Gürcüstanın yeni prezidenti Georqi Marqvelaşvili Tiflisin Avlabari rayonunda yerləşən rezidensiyasından imtina edib.
“Qruziya online” saytına istinadən məlumata görə, bu açıqlama ilə Prezident Administrasiyasının rəhbəri Laşa Abaşidze çıxış edib.
Onun sözlərinə görə prezident artıq Atonelli küçəsində yerləşən təzə malikanəsində qalacaq. Marqvelaşvilinin köhnə rezidensiyası isə Gürcü-Amerika Universitetinə veriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?