Gundemxeber.az » Maraqlı » Alimlərdən ŞOK AÇIQLAMA: Pandemiyanın yeni zərəri ÜZƏ ÇIXDI
ABŞ-da aparılan araşdırmalar COVID-19 ilə bağlı daha bir qorxulu həqiqəti üzə çıxarıb. Araşdırmalara görə, koronavirusa yoluxmuş gənclər böyük risk altındadırlar...
ABŞ tədqiqatçıları 81 gəncin pandemiyadan əvvəl və sonra çəkilmiş MRT görüntülərini müqayisə ediblər. Nəticə alimləri hərəkətə keçirib.
Yaş və cins kimi faktorlara görə qruplaşdırılan gənclərdə beyinin kiçilməsi, hipokampus və amigdalanın genişlənməsi kimi vəziyyətlərin karantindən sonrakı dövrdə daha çox müşahidə edildiyini ortaya çıxıb. (hipokampus - beyinin medial temporal lobunda yaddaş və naviqasiyada mühüm rol oynayan bölgə; amigdala - beyinin medial temporal lobunun dərinliyində yerləşən neyronlar tərəfindən əmələ gələn badamşəkilli hissə - red).
Yəni pandemiyadan sonra gənclərin beyni daha tez qocalmağa başlayıb.
"Beyin yaşı fərqi təxminən üç ildir. Karantinlərin bir ildən az olduğunu nəzərə alsaq, biz bu qədər böyük artım gözləmirdik", - Stanford Universitetinin Psixologiya üzrə professoru İan Qotlib bildirib.
Araşdırma zamanı pandemiyanın yeniyetmələrin psixi sağlamlığına təsiri, onların depressiya və narahatlıq əlamətləri qiymətləndirilib. Gənclərdə karantindən sonra daha ağır psixi sağlamlıq problemləri, o cümlədən narahatlıq, depressiya və daxili problemlərin şiddətli simptomları aşkar edilib.
"Psixi sağlamlığın pisləşməsi, çox güman ki, pandemiyanın stresindən qaynaqlanır. Bu, yeniyetmələrin beyinlərində fiziki dəyişikliklərlə müşayiət olunur", - Qotlib deyib.
Dəyişikliyin gənclərə necə təsir edəcəyinə də toxunan Qotlib dəqiq bir şey söyləməyib: "Hələ bunu bilmirik. 20 yaşında bütün iştirakçıları yenidən yoxlamağa başladıq. Ondan sonra dəyişikliklərin davam edib-etməyəcəyini daha yaxşı anlayacağıq”.
GUNDEMXEBER.AZ
26-04-2016, 23:09
4-02-2021, 15:27
19-03-2016, 01:38
24-01-2016, 13:32
21-04-2021, 16:02
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?