GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Sosial problemlər məngənəsi: cəmiyyət aqressiyasını tökməyə yer axtarır - NƏ ETMƏLİ?

Sosial problemlər məngənəsi: cəmiyyət aqressiyasını tökməyə yer axtarır - NƏ ETMƏLİ?

Tarix: 4-05-2022, 12:57 Bölmə :Maraqlı Baxış: 1 002

“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın bir sıra sosial şəbəkə səhifələrində canlı yayımlanırdı. Yanğının görüntülərini kiçik ekranlardan izləyənlər müxtəlif cür reaksiyalar göstərir, hiss-həyəcanlarını ifadə edirdilər.

Burada bəzi diqqətçəkən məqamlar oldu. Belə ki, yanğın hadisəsinin ekoloji, iqtisadi zərərlərini göz önündə tutaraq, bu hadisədən məyus olanlar çoxluq təşkil etsə də, mütəəssir olmadığını bildirənlər, hətta qəzəb ifadə edənlər də var idi.

Məsələn, “əcəb oldu, yağın qiymətini qaldıranda bilmirdilərmi ki, İlahi ədalət təcəlli edəcək, od tutub yanacaqlar” və s. kimi şərhlərə rast gəlmək mümkün idi. Həmin rəy sahiblərini dardüşüncəlilikdə qınayanlar da var idi, insanların bunu hirsindən yazdığını deyənlər də. GUNDEMXEBER.AZ xəbər verir ki, AYNA bahalaşamanın baş alıb getdiyi, əhalinin sosial rifahının günü-gündən çətinləşdiyi bir zamanda bu cür reaksiyaları sosioloq Sahib Altayla müzakirə edib.

Mütəxəssis deyib ki, sinfi cəmiyyətin yarandığı gündən bu günə qədər aşağıların yuxarılara qarşı qısqanclığı, aqressiyası hər zaman olub, var və olacaq: “Lakin mən sinfi cəmiyyətin ədalətli və ya ədalətsiz quruluş olmasını müzakirə etmək istəmirəm. Məlum məsələdir, hər kəs eyni təfəkkürə, dünyagörüşünə, baxış bucağına və yaşam tərzinə sahib deyil. Ölkədə bir yanğın, fəlakət baş verib, buna hərə bir cür rəy bildirə bilər”.

“Məsələ bundan ibarətdir ki, Azərbaycan kimi sosial ədalətsizliyin hökm sürdüyü, hüququn nəzəriyyədə mövcud olub, praktikada işləmədiyi, bir tərəfin sürətlə varlanıb, digər tərəfin sürətlə yoxsullaşdığı ölkələrdə aşağıların yuxarılara qarşı aqressiyası daha çoxdur. Səbəb isə çoxluğun sosial rifahıdır. Çoxluğun aqressiyası bundan irəli gəlir. İnternet, informasiya bolluğu əsrində eyni xalqa məxsus bir qrupun həddindən artıq varlı, çoxluğun kasıb yaşaması kasıb çoxluqda nifrət hissi yaradır”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, bu cür aqressiyanın səbəblərindən biri ölkə səviyyəli müxtəlif işlərin həllində ortaya çıxan ədalətsizliklə bağlıdır: “Azərbaycanda xalqın istənilən çətinlikdə ağlına gələn ilk düşüncə budur: "neft-qaz ölkəsinin vətəndaşı belə yaşamamalıdır". Reallıq isə budur ki, yaşayır. Rəsmi məvacibiylə, sahib olduğu var-dövləti tərs mütənasib olan adamların yaratdığı lüks həyat görüntüsü və sosial platformalarda yayımlanan mülklər artıq çoxluğa məlumdur və bu çoxluqda artıq belə bir fikir formalaşıb ki, "ölkədə böyük iaşə obyektinə, istehsalat müəssisəsinə, market şəbəkəsinə sahib olan adam elə-belə adam deyil". Bu ölçü təkcə yaşam tərzinə görə yox, həm də ölkə səviyyəli müxtəlif işlərin həllində ortaya çıxan ədalətsizliyə əsasən təyin edilir”.

