GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycan nefti Ermənistana necə və hansı yollarla daşınır?

Azərbaycan nefti Ermənistana necə və hansı yollarla daşınır?

Tarix: 25-11-2013, 17:31 Bölmə :Maraqlı Baxış: 778
Azərbaycan nefti Ermənistana necə və hansı yollarla daşınır?
“Gündəm xəbər” düşmən ölkəyə mal daşınan marşrutların və işbazların izinə düşdü...

Dəmir yolu vasitəsilə Gürcüstana daşınan yüklərin “Böyük Kəsik” sərhəd məntəqəsində ciddi yoxlanışı öz nəticələrini verməkdədir. Yüklərin Gürcüstandan Ermənistana daşındığı versiyası yoxlama aparan qurumların rəsmi bəyanatlarında olmasa da, digər mənbələr hesabına öz təsdiqini tapıb. Sərhəd məntəqəsindəki ciddi yoxlama proseslərinə başlanılması qısa müddətdən sonra Ermənistanda neft məhsullarının yüksək faizlə artmasına səbəb oldu. Deməli, həqiqətən də Azərbaycandan tranzit ölkə kimi istifadə olunaraq, yaxud da elə məmləkətimizdə istehsal olunan yanacaq materiallarının Gürcüstan vasitəsilə Ermənistana daşındığı barədə söylənilənlər həqiqət imiş. Bu minvalla yaxın gələcəkdə Ermənistanda yanacaq ehtiyatının tükənəcəyini və bu ölkənin iqtisadiyyatında bahalaşmanın, infilyasiyanın şahidi ola biləcəyik.
Lakin bir məsələ hələ də gündəmdən düşməyib: Ermənistana neft və neft məhsulları, taxıl və taxıl məhsulları, yüngül sənaye malları təkcə Gürcüstan xəttiləmi daşınırdı? Məsələ ilə bağlı kifayət qədər məlumatlı olan mənbənin dediyinə görə Ermənistan 3, bəzən də 4 istiqamətdə neft məhsulları almaq imkanına malikdir. Maraqlıdır ki, mənbənin məlumatına inansaq, Ermənistana yüklərin 3 istiqamətdə ötürülməsinin hər birində Azərbaycanda olan bəzi şirkətlər və “iş adamları” başlıca rol oynayırlar.
Bu istiqamətlər Azərbaycan–Gürcüstan–Ermənistan, İran–“DQR”–Ermənistan, Azərbaycan–İran–Naxçıvan–Ermənistan və s.dir. Onu da qeyd edək ki, mənbə bu istiqamətlərin hər birində Azərbaycanın tranzit ölkə rolu oynadığını deyir və ən başlıcası, bu qanunsuz biznesin tərəfi kimi çıxış etməsini vurğulayır.

“DQR”-də qiymətlər niyə artmadı?

Məlumat üçün onu da qeyd edək ki, Ermənistanda yanacağın artması barədə məlumatlar bu ölkənin informasiya agentlikləri vasitəsilə yayılsa da hələlik qondarma “DQR”-də neft məhsullarının qiymətində artımın müşahidə edildiyi barədə məlumatlar yoxdur. Bu isə o deməkdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində kök salmış separatçı qruplar təkcə Ermənistan vasitəsilə yanacaq əldə etmirlər. “DQR”-in separatçı başbilənləri yaxşı anlayırlar ki, Ermənistanın özündə yanacaq məhsullarına kifayət qədər tələbat var. Odur ki, onlar bu məhsulları tamam kənar xətlə əldə edirlər. Buna sübut kimi “DQR”də yanacaq məhsullarının Ermənistandan bir neçə dəfə ucuz olmasını misal göstərmək olar.

“Qara bazar”ın “qara işbazları”

Mənbənin verdiyi məlumata görə, Ermənistana neft ötürməkdə Azərbaycan – İran – “DQR”in bəzi “işgüzar adamları” önəmli rol oynayırlar. Biznesin mənbəyi Azərbaycandan başlayır. Ölkəmizdən İrana və yaxud, buradan da Naxçıvana daşınmaq üçün gizli neft alveri gedir. Həmin neft məhsulları İran ərazisindən “Xudafərin” körpüsü vasitəsilə “DQR”-ə ötürülür.
Bunlar, dövlət sərvəti kimi oğurlanmış həmin neft məhsullarıdır ki, separatçı rejimin nəzarətində olan ərazilərdə 850 manata realizə olunur. “Qara bazar”ın “qara iş adamları” yaxşı anlayırlar ki, oğurlanan xam nefti və neft məhsullarını hansı ölkədə leqal şəkildə satmaq mümkündür. Oğurluq məhsullar yalnız nəzarətdən kənar ərazilərdə satıla bilər. Leqal şəraitdə alver getsəydi, bu halda onların biznesinin qanundan kənar olması aydınlaşacaqdı.

Erməninin azərbaycanlı şəriki
Mənbə iddia edir ki, azərbaycanlı “qara iş adamlarının” da daxil olduğu “qara bazar”da milyonlarla ABŞ dolları dövriyyədə olur. O qeyd edir ki, Azərbaycandan çıxarılan xam neft məhsulları Təbriz şəhərinin neftayırma zavodunda benzinə və dizel yanacağına çevrilərək “DQR”-ə daşınır.
Bu məlumatı yuxarıda qeyd etdiyimiz kimi, bir sıra reallıqlarla tutuşduraraq düzgün hesab etmək olar. Məsələn, əgər Ermənistanda neftin qiyməti bahalaşmışdısa, bunu “DQR”də də müşahidə etməli idik. Yaxud da, İran son dövrlər Ermənistana neft ixracını azaltmışdısa, bunu “DQR”ə də tətbiq etməli idi. Lakin “DQR”də neft məhsullarının qiymətinin sabit qalması onu deməyə əsas verir ki, burada istifadə edilən benzin və dizel yanacaqları “qara bazar”dan əldə olunur.
Digər bir ehtimal isə ondan ibarətdir ki, Azərbaycanın ən iri neft məhsullarının satışı ilə məşğul olan şirkətlərinin himayəsində olan “qara iş adamları” Türkmənistandan, Qazaxıstandan, eləcə də İranın özündən xam nefti alıb, onu Təbriz şəhərindəki neftayırma zavodunda emal edir və buradan “DQR”ə satır.
“Qara bazar”ın tərkibinə daxil olan azərbaycanlı “iş adamlarının”, əslində isə ermənilərlə şərik olanların bu cür qeyrətsiz və namussuz iş tutmaları ağrıdıcı faktorlardandır.

Separatçı ordunun texnikasını bizim yanacaq hərəkətə gətirib
Belə ki, indi Azərbaycan dövlətinə beynəlxalq aləmdə meydan oxuyan istər Ermənistan, istərsə də “DQR”in ordu kontingenti məhz bizim “qara iş adamlarının” sayəsində hərəkətə gəlir. Dağlıq Qarabağdakı 13 minlik separatçı ordu onun tabeçiliyində olan zirehli maşınlar, tanklar azərbaycanlı iş adamlarının sayəsində hərəkətə gəliblər. İşğal olunmuş ərazilərdə maşınları ilə şütüyən “generalları” Azərbaycan neftinin, yaxud da onun vətənpərvərliyi olmayan, yalnız qazanc əldə etmək məqsədi güdən “qara iş adəamlarının” sayəsində hərəkət edirlər. Üstəlik dövlətçiliyimiz əleyhinə əməllər törədirlər.
Qondarma respublikanın elə bu sayaq təşkil olunmuş siyasi dariəsi də öz maşınlarına bu benzini tökürlər. Belə bir dəhşətli mənzərənin üzə çıxması Qarabağ uğrunda savaşdığımız anda da hər iki tərəfin zirehli texnikasının Azərbaycan nefti sayəsində hərəkətə gəldiyini təsdiqləyərək ortaya qoyur.

“DQR”-ə təkcə neft satılmır
Azərbaycan ərazisindən Ermənistan və İran vasitəsilə “DQR”ə taxıl da, un da, yüngül sənaye malları da çatdırılır. Əgər biz yzxın keçmişimizə nəzər salsaq görərik ki, “DQR”in qoşun kontingenti 2003-cü ildə 1800 cüt, 2004-cü ilin mart ayına olan məlumata görə isə ordu üçün 1476 cüt ayaqqabı alınıb. Bu ayaqqabıların bir qismi Azərbaycanda istehsal olunub. Bir qismi isə ölkəmizdən tranzit kimi istifadə edilməklə “DQR”-ə daşınıb.
Azərbaycan əsgərləri, rəsmi məlumatlara görə, geyim sarıdan əziyyət çəkmir. Lakin hər bir əsgərlik dövrü keçmiş yaxınlarımız üçün xidmət zamanı 1 il ərzində öz vəsaitimiz hesabına neçə cüt ayaqqabı almağımızı gizlətməyə dəyməz. İqtisadiyyatı zor gücünə qurulan Ermənistana güvənən “DQR” separatçılarının qurduqları 13 minlik ordu kontingentini necə təchiz etmələri üzə çıxır.
Taxıl və taxıl məhsullarına gəldikdə isə, bir müddət öncə Ermənistan informasiya agentliklərinin verdiyi məlumata görə, burada da Azərbaycanda istehsal olunan mallar üstünlük təşkilat edir. Buna ayrıca bir yazıda toxunacağımızdan, sadəcə, Azərbaycan Ermənistana taxıl və un məhsullarının daşındığını qeyd etməklə kifayətlənirik.

Ermənistana daşınan benzin
Ermənistana daşınan benzin və dizel yanacağının müxtəlif yolları vardır. Gürcüstan istiqamətindən daşınan yüklər əsasən Poti limanında həyata keçirilir. Burada sistern – vaqonlar yüklənib, Ermənistana yola salınır. Bəzi Azərbaycan şirkətlərinin özlərini bu işdən xəbərsiz bilmələri gülünc görünür. Belə ki, neft məhsullarının daşınması ilə məşğul olan, “Azpetrol” Holdinqə daxil olan “Azərtrans” kompaniyasının adından danışanlar belə bir iddia irəli sürürlər ki, bu, heç cür mümkün deyildir. Lakin Poti limanında benzin və dizel yanacağı ilə yüklənən vaqon – sisternlərin kimlərə məxsus olduğu aydınlaşarsa, bu işi tutanlar bəlli olacaqdır.
Elə Ermənistan KİV-in verdiyi məlumat kifayət edir ki, Azərbaycanın Şəmkir və Gəncə əyalətlərindən torpaqlarımızı işğal etmiş qonşularımıza un ötürülməsini qabardaq. Əgər həmin un məhsullarının üzərində Şəmkir və Gəncədə istehsal olunduqları açıqca yazılırsa, bunu başqa istiqamətə yozmağa dəyməz.
Yanacaq və digər məhsulların İran – Naxçıvan – Ermənistan marşrutu ilə daşınması məsələsinə gəldikdə isə, ola bilsin ki, bəzilərində Muxtar Respublikanın ərazisindən şimal istiqamətlərində avtomobil yolunun olmaması sual yaratsın. Hərçənd, bu, düzgün qənaət sayıla bilməz. İndinin özündə də Naxçıvandan Ermənistana avtomobil yolu var. Buna misal olaraq, mərhum Heydər Əliyevin vaxtilə Naxçıvan ərazisində Robert Köçəryanla görüşünü yada salmaq kifayətdir. R.Köçəryan Naxçıvandakı görüşə məhz avtomobil yolu ilə gəlmişdi. Bu yolla da Ermənistana neft məhsulları satılır.
Gürcüstanla sərhəddə dəmiryolu xəttilə daşınan malların ciddi nəzarətə götürülməsi Ermənistana qarşı hərtərəfli təzyiqin edilməsini söyləməyimizə əsas vermir. Ən azından Naxçıvandan Ermənistana daşınan malların qarşısını almaq lazımdır, yaxud da İran vasitəsilə Ermənistana və “DQR”ə gizli şəkildə yanacaq məhsulları ötürən qrupu zərərsizləşdirmək gərəkir. Əgər bu, baş verərsə, ölkədə bir sıra sahələrdə dominantlıq edən iri iş adamlarının “qulbeçələrinin” hansı qeyri – qanuni işlərlə məşğul olduqları üzə çıxacaqdır. İstər Ermənistana, istərsə də DQR-ə yanacaq, ərzaq və yüngül sənaye məhsulları ötürən qrupun tərkibində azərbaycanlılar az deyildir. Həmin “azərbaycanlılar” məhz ölkəmizdəki iri iş adamlarının sayəsində və himayəsində bütün bu işləri görə biliblər.

Gəncənin xammalı, Ermənistanın çaxırı, konyakı
Ermənistan dünyaya ixrac etdiyi spirtli içkiləri ilə də məşhurdur. Spirtli içkilər sırasında konyak və çoxillik şərablar ön sırada durur. Görəsən, ardıcıl şəkildə, özü də böyük həcmdə ixrac edilən bu çoxillik şərablar üçün xammal haradan gətirilir? Əgər Ermənistanda istehsal edilən və spirtli içkilər üçün nəzərdə tutulan xammalın ehtiyatda olan həcmində nəzər salsaq, görərik ki, burada ixrac olunan hazır məhsullarla uyğunsuzluq var. Ehtiyatda olan xammal istehsal edilərək xaricə satılan içki məhsullarından qat – qat azdır.
Məlumat verilir ki, Ermənistana Gəncədən taxıl və un məhsulları ilə yanaşı, spirtli içkilərin istehsalı üçün nəzərdə tutulan xammal da ötürülür. Belə ki, Gəncədə 20 – 30 illik şərablar anbarlara yığılmışdı. İndi onların taleyilə maraqlansaq, görərik ki, arada heç nə yoxdur. Həmin şərablar xammal şəklində Ermənistana daşınır. Ermənilər isə həmin xammalı konyaka və çaxıra çevirərək, çoxillik məhsul kimi olduqca baha qiymətə xaricə satır və bundan külli miqdarda gəlir əldə edirlər.

Azərbaycandakı erməni “seti”
Uzun müddət işğalçı siyasət yürütmüş ermənilərin Azərbaycanla əlaqələrinin kəsildiyini demək çətindir. Ermənilər müxtəlif yollarla Azərbaycana gəlib çıxırlar. Belə üsullardan biri də xarici ölkələrdəki şirkətlərdə payçı olan ermənilərin Azərbaycana investisiya yatırmasıdır. Məsələn, Kanadanın “Sisi” firması Ermənistana neft daşınmasında maraqlıdır. Niyə? Çünki bu firmanın başında ermənilər durur.
Onlar Kanada şirkəti adı altında fəaliyyət göstərsələr də Azərbaycandan çıxardıqları neft Ermənistana ötürürlər.
Ermənilərin Azərbaycanda kök salması digər bir vasitə ilə də həyata keçirilir. Onlar respublikamızın ayrı – ayrı infrastrukturlarında özlərinin kiçik də olsa “set”lərini yarada biliblər. Həmin “set”lər hal – hazırda da fəaliyyət göstərir. Belə qurumların yaradılmasında məqsəd ayrı – ayrı infrastrukturlarda təmsil olunmaq, eyni zamanda, burada baş verənlərdən xəbər tutmaqdan ibarətdir.
Ermənilər “qara bazara” aid qanunsuz biznesdə iştirak edirlər. Narkotikadan tutmuş dini sahəyə qədər, hamısında erməni “set”i var. “Set”ə xidmət edənlər erməni əsillilərdən və təəssüflər olsun ki, eyni zamanda azərbaycanlılardan ibarətdir. Onlar bugünə qədər “Hayastan” cəmiyyətinə də yardımlar köçürürlər. Bəlkə də bu “set”lərin əksər hissəsini zərərsizləşdirmək mümkündür.
Lakin Azərbaycanda elə dəhşətli bir erməni “set”i var ki, onu sıradan çıxarmaq mümkün deyil. Bu “set”ə daxil olanlar dövlət strukturlarında təmsil olunurlar. Həmin “set”in müxalifətdə də nümayəndələri var. Əsasən neft məhsulları biznesilə məşğul olurlar. Bu günə qədər müxalif partiya nümayəndələrinin neft məhsullarının Ermənistana daşınması ilə bağlı ciddi və rəsmi bəyanat ortaya qoymaması məhz bu səbəbdəndir. Yalnız AMİP-i bu işdə istisna etmək olardı. Lakin AMİP-çilər də yalnız Azərbaycan neftindən gələn gəlirlə maraqlanıblar. Onların Ermənistana satılan neft məhsulları ilə bağlı rəsmi bəyanatları yoxdur. Çünki erməni “set”inə daxil olan müxalifət nümayəndələri bu biznesdən kiçik də olsa pay alırlar.

Çinarə VÜQAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvan «zapravka»larında Azərbaycan benzini

    İrəvan «zapravka»larında Azərbaycan benzini ...

    24-12-2012, 11:29

  • 
  • İrəvan «zapravka»larında Azərbaycan benzini

    İrəvan «zapravka»larında Azərbaycan benzini ...

    24-12-2012, 12:15

  • 
  • Azərbaycanda tranzit yüklərin daşınması qiymətləri dövlət tərəfindən tənzimlənəcək

    Azərbaycanda tranzit yüklərin daşınması ...

    31-03-2016, 12:34

  • 
  • Ermənistanda saxlanılan Allahverdi Pələngovun oğlu Ermənistana gedərək atası ilə görüşüb

    Ermənistanda saxlanılan Allahverdi Pələngovun ...

    20-09-2013, 13:11

  • 
  • "Rosneft" Azərbaycan üzərindən yanacaq ixrac edəcək

    "Rosneft" Azərbaycan üzərindən yanacaq ...

    29-06-2016, 15:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu