Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində metropolitenin yaradılması planlaşdırılır.
Bu haqda Bakı Metropolitenin rəhbəri Tağı Əhmədovun çıxışına istinadən Bakı Metropolitenin rəsmi saytında xəbər yayılıb. Əhmədov bildirib: "Azərbaycanda metro tikintisi sahəsində yaxşı gələcək var. Bakı şəhərinin qəsəbələri, Sumqayıt, Gəncə və Naxçıvan sakinlərinin metrodan istifadəsi üçün lazım tədbirlərin görülməsi planlaşdırır". Hazırda Bakı Metropoliteni 20 illik inkişaf proqramı həyata keçirir. Əhmədovun sözlərinə görə, proqram çərçivəsində 2014-cü ilin may ayında iki metro stansiyanın, 2016-cı ildə isə 6 metro stansiyanın istifadəyə veriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?