Sosioloq bu aqressiyanı artıran səbəblərdən birini də İkinci Qarabağ müharibəsindən sonra insanlarda müharibə dövründə yaranmış coşqunun ictimai şüur aktına çevrilməməsində görüb: “İki il öncə ölkənin ərazi bütövlüyü uğrunda baş verən Vətən müharibəsində xalq gözünün ağı-qarası olan bir oğlunu komissarlıqdan alqışlaya-alqışlaya yola saldı. O birliyin, o coşqunun müharibədən sonra ictimai şüur aktına çevrilməməsi bu aqressiyanı daha da artırır. Üstəlik, post-müharibə dövründə çoxluq bir şeyi də anladı ki, hər gün küçədə musiqinin səsini yuxarı qaldırıb, yüksək sürətlə, bahalı maşınlarda onun qarşısında şütüyənlər vətənin bütövlüyü uğrunda can vermək yarışına girmədilər. Onların yeganə yarışı bahalı restoranların yemək süfrələri üzərində nümayiş etdirdiyi bahalı maşınlarının açarları arasında baş verir”.

S.Altay günü-gündən artan qiymətlər və kütləvi işsizliyin bu məsələdə təsirlərinə də toxunub: “Səmimi danışırıqsa, istənilən çətin vəziyyətdə ilk düşündüyümüz evimizin içərisidir. Bu gün ailə başçısı statusu daşıyan adamın üzərində böyük bir məsuliyyət var. İşsiz və ya çalışıb normal gəlir əldə edə bilməyən adamın ailəsinin qarşısında duyduğu utanc hissindən, yenilən eqosundan doğulan aqressiyanı haradansa çıxarmağa bir vasitəsi olmadır. O vasitə bu cür hallarda ifadə olunan rəylərdir. Sosial şəbəkələr bir növ bəzi adamlar üçün həm də dərdini danışıb, içini boşaltdığı yerdir”.

“Ölkədə yağ istehsalçısı olan böyük bir müəssisənin yanması və buna qarşı yönələn aqressiya evinə yağ ala bilməyən və ya dükandan nisyə yağ alan adamın hər gün ödəyə bilmədiyi ehtiyacların qarşısında əsəblərini soyutmağa hesabladığı davranış tərzidir. Günü-gündən problemləri artıb başından aşan o adamın düşündüyü budur: "Mən səhərdən axşama kimi daş daşıyıb 15 manata işləyirəm. Mənim bir günlük qazancım o yağın keyfiyyətlisinin 1 kq-na dəymirsə, mənim fəhlə maaşıma o yağ zavodu böyüyürsə, sabah ayağım sınsa, işləyə bilməsəm, uşaqlarım yağsız qalacaqsa, o yağ zavoduna əcəb olub yanıb”. O adamın gəlirlərinin az olmasında və ya işsiz qalmasında, qiymətlərin artmasında, bəlkə də, o yağ zavodunun sahibinin heç bir rolu yoxdur. Bəlkə də, o, sıradan bir iş adamdır. Nəticə etibarilə böyük işlərin "böyük" adamların kurasiyasında olması düşüncəsi artıq alt şüurda oturuşub. Bu düşüncə elə-belə də formalaşmayıb, təsdiq edən nümunələr az deyil. Məhz bu düşüncənin qarşılığında da həmin aqressiv rəylər formalaşır”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərsun Sənaye Parkı" yanır -VİDEO

    "Azərsun Sənaye Parkı" yanır -VİDEO ...

    28-04-2022, 21:14

  • 
  • Cəlilabaddakı "İran bazarı"ında baş vermiş yanğın söndürülüb -  YENİLƏNİB - 2

    Cəlilabaddakı "İran bazarı"ında baş ...

    21-06-2017, 20:45

  • 
  • “Megafun”da yanğın oldu- Fotolar+Yenilənib

    “Megafun”da yanğın oldu- Fotolar+Yenilənib ...

    27-03-2014, 09:43

  • 
  • Bakıda uşaq poliklinikasında yanğın oldu

    Bakıda uşaq poliklinikasında yanğın oldu ...

    21-12-2015, 13:50

  • 
  • Bakıda güclü yanğın - Bir nəfər öldü

    Bakıda güclü yanğın - Bir nəfər öldü ...

    26-05-2015, 12:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu