GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Təşkilat müəllimin təşkilatsızlığı

Təşkilat müəllimin təşkilatsızlığı

Tarix: 24-11-2013, 19:54 Bölmə :Maraqlı Baxış: 908
Təşkilat müəllimin təşkilatsızlığı
Yaxud, Biləcəridəki 284 saylı məktəbdə nə baş verir?

Ziyalı məfhumu özündə çox böyük dəyərləri hifz edən anlayışdır. Ziyalılıq aqilliyin və kamilliyin zirvəsinə ucalmaqdır. Əslində ziyalılıq ağır bir yükdür, lakin şərəflidir. Əslində ziyalılıq və korrupsiya heç bir məcraya sığmır. Əfsuslar olsun ki, korrupsiya bu gün Azərbaycan təhsilinin az qala ideologiyasına çevrilib. Korrupsioner - ən təhlükəli oğrudur. Yazıq o təhsilə ki, onun bir çox məktəblərinin direktorları korrupsionerdir. Korrupsionerlər də əlbəttə ki, ən təhlükəli oğrudurlar.
Təhsildəki korrupsiyada çox yazmışıq. Bu dəfəki söhbətimiz Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən S.Abbasov adına 284 saylı məktəbin direktoru Təşkilat Əliyevdir. Bir vaxtlar adı çəkilən məktəb və onun direktoru ANS-in qəhrəmanına da çevrilmişdi. Oradakı rüşvətlə bağlı sujet yəqin ki, heç kimin yadından çıxmayıb. O zaman Təşkilat Əliyev bütün deyilənləri inkar etmişdi. Amma bu dəfə bizlər özümüz həmin məktəbə səyahət etdik. Orada baş verənlərin bir çoxunun özümüz şahidi olduq, bir çoxu haqqında isə danışıqlardan öyrəndik.
Öyrəndik ki, Təşkilat müəllimin rəhbərlik etdiyi məktəbin I sinfinə qəbul edilənlər xüsusi şərtlər daxilində qəbul edilirlər. Şagird “seçimi”nin jurisi də bəllidir, məzənnəsi də. Ən çox “şirinlik” verən ibtidai sinif müəllimin sinfinə varlı balaları toplanılır, az “şirinlik” verənlər isə çox zaman sinifsiz belə qalır. Əslində buranın müəllimləri də yaxşı dolanırlar. Onlardan bəziləri çox zaman ətin, toyuğun, yağın, yumurtanın bazardan son aldıqları tarixi belə unudurlar. Çünki valideynlər onları ərzaqla belə təmin edirlər. Mən hələ bayramları demirəm, bir çox müəllimlər hətta ad günlərində belə valideynlərinə pul yığdırır, sonra Binə bazarına qaçırlar.
Əslində məktəbdə baş verənlərlə tanış olduqda bizdə maraqlı suallar da yarandı. Təşkilat müəllim, bizlərə izah edə bilərsinizmi nədən kurs bitirmiş və ixtisasını dəyişmiş bəzi müəllimlər sizin sevimlinizə çevriliblər? Bu sevimli olmanın məzənnəsi nə qədərdir? Müəllimin öz övladının sinfində sinif rəhbəri olması nə qədər doğrudur? Bu, ibtidai sinif olsa, buna göz yummaq olar. Amma söhbət yuxarı sinifdən gedirsə əcəba bu haqda Təhsil Nazirliyinin səlahiyyətlilərinin fikirləri nədir? Görəsən nədən sizin tərəfinizdən seçilmiş müəllimlər yalnız özlərinin arzusu ilə, özləri istədikləri vaxtda məzuniyyətə çıxır, digərləri isə yox? Sizdə yaşı 65-i keçirənlər hansı kriteriyalara görə işdə saxlanılır? Burada savad,yoxsa pul rol oynayır?
Təşkilat müəllim, bizlərə cavab verə bilərsinizmi ki, sizə daha çox yaxınlığı ilə seçilən müəllimlər dərs saatlarının bölgüsündə daha çox imtiyaz qazanırlar? Başlıq etdiyiniz məktəbin kollektivinin sizə qarşı olan giley və narazılıqları sizi zərrə qədər də olsa narahat edirmi?
Doğrusu məktəbi gəzərkən 11-ci siniflərdə şagirdlərin qeybə çəkilməsi də gözümüzdən yayınmadı. Valideynlərlə söhbət zamanı öyrəndik ki, ibtidai sinif müəllimləri onları test keçirdikləri vərəqlər üçün yığdıqları pul ilə boğaza yığıblar. Fond, süpürgə pulundan danışmaq isə artıq köhnə dərdlərdəndir. Bayram günlərində istər ibtidai, istərsə də yuxarı siniflər üzrə sinif rəhbərləri şagirdlərdən direktor və onun müavinlərinə pul yığır, özləri üçün əlavə pul tələb edir, 10 manata artıq zad kağızı kimi baxırlar.
Ən maraqlı məqam isə eşitdiyimiz başqa bir məlumat oldu. Belə ki, deyilənə görə Biləcəri qəsəbəsindəki 284 saylı məktəbin direktoru Təşkilat Əliyev 8 Mart bayramı günü müəllimlərdən həyat yoldaşı və təhsil nazirliyindəki qadınlara hədiyyə almaq üçün pul tələb etmişdir. Doğrusu, bizlər bu xəbərə inanmadıq. Çünki məktəb direktorunun “Qadınlar bayrımı”ndan da qazanması bizə gülməli göründü.
Araşdırmalarımız zamanı məlum oldu ki, burada elə müəllimlər var ki, onlar yuxarı sinifdə dərs desələr də, yuxarı sinfin test banklarının cavablandırılmasında acizdirlər. Deyirlər ki, Təşkilat müəllim belə müəllimləri göz bəbəyi kimi qoruyur. Amma bizlər buna da inanmadıq. Fikirləşdik ki, bəlkə deyilənlərin səhv olmasını sübüt etmək üçün Təşkilat müəllimin bizlərin və Təhsil Nazirliyindən səlahiyyətli şəxslərin iştirakı ilə IX – XI siniflərdə ədəbiyyat, tarix, riyaziyyat və digər fənnləri tədris edən müəllimləri test sınaqlarından keçirsin? Bizlər həmin müəllimlərə test sualları verək, onlar da cavablandırsınlar. O zaman məktəb direktoru kimin haqlı olduğunu görər. Əlbəttə ki, bizlər bu sözləri öz sənətinə və fənninə hörmət edib şagirdlərə bilik öyrədən müəllimlərə aid etmirik. Amma IX – XI siniflərə dərs deyən müəllimlər içərisində test edə bilməyən müəllimlər həqiqətən də var.
Bizlər adı çəkilən məktəbə nə uşaq qəbulunun məzənnəsi, nə də mərkəzləşdirilmiş test imtahanlarının özbaşınalıqları, nə müxtəlif adlarla şagirdlərdən yığılan pullar, nə sinif rəhbərlərinin sinif götürən zaman məktəb direktoruna verdikləri bəxşiş, nə satılan test kitabçaları, nə də gündəliklər haqqında danışmaq istəyirik. Şəxsən heç inana bilmirik ki, Təşkilat müəllim müəllimlərin repetitorluğundan da onlardan faiz tələb etsin.
Amma, nə deyirsiniz deyin, bizləri bu məktəb və onun direktoru ilə bağlı bir çox suallara cavab maraqlandırır. Təşkilat müəllim, əcəba bir vaxtlar məktəb “təmiri” adı altında apardığınız pulyığımını sizə Təhsil Nazirliyi, eləcə də Bakı şəhər Təhsil İdarəsi, yaxud hansısa səlahiyyətli orqan vermişdimi? Əgər belə deyilsə, bu üsulu hər il tətbiq etməyinizin adının nə olduğunu deyə bilərsinizmi?
Sonra deyirlər ki, siz məktəbdə çalışan təsərrüfat işçilərindən tutmuş müəllimlərindən hər nəfərdən aylıq olaraq pul almağınızı hansı məqsəd və məramla bu günədək həyata keçirirsiniz? Axı sizin hər şeyiniz var. Direktor müavini işləyəndə əgər mavi “Jiquli”niz vardısa, indi xarici markalı maşının sahibisiniz.
Təşkilat müəllim, sizin qardaşınızla məktəbin və buranın müəllimlərinin əlaqəsi nədir? Məktəbdəki “ikinci direktor” bundan xəbərdardırmı?
Bizlər sizə ünvanlanan cavabsız suallara burada hələlik ki, nöqtə qoyuruq. Əslində biz bu sualların cavablarını bilirik. Cavabları isə sizinlə birgə Təhsil Nazirliyinin səlahiyyətlilərindən gözləyirik.
Sunay Həsənova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 170 saylı məktəbin direktoru ilə bağlı ilginc iddia

    170 saylı məktəbin direktoru ilə bağlı ilginc ...

    11-09-2015, 16:35

  • 
  • Sumqayıtda yerləşən 24 saylı məktəbdə qarşıdurma yaranıb.

    Sumqayıtda yerləşən 24 saylı məktəbdə qarşıdurma ...

    6-11-2013, 12:39

  • 
  • 167 saylı məktəbin direktoru 1000 AZN "hörmət" istədi - FOTO

    167 saylı məktəbin direktoru 1000 AZN ...

    5-11-2015, 19:07

  • 
  • 104 saylı məktəbdə hicab qalmaqalı: jurnalistə hücum edildi - Video

    104 saylı məktəbdə hicab qalmaqalı: jurnalistə ...

    9-10-2015, 19:57

  • 
  • Kredit fırıldağına görə saxlanılan məktəb direktoru azadlıqda

    Kredit fırıldağına görə saxlanılan məktəb ...

    7-09-2015, 17:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu