GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İldə bir dəfə yada düşən Qarabağ

İldə bir dəfə yada düşən Qarabağ

Tarix: 22-12-2012, 12:24 Bölmə :Maraqlı Baxış: 720
İldə bir dəfə yada düşən Qarabağ

Atəşkəsdən sonra 18 il ərzində problemin həlli istiqamətində kiçik də olsa addım atmaq mümkün olmayıb

gundemxeber.az İlin yekununda Qarabağ probleminə toxunmamaq nəinki ölkənin, hətta bölgənin əsas probleminin üstündən sükutla keçmək deməkdir. Amma təəssüf ki, tək son bir ildə deyil, 1994-cü ildə atəşkəs elan olunandan sonra bu problemin həlli istiqamətində kiçik də olsa addım atmaq mümkün olmayıb, məsələnin siyasi həlli sözün əsl mənasında dalana dirənib. Bu baxımdan 2012-ci il də istisna olmadı.
Azərbaycan problemin mərhələli həll variantının üstündə təkid etdi, Ermənistan isə Dağlıq Qarabağın statusu ilə bağlı keçiriləcək referendumun tarixinin irəlicədən müəyyənləşdirilməsində israr etdi. Prezidentlərin bu il üçün birinci və elə həm də axırıncı görüşü yanvar ayının 23-də Soçidə keçirilmişdi. Bu görüş təkcə Azərbaycan və Ermənistan prezidentləri üçün axırıncı olmadı, həm də D. Medvedev-in prezident statusunda vasitəçilik etdiyi sonuncu görüş oldu. Güman etmək olardı ki, prezident V. Putin öz sələfinin təşəbbüsünü davam etdirəcək. Amma bu bir il ərzində Moskva bir dəfə belə olsun vasitəçilik təşəbbüsündə bulunmadı. Əvəzində Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı genişləndi, hava sərhədlərinin birgə qorunması razılaşdırıldı və qonşu Rusiyanın hərbi – siyasi dairələri bir daha Azərbaycana işarə etdilər ki, müharibə olacağı halda Rusiya həm Ermənistanın və həm də Dağlıq Qarabağın hava sərhədlərini qoruyacaq. Bu məsələlərlə bağlı danışanda Qəbələ RLS-i yada salmamaq olmur. Bəlkə də bu rəsmi Bakının münaqişənin gedişi ilə bağlı məyusluğunun göstəricisi idi.
Rəsmi Bakı başa düşdü ki, Rusiya münaqişənin açarının onda olmasını tez – tez xatırlamaqla sadəcə ölkələri özünün siyasi orbitində saxlamağa çalışır. Əgər Rusiya Qarabağ problemində azacıq da olsa irəliləyişə imkan versəydi çox güman ki, rəsmi Bakı onun bu xoş məramını cavabsız qoymayacaqdı – elə RLS problemi də həll olunacaqdı, bəlkə də Avrasiya İttifaqı məsələsinə də «hə» deyiləcəkdi. Amma Rusiya bunu etmədi və böyük ehtimalla buna cavab olaraq Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığının hər gün, hər saat genişləndirdiyi bir vaxt Azərbaycan Rusiyanın hərbi orbitindən uzaqlaşmaq yolunu tutdu. Burada etiraz etmək olar ki, Moskva Qarabağ prosesində heç də yeganə siyasi vektor deyil. Əgər məsələ ilə bağlı Rusiyanın adı çəkilirsə digər dövlətlərin də «xidmətləri» sadalanmalıdır. Bunu haqlı irad hesab etmək olar. Amma nə etmək olar? Belarus orta statistik qafqazlının şüurunda hansı assosiasiyanı yaradırsa, elə Minsk Qrupu də oxşar reaksiyalar doğurur.
2012-ci ildə Qrupun yaradılmasının 20 ili tamam oldu. Təbii ki, həmsədrlər bölgəyə səfərlər etdilər. Amma nəticə olmadı. İndi ATƏT-də sədrlik Ukraynaya keçib. Sonuncu Azərbaycana yaxın dövlət olsa da, böyük ümidlərə qapılmaq üçün elə bir əsas yoxdur, çünki yaxın keçmişdə bu quruma sədrlik edənlərdən biri də türkdilli dövlət – Qazaxıstan idi. Sonuncunun vasitəçiliyinin nəticəsi o olmuşdu ki, ATƏT-in Astanada keçirilən zirvə toplantısında Qarabağ probleminə toxunulmamışdı. Ona görə də dövlətlər gəlir-gedir, amma məsələ qalır, problem həll olunmur…
Bəs 2013-cü il münaqişənin həlli üçün nə vəd edir? Böyük ehtimalla heç nə, çünki növbəti ildə hər iki dövlətdə – həm Ermənistanda, həm də Azərbaycanda seçki ilidir. Hər iki ölkədə hakimiyyət dairələrinin ictimai rəydən asılılığı minimum olsa da, hər halda seçki seçkidir – bu dövrdə hamı öz çıxışlarının pafosunu artırır, vədləri bir az da şişirtməyə və hətta reallıqları təhrif etməyə çalışır. Ona görə də böyük siyasi sazişdən danışmaq hələ tezdir. Zamana ümid bağlayanlar indi bütün vasitələrlə öz zamanlarını uzatmağa çalışırlar. Ermənistan Qarabağın müstəqilliyini tanıtmaq üçün kiçik dövlətlərlə iş birliyindədir, çalışırlar ki, Abxaziya və Cənubi Osetiya presedentini təkrar etsinlər. Azərbaycan isə öz iqtisadi göstəricilərinin nə vaxsta Ermənistanı ciddi düşünməyə vadar edəcəyinə ümid edir. Nə demək olar? Ümid ümiddir, onu yasaq etmək olmaz. Hər iki tərəf bu durumdadır. Biri Rusiyanı istismar etməklə duruş gətirəcəyini, o birisi isə özünün neft və qaz ehtiyatlarını siyasi – diplomatik üstünlüyə çevirə biləcəyini güman edir. Amma ciddi bir fərq var. Tərəflərdən biri hər halda Qarabağdadır və dinc dayanmır, daim orada nəsə etməyə cəhd edir, gah yol çəkir, gah aeroport tikir. O birisi isə kənardadır və öz uzaqlığını daha çox böyük vədlərlə və bir də musiqili «Qarabağ harayları» ilə kompensasiya etməyə çalışır…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil

    Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün ...

    22-11-2013, 11:25

  • 
  • Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüşəcək

    Azərbaycan və Ermənistan prezidentləri Soçidə ...

    3-08-2014, 00:35

  • 
  • “Qarabağ probleminin həlli imkanı yaranır”

    “Qarabağ probleminin həlli imkanı yaranır” ...

    21-11-2013, 11:31

  • 
  • Əliyevlə Sarkisyanın görüş yeri və tarixi AÇIQLANDI

    Əliyevlə Sarkisyanın görüş yeri və tarixi ...

    12-05-2016, 13:26

  • 
  • Prezidentlərin görüşü başa çatdı- Yenilənib

    Prezidentlərin görüşü başa çatdı- Yenilənib ...

    19-11-2013, 16:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu