GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Səfər Əbiyevin amerikalı nazirə bahalı hədiyyəsi - (Yenilənib)

Səfər Əbiyevin amerikalı nazirə bahalı hədiyyəsi - (Yenilənib)

Tarix: 27-11-2013, 14:02 Bölmə :Maraqlı Baxış: 787
Səfər Əbiyevin amerikalı nazirə bahalı hədiyyəsi - (Yenilənib)
ABŞ Dövlət Departamentinin açıqladığı siyahıda təkcə prezident və vitse-prezident, dövlət katibi deyil, amerikalı senatorlar və konqresmenlər, nazirlər də xarici ölkə rəsmilərindən aldıqları hədiyyələrin adları yer alır.

Məsələn, məlum olur ki, 2005-ci ildə indiki prezident Barak Obama senator kimi Bakıda səfərdə olanda Azərbaycan prezidenti İlham Əliyev ona qiyməti 100 dollar olan ipək xalça hədiyyə edib. Həmin səfərdə Obama ilə birlikdə Bakıya gələn senator Riçard Luqar da eyni hədiyyəni alıb. ABŞ-ın energetika naziri Samuel Bodman isə 2005-ci ildə Bakıya səfəri zamanı Azərbaycan prezidenti ona Bakı-Tiflis-Ceyhan boru kəmərinin qızıl suyuna çəkilmiş maketini hədiyyə edib. Bu hədiyyə 2250 dollar dəyərində göstərilir.

2005-ci ildə Azərbaycan prezidenti Vaşinqtona səfəri zamanı prezident Corc Buşa üzərində “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri” sözləri yazılmış qızıl xatirə lövhəsi hədiyyə edib. Bu hədiyyənin qiyməti 2850 dollar göstərilir.

Yaxud Dövlət Departamentinin açıqladığı sənədlərdən məlum olur ki, Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev 2004-cü ildə ABŞ müdafiə naziri Donald Ramsfeldin Bakıya səfəri zamanı ona xatirə lövhəsi, xalça, çay dəsti və kürü hədiyyə edib. Bu hədiyyələrin ümumi dəyəri 1745 dollar göstərilir.

2004-cü ildə Bakıya səfəri zamanı senator Ted Kochrana isə Azərbaycan hökuməti adından qiyməti 800 dollar olan kilim, 150 dollarlıq dekorativ çay dəsti, habelə senatorun köməkçisi Key Uebberə 800 dollarlıq kilim hədiyyə verib.

Həmin il Bakıda səfərdə olan senatorlar Ceyms Morehard və Eşforf Klerk isə Azərbaycan prezidentindən 150 dollarlıq gümüş çay dəsti, habelə 450 dollarlıq xalça hədiyyəsi alıblar.

2004-cü ilin oktyabrında Bakıda səfərdə olan senator Beynjamin Nelsonun payına isə 150 dollarlıq gümüş çay dəsti və 800 dollarlıq xalça düşüb.



2007-ci ildə isə Azərbaycan prezidenti adından ABŞ prezidentinə üzərində Corc Buş və xanımının rəsmi, habelə Ağ Evin, Konqresin binasının, Azadlıq heykəlinin, Bakıdakı prezident iqamətgahının, Azərbaycanın xəritəsinin təsvirləri olan, milli naxışlarla bəzədilmiş Azərbaycan xalçası hədiyyə edilib. Bu hədiyyənin qiyməti 2450 dollardır. Xalçanı Eldar Nağıyev dizayn edib.

Həmçinin ABŞ prezidentinə Corc Buşla mərhum prezident Heydər Əliyevin Konnektikut ştatında görüşünü əks etdirən və qızıl suyuna çəkilib çərçivəyə salınmış fotoşəkil hədiyyə verilib. Bu hədiyyənin qiyməti 130 dollardır.

2006-cı ildə vitse-prezident Dik Çeyniyə Azərbaycan prezidenti tərəfindən hədiyyə edilmiş ipək Quba xalısı isə nisbətən bahalıdır - 6900 dollar.

2006-cı ilin aprelində Bakıya səfər edən ABŞ ticarət naziri Karlos Guterrez isə Azərbaycan prezidentindən 450 dollarlıq əllə toxunmuş kiçik xalça alıb. Eyni vaxtda Bakıda səfərdə olan enerji naziri Samuel Bodmana da həmin hədiyyədən verilib.

Senator Riçard Luqarın 2006-cı ilin mayında Bakıda aldığı hədiyyə də xalçadır - onun qiyməti 100 dollar göstərilir.

Siyahı böyükdür və sənəddə 2002-ci ildən bu yana ABŞ rəsmilərinin, Senat və hökumət üzvlərinin xarici səfərlər zamanı aldıqları, habelə Vaşinqtona səfər edən xarici qonaqların onlara verdikləri hədiyyələrin siyahısı göstərilir.

Siyahıdan görünür ki, Azərbaycan prezidenti və digər rəsmiləri amerikalılara hədiyyə verməkdə təmtərağa yox, əsasən milli sənət nümunələrinə üstünlük veriblər. Hansı ki, Amerika rəsmilərinə şampan şərabından tutmuş on min dollarla dəyəri olan daş-qaş hədiyyə edənlər də çoxdur.

* * * (11/26/2013 19:11)



ABŞ Dövlət Departamentinin Protokol İdarəsinin rəisi 2012-ci ildə xarici ölkələrdən ABŞ hökuməti liderlərinə verilmiş hədiyyələr haqqında məlumat açıqlayıb. Virtualaz.org bu barədə “Azadlıq” radiosuna istinadən bildirir.

Xəbərdə deyilir ki, avqustun 30-da açıqlanmış rəsmi məlumatda Azərbaycan rəsmilərinin də verdikləri hədiyyələr, onların dəyəri və hazırda saxlandıqları yer haqqında informasiya verilir.

ABŞ qanunlarına görə, dövlət məmuru qiyməti 20 dollardan yuxarı olan hədiyyə qəbul edə bilməz. Eyni zamanda il ərzində eyni adamdan aldığı hədiyyələrin miqdarı 50 dolları keçə bilməz.



Amma reallıqda ABŞ dövlət rəsmilərinin xarici ölkələrə səfərləri zamanı onlara qiymətli hədiyyələr verilib. Dövlət məmurları həmin hədiyyələri onu təqdim edənə geri qaytarmağın kobud davranış ola biləcəyini qeyd edərək qəbul edirlər. Lakin sonradan mütləq onları ABŞ hökumətinin yaratdığı xüsusi hədiyyələr idarəsinə təhvil verməlidirlər. Bu hədiyyələr isə ya Milli Arxiv İdarəsinə, ya da xidməti istifadə üçün başqa istiqamətlərə yönəldilir.

Azərbaycandan verilən hədiyyələr

“Azadlıq” radiosu Azərbaycandan gedən hədiyyələrin siyahısını verib.

Prezident Barak Obamaya “Sehrli ilmələr” adlı 1,3x1 ölçüdə yun xalça və mavi, bənövşəyi və narıncı ipək şal hədiyyə verilib. Onu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 13 yanvar, 2012-ci ildə təqdim edib. Bu hədiyyələrin toplam qiyməti 405 dollardır.



Prezident Barak Obama və xanım Mişel Obamaya səkkizgüşəli, çox rəngli kiçik xalça və əl işi olan və qızıl suyuna çəkilmiş büllur bardaq hədiyyə edilib. Səfir Elin Süleymanov toplam qiyməti 1450 dollar olan bu hədiyyələri 20 dekabr, 2012-ci ildə təqdim edib.



Dövlət katibi Hillari Klintona 1,5x1 metr ölçüdə “Qarabağ, Şuşa” adlı xalça, habelə gümüş və qızıl suyuna çəkilmiş iki dəst fincan və nəlbəki, eləcə də “Azərbaycan - tolerantlıq məkanı” adlı kitab hədiyyə olunub. 420 dollarlıq bu hədiyyələri prezident İlham Əliyev 6 iyun, 2012-ci ildə təqdim edib.

Dövlət katibi Hillari Klintona xanım Klintonun qızıl çərçivəyə salınmış 0,8x.06 metr ölçüdə rəsmi hədiyyə olunub. Dəyəri 500 dollar olan bu hədiyyəni ona prezident İlham Əliyev 2012-ci ilin iyununda təqdim edib.



Dövlət katibi Hillari Klintona qara kürü hədiyyə olunub. Səfir Elin Süleymanov 500 dollarlıq bu hədiyyəni ona 9 iyul, 2012-ci ildə təqdim edib.

Dövlət katibinin yardımçısı Filip Qordona qara kürü hədiyyəsini də səfir Elin Süleymanov çatdırıb. 500 dollarlıq bu hədiyyə sahibinə 9 iyul, 2012-ci ildə verilib.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nulanda da həmin gün - 9 iyul, 2012-ci ildə 500 dollarlıq qara kürü verilib. Bu hədiyyəni də ona səfir Elin Süleymanov çatdırıb.

Prezident İlham Əliyev isə həmkarı Barak Obamaya “Azərbaycan”, “Azərbaycan - tolerantlıq məkanı”, “Qarabağ qrupundan Azərbaycan xalçaları” adlı kitablar, gümüşlə işlənmiş 6 fincan hədiyyə edib. Bu, 2012-ci il, mayın 20-də olub. Hədiyyələrin toplam dəyəri 553 dollardır.

Dövlət Departamentinin Protokol İdarəsinin yaydığı məlumatda ABŞ rəsmilərinin keçən il ərzində aldıqları hədiyyələr sırasında qiyməti bir neçə yüz dollar olan kiçik hədiyyələrdən tutmuş 10000 dollara qədər dəyəri olan əşyalar da var.



Məsələn, Səudiyyə Ərəbistanının müdafiə naziri Salman bin Əbdüləziz əl-Səud keçən il ABŞ-ın müdafiə naziri Leon E.Panettaya qiyməti 7600 dollar olan dəvə və palma ağacı fiquru verib.

İrlandiya hökumətinin rəhbəri Enda Kenninin ABŞ prezidenti Barak Obamaya bağışladığı büllur qab və heykəlciyin də qiyməti təxminən 7246 dollar olub.

Ermənistandan ABŞ rəsmilərinə nələr verilib?

Siyahıda Ermənistandan verilən hədiyyələr haqqında da məlumatlar var. Məsələn, 2012-ci ilin dekabrında Ermənistanın baş naziri Tiqran Sərkisyan Ağ Evin əməkdaşına qiyməti təxminən 1000 dollar olan qızıl sikkələr verib.

Xarici işlər naziri Eduard Nalbəndyan isə həmkarı Hillari Klintona qiyməti təxminən 520 dollar olan şərf, sırğa, qolbaq və sancaq dəsti hədiyyə edib. Baş nazir Sərkisyan isə xanım Klintonaa qiyməti 2200 dollar olan “Muş vaizi” adlı heykəlcik təqdim edib. Sərkisyan ABŞ-ın müdafiə naziri Leon Panettaya da 2100 dollar dəyəri olan qədəh hədiyyə edib.

Dik Çeyni və xanımının Bakıda aldığı hədiyyələr

Dövlət Departamentinin məlumatında əvvəlki illərdə alınmış hədiyyələr haqqında da məlumat var. Bu informasiyalar içərisində ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyninin 2008-ci ildə aldığı bahalı hədiyyələr diqqət çəkir.



Məsələn, vitse-prezidentin qızı Elizabet Çeyni 2008-ci ilin martında Səudiyyə Ərəbistanı kralından qiyməti 85000 dollar olan, brilyant və yaqutdan hazırlanmış zinət əşyaları qəbul edib. Həmin vaxt kral ABŞ-ın vitse-prezidentinin xanımı Linne Çeyniyə də qiymət 65000 dollar olan zinət əşyaları hədiyyə edib.

Dik Çeyni 2008-ci ildə Azərbaycandan da xeyli hədiyyələr alıb. Əsasən prezident İlham Əliyevin təqdim etdiyi həmin əşyaların siyahısı aşağıdakı kimidir:

Prezident İlham Əliyev 3 sentyabr, 2008-ci ildə ABŞ-ın vitse-prezidenti Dik Çeyniyə toplam dəyəri 2718 dollar olan 10 banka nərə kürüsü, Tovuz konyakı, bir qutu nar, 10 qutu nar şirəsi hədiyyə edib. Prezident elə həmin gün Çeyniyə 295 dollar dəyəri olan foto-albom, əl işi olan 6800 dollarlıq ipək xalça, habelə D.Çeyninin xanımına üst-üstə 620 dollar dəyəri olan qızıl və gümüş dəstəyi olan 6 fincan, üstü naxışlı qolbaq, naxışlı gümüş kəmər, eləcə də 120 dollarlıq quru meyvə və cem hədiyyə edib (azadliq.org).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fidel Kastro: İmperiyadan bizə heç bir hədiyyə lazım deyil

    Fidel Kastro: İmperiyadan bizə heç bir hədiyyə ...

    29-03-2016, 14:40

  • 
  • ABŞ rəsmi Bakının enerji taktikasından narahatdır

    ABŞ rəsmi Bakının enerji taktikasından narahatdır ...

    30-12-2012, 11:26

  • 
  • Novruz Məmmədov: "Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi bir səfər oldu"

    Novruz Məmmədov: "Prezident İlham Əliyevin ...

    4-04-2016, 00:07

  • 
  • ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham Əliyevə zəng edib

    ABŞ vitse-prezidenti Co Bayden Prezident İlham ...

    20-05-2016, 22:59

  • 
  • Prezident malikanəsini universitetə hədiyyə etdi

    Prezident malikanəsini universitetə hədiyyə etdi ...

    21-11-2013, 15:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu