GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Ərəbləri Azərbaycana gətirən nədir?

Ərəbləri Azərbaycana gətirən nədir?

Tarix: 4-11-2022, 19:27 Bölmə :Maraqlı Baxış: 973

Müalicəvi zonalarımıza, kurort və sanatoriyalarımıza turistlərin marağı hər zaman olub...

Bu ilin oktyabr ayında Azərbaycana 160 467 turist gəlib və bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 76 % artım deməkdir. Oktyabr üzrə TOP-15 ölkə sırasında ərəb ölkələrinin xüsusi çəkisi var. Belə ki, bu siyahıda yer alan Səudiyyə Ərəbistanından 4 100, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) isə 2 200 vətəndaş səyahət üçün Azərbaycanı seçib.

2022-ci ilin digər aylarında bu siyahıda həmçinin Küveytin də adı yer alır. Region olaraq isə ərəb dövlətlərinin yerləşdiyi Yaxın Şərq regionu ümumi gəlmə turizminin 7,7 %-ni təmin edir.

Gundemxeber.az bildirir ki, "Report"un araşdırması son illər ərəb turistlərinin Azərbaycanın sağlamlıq turizminə marağın daha da artdığını təsdiq edir. Halbuki bir neçə il əvvəl ərəblərin Azərbaycana əsasən ov məqsədilə gəldikləri bildirilirdi. Ov turizmi istənilən ölkədə turizm potensialının əsas göstəricilərindən biri hesab olunur. Ərəb turistlər ov məqsədilə ölkəmizə Bəhrəyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbsistanından gəlirdilər.

Azərbaycanda sağlamlıq turizminin imkanlarını şərh edən "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Qurbanov bildirib ki, hazırda Azərbaycana həm kosmetoloji, həm estetik, həm də stomatoloji prosedurları almaq üçün əsasən ərəb ölkələrindən olan turistlər səfər edir:

“2020-ci ildə başlayan koronavirus (COVID-19) pandemiyası bir sıra sahələrə olduğu kimi turizm sektoruna da mənfi təsir etdi. Belə ki, sərhədlər bağlandı, turizm dayanma nöqtəsinə gəlib çıxdı.

Amma post-pandemiya dövründə ənənəvi turizm növləri ilə yanaşı yeni turizm növlərinin də tətbiqinin şahidi olduq. Ölkəmizdə ən geniş yayılan belə turizm növlərindən biri də tibbi turizmdir. Hansı ki, ölkəmizdə onun ənənəsi illər öncəyə çıxır. Müalicəvi zonalarımıza, kurort və sanatoriyalarımıza turistlərin marağı hər zaman olub.

Bu vaxta qədər hər zaman Naftalan bu sahədə ixtisaslaşmış region kimi tanınıb və əsasən MDB ölkələrində səfər edənlər çoxluq təşkil edib".

Ə. Qurbanov hesab edir ki, qlobal olaraq müalicə və sağlamlıq turizmi gəlirli turizm növləri siyahısındadır: "Çünki bu paketi seçənlər minimum 14-21 günlük proseduralardan keçirlər. Məhz belə uzunmüddətli proses iqtisadiyyata da öz müsbət töhfəsini verə bilir".

Onun sözlərinə görə, hazırkı vəziyyətdə əsasən ərəb ölkələrindən Azərbaycana həm kosmetoloji, həm estetik, həm də stomatoloji prosedurları almaq üçün gələn turistlər var: "Xüsusən də stomatoloji xidmətlər bizim ölkəmizdə daha keyfiyyətli və sərfəli olduğu üçün ölkəmiz xarici turistlərə cəlbedici məkan olub.

Pandemiyadan sonrakı dövrdə digər turizm növlərində olduğu kimi sağlamlıq turizmində proqressiv inkişaf müşahidə edirik və hətta onların sayı bizim proqnozlarımızı da üstələdi.

Hesab edirəm ki, sağlamlıq turizmini inkişaf etdirmək üçün regionlarda olan kurort zonaların təbliğatı aparılmalıdır yaxud bu təbliğat daha da gücləndirilməlidir. Təbii ki, bu regionlara Avropadan da sağlamlıq turizmi ilə bağlı müraciət etmələrinə şərait yaradacaq”.

Azərbaycana ərəb turistlərinin səfərini təşkil edənlərdən biri olan Azər Babayev isə hesab edir ki, ölkəmiz qiymətlərin münasibliyinə görə cəlbedicidir:

“Təbii ki, əsas məsələ keyfiyyət və qiymətdir. Əgər turist eyni keyfiyyətli xidməti burada daha ucuz görürsə ölkəmizi seçməyi üstün tutacaq. Sağlamlıq turizmi ilə bağlı ölkəmizin çox böyük imkanları var. Hesab edirəm ki, bu imkanları artırmaqla gələn turistlərin sayını dəfələrlə yüksəltmək olar”.

Qeyd edək ki, Azərbaycanın sağlamlıq turizmi mərkəzi hesab edilən Naftalana bir il ərzində 40 000-dən çox turist gəlib. Hazırda Naftalanda eyni anda 4000-4200 turisti qəbul etmək iqtidarında olan 14 iri sanatoriya fəaliyyət göstərir. Son göstəriciyə görə, qonaqlama mərkəzlərinin dolumluluq səviyyəsi ortalama 90 %-ə bərabər olub. Bu isə proqnozlardan artıq nəticə əldə etmək deməkdir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda ərəb turist soyuldu

    Bakıda ərəb turist soyuldu ...

    2-08-2017, 14:10

  • 
  • Azərbaycana gəlmiş ərəb turist ayaqyolu ilə hovuzu səhv saldı

    Azərbaycana gəlmiş ərəb turist ayaqyolu ilə ...

    29-06-2018, 12:44

  • 
  • Bakıda itkin düşən ərəb turist tapıldı

    Bakıda itkin düşən ərəb turist tapıldı ...

    28-03-2018, 13:56

  • 
  • Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər.

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını ...

    18-01-2016, 15:06

  • 
  • Bakıda ərəb turist otelə çağırdığı qadını döyüb

    Bakıda ərəb turist otelə çağırdığı qadını döyüb ...

    29-01-2018, 12:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu