçidə ...

    3-08-2014, 00:35

  • 
  • Hərbi gücün tətbiqi münaqişəni həll edə bilməz

    Hərbi gücün tətbiqi münaqişəni həll edə bilməz ...

    9-12-2012, 11:23

  • 
  • Azərbaycan və Ermənistan razılığa gəlib

    Azərbaycan və Ermənistan razılığa gəlib ...

    5-06-2013, 14:21

  • 
  • 3 prezidentin birgə Qarabağ bəyanatı

    3 prezidentin birgə Qarabağ bəyanatı ...

    18-06-2013, 20:03

  • 
  • ABŞ-dan təklif: «Danışıqları davam etdirin»

    ABŞ-dan təklif: «Danışıqları davam etdirin» ...

    11-05-2016, 18:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu