GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Metrodan cəbhəyə. Moskvada “yayınanları” üztanıma sistemi vasitəsilə necə yaxalayırlar?

Metrodan cəbhəyə. Moskvada “yayınanları” üztanıma sistemi vasitəsilə necə yaxalayırlar?

Tarix: 27-10-2022, 13:25 Bölmə :Maraqlı Baxış: 732

Moskva sakini Antonu metro girişində saxlayıb hərbi komissarlığa göndərmək istəyiblər, həm də düz iki dəfə. Hər dəfə də onu üztanıma sisteminə qoşulmuş kamera vasitəsilə tapıblar. Ancaq Anton hələ də müharibəyə yollanmayıb, səfərbərlikdən yayına bilmək üçün hətta sim-kartını da atıb. BBC səfərbərliyə cəlb edilənləri tapmaq üçün hakimiyyət strukturlarının hansı "rəqəmsal izləmə" vasitələrindən istifadə etdiyini və bunun qanuni olub-olmadığını öyrənib.

Oktyabrın 8-də gecə yarısına az qalmış 25 yaşlı Moskva sakini Anton (ad dəyişdirilib) dostlarıyla görüşmək üçün metroya minib. Növbəti stansiyada ondan başqa heç kəsin olmadığı vaqona metro polisinin əməkdaşı daxil olub.

-Siz Filankəs Filankəsovsuz? - Polis ondan soruşub.

-Bəli, - Anton cavab verib.

-Onda mənimlə gəlin!

"Vaqondan çıxdım. Polis ad-soyadımı bir də dəqiqləşdirdi, sənədimin olub-olmadığını soruşdu. Dedim, var. Telefonunda mənim şəkillərim olan bir proqram göstərdi - həm MMD-dəki [Moskva Mərkəzi Dairələri] sənədlərimdən götürülmüş şəkillər idi, həm də elə indicə metro girişində çəkilmiş şəklim. Yəqin, proqrama avtomatik yüklənmişdi", - Anton dostuna göndərdiyi səsli mesajda deyir.

Belə bir hadisənin baş verdiyini BBC ilə söhbətində gəncin anası da təsdiqləyib.

Polis əməkdaşı Antona deyib ki, onun adı bazada "yayınan" kimi qeyd olunub (Hərbi komissarlıqlar çağırış vərəqəsi alıb ora getməyənləri belə adlandırırlar, amma "Vicdana çağırış" antimüharibə koalisiyasının hüquqşünasları bu yanaşmanın doğru olmadığını, "yayınmağa" görə cəza nəzərdə tutulduğunu, lakin kiməsə "yayınan" demək üçün məhkəmə qərarının olmasının vacibliyini vurğulayırlar).

- Necə yəni? - Anton soruşub.

- Sizə çağırış vərəqəsi gəlib?

- Bilmirəm, başqa ünvanda qeydiyyatdayam.

Onu metrodakı polis bölməsinə aparıblar, sonra rayondakı başqa bölməyə və ordan da hərbi komissarlığa. Komissarlıqda Antona deyiblər ki, çağırış vərəqəsini qeydiyyatda olduğu ünvana göndəriblər.

O, nənəsiylə babasının yaşadığı evdə qeydiyyatdadır. Komissarlıqdan ora iki dəfə gediblər. Babası bunu həm Antonun anasına, həm də özünə deyib: "Komissarlıqdan gəlmişdilər. Dedilər, vərəqəni ona çatdırın, yoxsa haqqında cinayət işi açıla bilər".

"Bu məsələdə atamla fikirlərimiz toqquşdu. Mən bütün bu hərbi əməliyyatların əleyhinəyəm, amma o hesab edir ki, gedib vətəni qorumaq lazımdır. Hansı vətəni, ora Rusiyadır ki?! Mən başqalarının siyasi maraqlarına görə oğlumun müharibəyə getməsini istəmirəm", - Antonun anası belə deyir.

Rusiyada səfərbərlik döyüşmək istəməyənlər təhlükəsizlik kameraları rusiyada Moskva metrosu

ŞƏKLİN MƏNBƏYİ,ALEXANDER SHCHERBAK/TASS

Şəklin alt yazısı,

Moskvadakı hərbi komissarlıqlardan birində tibbi müayinə

Oktyabrın 9-da hərbi komissarlıqda Antona daha bir çağırış vərəqəsi verilib. Ona deyiblər ki, sabah səhər saat 10-da tibbi müayinəyə gəlsin. O gedib və iki il əvvəl aldığı xəsarətdən danışıb - yeddi metr hündürlükdən yıxıldığını, dabanlarında və onurğasında kompressiya sınıqları olduğunu bildirib. Cərrah qısa müayinədən sonra deyib ki, Antonda yüngül skolyoz var, bəzi xırda məhdudiyyətlərlə (kateqoriya B3 - bu arayış hazırda BBC-dədir) hərbi xidmətə yararlıdır.

Qanuna görə, ehtiyatda olanlar bir neçə analiz verməli, sonra bir neçə həkimdən ibarət komissiyanın müayinəsindən keçməlidirlər. Hüquqşünaslar qeyd edir ki, hərbi komissarlıqlardakı müayinə tibbi baxış deyil, bunlar fərqli prosedurlardır.

Anası deyir ki, hərbi komissarlıqda tibbi müayinədən keçdikdən sonra Antona bir neçə vərəq imzaladıblar və oktyabrın 11-də "göndərilmək üçün" gəlməsini əmr ediblər. Hara göndəriləcəyini deməyiblər. "O, heç bilmir ki, nəyə imza atıb. Heç kim heç nə izah etməyib. Ümumiyyətlə, oğlum nə baş verdiyini tam olaraq anlamayan vəziyyətdəydi", - Antonun anası belə deyir.

Gəncin ailəsi tibb komissiyasının rəyinə etiraz etmək qərarına gəlib və vəkil tutub. Anton onu qarşılmaq üçün metroya gedib və orda onu yenidən saxlayıblar. Polisə artıq çağırış vərəqəsi aldığını və sabah komissarlığa gedəcəyini desə də, Antonu təkrar ora aparıblar. "Onlar mənim kimilərlə necə davranmalı olduqlarını bilmirlər, ona görə də komissarlığa aparırlar", - Anton anasına belə deyib.

Deyəsən, bu dəfə orada onunla hərbi prokuror danışıb.

- Bura bax, sən ki dünən də burdaydın.

- Hə.

- Bəs bu gün niyə gəlmisən?

- Bilmirəm, gətiriblər.

Anton kimi səfərbərliyə cəlb edilən bir çox başqalarını da üztanıma sistemi vasitəsilə saxlayıblar.

"Yayınanları" necə "ovlayırlar"?

Səfərbərlik başlayandan bəri sosial şəbəkələrdə çağırış yaşlı kişilərin metroda necə saxlanmasıyla bağlı xeyli paylaşımlar edilib. "Naçlejka" xeyriyyə cəmiyyətinin keçmiş sədri Qriqori Sverdlin oktyabrın 12-də öz "Facebook" profilində yazıb ki, metronun "Sokolniki" stansiyasında səfərbərlik üçün "toplama məntəqəsi" yaradılıb:

"İçəridə 100-ə yaxın adam var, heç kimi çölə buraxmırlar. Hamısına nömrə, hərbi komissarlığın ünvanı və müayinə üçün həkimlər verirlər. Hətta formanı da orda verirlər. Girşidə və çxışda polislər durub, heç kimi çölə buraxmırlar".

Metronun "Şelkovskaya" stansiyasında da eyni şey baş verib.

"İndicə Moskva Şəhər Telefon Şəbəkəsinin rəhbəri və bir əməkdaşı mənə müraciət etdilər. Bildirdilər ki, metronun "Şelkovskaya" stansiyasında səfərbərliyə cəlb edilənlərin yaxalanması zamanı sözügedən əməkdaş da saxlanılıb. Onun sözlərinə görə, hamını saxlayırmışlar, deyirlərmiş ki, bronu olanlar arayış təqdim etməlidirlər", - Prezident yanında İnsan Haqları Şurasının üzvü Kirill Kabanov belə deyib.

Üztanıma sistemləri təkcə metrolarda yox, küçələrdə də quraşdırılıb. Bu sistemə yüklənən şəkil vasitəsilə adamın nə vaxt, harada və kiminlə olduğunu müəyyənləşdirmək olur.

Sistemin kameraları Moskva metrosunda 2020-ci ilin payızından fəaliyyət göstərir. Onların köməyilə hakimiyyət, məsələn, pandemiya zamanı karantin məhdudiyyətlərini pozan şəxsləri yaxalayırdı. BBC-nin artıq yazdığı kimi, sistem Rusiya şirkətləri ("NtechLab", "Tevian FaceSDK", "VisionLabs Luna Platform" və "Kipod") tərəfindən yaradılmış dörd texnologiyadan istifadə edir.

"Metroya girmə, heç vaxt. Girsən, mütləq papaq qoy və maska tax", - Antonun anası deyir ki, axşama doğru oğlunu azad edən polislər ona belə deyiblər.

Hərçənd maska üztanıma sisteminə qoşulmuş kameradan qorunmağa kifayət etməyə bilir.

"Alqoritm yüksək dəqiqliyə malikdir və hazırda sistemə qoşulmuş kameraların maskalı üzləri də tanıması ehtimalı yüksəkdir. Bizdə hətta motosiklet dəbilqəsi taxmış insanların da tanınması halları olub, ona görə də çətin ki, maska alqoritmdən qoruya bilsin", - "NechLab" şikətinin qurucusu Aleksandr Kabakov deyib.

Rusiyada səfərbərlik döyüşmək istəməyənlər təhlükəsizlik kameraları rusiyada Moskva metrosu

ŞƏKLİN MƏNBƏYİ,MIKHAIL SVETLOV/GETTY IMAGES

Şəklin alt yazısı,

Pandemiya dövründə Moskva metrosunda sənədlərin yoxlanılması. Aprel, 2020

Çağırışçıları kameralar vasitəsilə yaxalamaq metodunu regionlarda da tətbiq edə bilərlər: bunun üçün hakimiyyət üztanıma sistemi qoşulmuş Vahid Məlumat Saxlama Mərkəzinin (VMSM) imkanlarından istifadə etməyi planlaşdırır. Moskva meriyası qədər pulu olmayan bölgə sturkturları da öz izləmə sistemlərini yarada bilsinlər deyə məlumatları yerlərdən VMSM-ə ötürəcəklər.

"Kommersant" dekabrın 16-na kimi tamamlanmalı olan bu planı dövlət müqaviləsində aşkar edib. Hələ ki podratçı müəyyənləşdirilməyib. İnformasiya texnologiyaları departamentindən "Kommersant"a belə bir planın olduğunu təsdiqləyiblər: "Müqavilə həmçinin imkan verəcək ki, Rusiya Federasiyasının konkret subyekti arzu edəcəyi halda digər regionların videomüşahidə sistemləri də VMSM-ə inteqrasiya edilə bilər".

VMSM-də Moskvanın videomüşahidə altında olan obyektləri haqqında məlumatlar saxlanır. BBC-nin də tanış olduğu müqaviləyə əsasən, hər gün 213 min kameranın məlumatı VMSM-ə ötürülür.

"Roskomsvoboda" ictimai təşkilatının rəhbəri Artyom Kozlyuk regionların paytaxtın üztanıma sisteminə qoşacaqlarını istisna etmir, amma bunun tezliklə baş verəcəyini düşünmür, çünki sistemin genişləndirilməsi üçün xüsusi avadanlıqlar alınmalıdır. Hərçənd Kozlyuk qeyd edir ki, artıq bunun üçün pul ayırmış ola bilərlər.

Hakimiyyət çağırışçıları başqa hansı üsullarla izləyə bilər?

Hərbi komissarlığa ikinci gedişində Antonun çağırış vərəqəsində səfərbərlik tarixini bir gün sonraya - oktyabrın 12-nə dəyişiblər. Ancaq o, həmin gün ora getməyib - telefonundakı sim-kartı çıxararaq dostlarıgildə gizlənib. Anası isə hərbi vəkillə birlikdə cərrahın rəyini ləğv etdirməyə çalışır.

Antonun öz rəqəmsal izlərini minimuma endirmək istəyi başa düşüləndir. Çünki hakimiyyətin əlində üztanıma sisteminə qoşulmuş kameralardan başqa vasitələr də var.

"Şəbəkə azadlıqları" layihəsinin hüquqşünasları hesab edirlər ki, çağırışçıları yaxalamaq üçün keçirilən polis reydləri Daxili İşlər Nazirliyinin digər qurumlardakı - hərbi komissarlıqlar, otellərin qeydiyyat şöbələri və vergi xidmətindəki bazalardan istifadə etməsindən xəbər verir, çünki çağırış vərəqələrini vətəndaşların iş yerlərinə də göndərirlər.

Rusiyada səfərbərlik döyüşmək istəməyənlər təhlükəsizlik kameraları rusiyada Moskva metrosu

ŞƏKLİN MƏNBƏYİ,MIKHAIL METZEL/TASS

Şəklin alt yazısı,

Mokvada səfərbərlik formal olaraq bitib, amma istənilən an bərpa oluna bilər.

Səfərbərliyə cəlb edilənləri klinikalarda da tapırlar. Peterburq sakini Aleksey Romaşov terapevtin qəbuluna "Qorzdrav" portalı vasitəsilə yazılıbmış - ona çağırış vərəqəsini elə həkimin kabinetində təqdim ediblər. Çağırışçılarla bağlı məlumatlar sərhədçilərdə də var - onlar xaricə getmək istəyən bir neçə nəfəri ölkədən çıxmağa qoymayıblar.

Kozlyuk deyir ki, çağırışçıları yol hərəkəti qaydalarının pozulması hallarını qeydə alan sistemlər vasitəsilə də axtara bilərlər. SHOT Teleqram kanalı yazıb ki, "yayınanlara" məxsus avtomobillərin nömrələri "Potok" sisteminə daxil edilə bilər. Daxili İşlər Nazirliyi bu məlumatı saxta adlandırıb.

Çağırışçıları texniki baxımdan həm də telefonun unikal IMEI nömrəsi və ya, məsələn, geolokasiyanı qeydə alan tanışlıq proqramları, taksi xidmətləri, qida çatdırılması xidmətləri vasitəsilə də aşkar edə bilərlər. Hüquqşünaslar deyirlər ki, hakimiyyətin belə bir hüququ yoxdur. "Amma Moskvada keçirilən reydlər zamanı gördük ki, polisin əl-qolu açılıb", - "Vicdana çağırış" koalisiyasının hüquqşünasları belə deyirlər.

Bu mənada indi səfərbərliyə cəlb edilənlərin gizlənməsi əsrin əvvəlində olduğundan daha çətindir. Onda belə hallar kifayət qədər kütləvi xarakter daşıyırdı - məsələn, o vaxt BBC müxbirinin tanışı qeydiyyatda olduğu ünvanda yaşamayıb, yaz və payız çağırışları zamanı metroya minməyib, şəhərdə hərəkət etmək üçün ancaq mikroavtobuslardan istifadə edib.

"Yayınanları" izləmək qanunidirmi?

Oktyabrın əvvəlində 28 yaşlı Sergey Lepexov metronun "Volokolamskaya" stansiyasında saxlanılıb - çox güman, onu da kameralar vasitəsilə aşkar ediblər. Lepexov hərbi komissarlığa aparılıb, qısa tibbi müayinədən keçirilib ("qarnını əlləyiblər") və elə həmin gün Moskva vilayətindəki səhra düşərgəsinə, ordan da hərbi hissəyə göndərilib.

Elə hallar da var ki, səfərbər edilənləri dərhal - heç bir təlim keçmədən Ukraynaya aparıblar və onlar hərbi komissarlıqdan yola salınandan təxminən 10 gün sonra həlak olublar.

"Şəbəkə azadlığı" layihəsinin hüquqşünası Stanislav Seleznyov deyir ki, hakimiyyət, çox güman, "Hərbi mükəlləfiyyət haqqında" qanunun 31-ci maddəsini və idarələrin çağırışçılarla bağlı qarşılıqlı əməkdaşlığına dair Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə əmrini rəhbər tutur.

Amma səfərbər edilənlərin axtarılması haqda xüsusi normativ sənəd yoxdur; o cümlədən, hərbçilərin xüsusi xidmət orqanlarına aid vasitələrdən (dinləmə, geolokasiya, çatdırılma və ya taksi xidmətlərinin məlumatları və sair.) istifadə etməsi barədə də sənəd yoxdur - vəkil belə deyir.

Seleznyov əlavə edir ki, "bu vasitələrdən əsaslandırılmamış istifadə hüquq-mühafizə orqanları əməkdaşlarının qanunu pozması deməkdir".

O həmçinin qeyd edir ki, "Hərbi mükəlləfiyyət haqqında" qanuna əsasən, hərbi komissar çağırış vərəqəsini təqdim etmək üçün göstərilən bir neçə uğursuz cəhddən sonra çağırışçının sənədi götürməkdən yayındığını düşünə və onun inzibati xəta törətməkdə şübhəli bilinən şəxs qismində tapılmasına kömək üçün Daxili İşlər Nazirliyinə müraciət edə bilər.

Rusiyada səfərbərlik döyüşmək istəməyənlər təhlükəsizlik kameraları rusiyada Moskva metrosu

ŞƏKLİN MƏNBƏYİ,ALEXANDER SHCHERBAK/TASS

Şəklin alt yazısı,

Hüquqşünaslar deyirlər ki, "yayınanların" axtarışı üçün kameralardan istifadə etmək qanun pozuntusudur.

Ancaq hərbi komissarın müraciətindən sonra polis çağırış vərəqəsini təhvil vermək üçün çağırışçını ancaq yaşayış yeri üzrə axtara bilər; onun yerini müəyyən etmək üçün əməliyyat-axtarış fəaliyyətinə aid texnologiyalarından və müşahidə kameralarından istifadə edə bilməz. Belə texnologiyalardan yalnız cinayət işlərində istifadə oluna bilər, şəxsin çağırış vərəqəsini alandan sonra da komissarlığa getməməsi də cinayət əməli deyil - "Vicdana çağırış" antimüharibə koalisiyanın hüquqşünası belə deyirlər.

Onlar metrodakı saxlanmalarda daha bir ciddi qanun pozuntusu olduğunu bildirirlər: polis əməkdaşlarının hərbi xidmətə çağırılan şəxsi saxladıqdan sonra hərbi komissarlığa göndərmək hüququ yoxdur. Komissarlığa getməməsiylə bağlı inzibati xəta protokolu tərtib etmək üçün onu ancaq şöbəyə apara bilərlər.

Təhlükəsizlik orqanları üçün məlumat əldə etməyin daha sadə üsulu "Roskomnadzor"a sorğu göndərməkdir. Çağırışçının istifadə etdiyi xidmət bu qurumun məlumat yayan təşkilatçılar reyestrində varsa (məsələn, "Yandex.Food", "Yandex Go", "Vkontakte", "Tinkoff Bank"ın messenceri kimi), onun haqqında məlumat əldə etmək mümkündür.

"Roskomsvoboda"nın əməkdaşı Artem Kozlyuk qeyd edir ki, bu xidmətlərin hamısından istifadəçilərə aid bütün məlumatları (təkcə yazışmaları yox, həm də metadata və geolokasiya haqqında məlumatları da) saxlamaq və Rusiya kəşfiyyat xidmətlərinə təqdim etmək tələb olunur: "Telefonunuzdakı xidmət proqramlarına diqqət etməli və qərar verməlisiz - onlar sizinçün faydalıdır, yoxsa hüquqlarınıza zərər vurur".

"Şəbəkə azadlıqları"nın hüquqşünası Seleznyov hesab edir ki, taksi və çatdırılma xidmətlərində, o cümlədən, onlayn mağazalarda başqa adla qeydiyyatdan keçmək rəqəmsal gigiyenanın və şəxsi məlumatları qorumağın elementar qaydalarıdır.

Məsələn, 2020-ci ildə "Roskomsvoboda" gizli şəbəkədə Moskva kameralarından sızan biometrik məlumatları aşkar edib. Qurumun analitikləri qeyd ediblər ki, "Məlumatlar təkcə təhlükəsizlik qüvvələri üçün yox, həm də polisin və məmurların həmin məlumatları ötürməyə və ya satmağa hazır olduqları bütün şəxslər üçün əlçatandır".

"Məlumatların bədxahlara ötürülməsi yalnız zaman məsələsidir. Belələrinin mülki, yoxsa hərbi formada olması artıq o qədər də vacib deyil, o cümlədən, poqonların mavi və ya yaşıl (polis və ya hərbçi) olması da" - vəkil Stanislav Seleznyov belə deyir./bbc.com
 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda bəylə gəlin toya metro ilə getdilər - VİDEO

    Bakıda bəylə gəlin toya metro ilə getdilər - VİDEO ...

    29-12-2014, 12:51

  • 
  • Sumqayıt, Naxçıvan və Gəncədə metro olacaq

    Sumqayıt, Naxçıvan və Gəncədə metro olacaq ...

    8-05-2013, 12:24

  • 
  • Yeqor Şerbakovun qardaşı: “Hansısa cinayətkara görə bütün milləti qaralamaq düzgün deyil”

    Yeqor Şerbakovun qardaşı: “Hansısa cinayətkara ...

    23-10-2013, 16:50

  • 
  • Moskvada naməlum şəxs metro stansiyası yaxınlığında atəş açıb, 2 nəfər yaralanıb

    Moskvada naməlum şəxs metro stansiyası ...

    16-09-2019, 12:18

  • 
  • Polis əməkdaşı prezidentə müraciət etdi

    Polis əməkdaşı prezidentə müraciət etdi ...

    8-04-2013, 10:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu