Türkiyənin cənubundakı Antalya vilayətində Rusiya vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
Məlumata görə, o, Manavqat bölgəsindəki Köprülü Kanyonda selfi çəkmək istəyərkən qayadan yıxılıb.
35 metr hündürlükdən yıxılan şəxsə ətrafdakılar tərəfindən ilkin tibbi yardım göstərilib. Hadisə yerinə gələn həkimlər rusiyalının həyatını xilas edə bilməyiblər.
Mərhum yaxınları ilə birlikdə daimi olaraq Antalyanın Serik qəsəbəsində yaşadığı iddia edilir.
Sorğu
Yeni dizaynımız necədir?