Gundemxeber.az » Maraqlı » Dünyanın ən güclü zəlzələsi hansıdır?
Zəlzələnin maqnitudası 9,5 olaraq müəyyən edilib...
Dünya tarixində indiyədək ən böyük zəlzələ 1960-cı il mayın 22-də Çilinin Valdivia şəhərində baş verib.
Zəlzələnin maqnitudası 9,5 olaraq müəyyən edilib. O, tarixə Böyük Çili zəlzələsi kimi düşüb.
ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) qeydlərinə görə, yeraltı təkanlar o qədər güclü olub ki, zəlzələdən sağ çıxan bir adam nüvə silahı ilə hücuma məruz qaldığını zənn edib.
10 dəqiqə davam edən və 9,5 səviyyəsində olan bu zəlzələ dünyanın indiyə qədər yaşadığı ən böyük zəlzələlərdən biridir. 178 giqaton effekt yaradan bu zəlzələnin intensivliyi 1000 atom bombasının gücünə bərabərdir. Cəmi 6 min insanın öldüyü bu fəlakətin maddi ziyanı bugünkü pulla 4 milyard dollardan çoxdur.
Bununla yanaşı, ABŞ Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, Yer kürəsində 9,5-dən böyük zəlzələnin baş vermə ehtimalı görə çox aşağıdır./unikal/
6-06-2018, 13:12
13-11-2017, 12:32
1-01-2015, 15:00
28-04-2015, 23:07
6-09-2018, 10:00
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?