GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » "Nəğməmə inan" tamaşası növbəti dəfə alqışları qopardı - FOTOLAR

"Nəğməmə inan" tamaşası növbəti dəfə alqışları qopardı - FOTOLAR

Tarix: 9-03-2023, 22:52 Bölmə :Maraqlı Baxış: 277

6 aya yaxın idi, teatra getmirdim. Nəhayət 8 mart günü 2023-cü ildə ilk teatr seyrinə getmək qarırına gəldim. Tamaşanın rus dilində olması, lap yerinə düşdü. Çünki sonuncu dəfə ötən ildə Fyodr Dostoyevskinin "Utancaq qız" əsəri əsasın səhnələşdirilən eyniadlı tamaşaya baxmışdım. Bu dəfə isə canlı korifeyimiz Polad Bülbüloğlu ilə Mixail Şerbaçenkonun ssenarisi əsasında səhnələşdirilən "Nəğməmə inan"ı seyr edəcəkdim. Adətən rus dilindəki tamaşalara çox seyrci gəlmir. Lakin adı çəkilən səhnə əsərinə baxmaq üçün axın-axın gələnlər vardı. Bunun nəticəsiydi ki, 19.00 start götürəcək tamaşa, 19.17-də başladı. Bu vaxt ərzində gələnlər davam edirdi. Pərdənin aralanmasına 2 dəqiqə qalmış Polad Bülbüloğlu da təşrif buyurdu və alqışları qopardı. Sənətkarın jesti də gözdən qaçmadı. Bəstəkar qoca ziyallı Əli Yusifova yaxınlaşaraq mehribancasına görüşdü, sonra isə onu özünün əyləşdiyi sıraya dəvət etdi. Həmin sırada bəstəkarımızla yanaşı ssenarist, yazıçı Mixail Şerbaçenko, SSRİ-nin və Rusiyanın məşhur jurnalisti Mixail Qusman, quruluşçu-rejissor Cavid İmamverdiyev və  digər rəsmi qonaqlarda vardı.  

Səhnə gözəl rəqslə başladı. Tatyana Voloşina obrazını canlandıran aktrisanın (Nərgiz Kərimova) geyindiyi tünd yaşıl rəngli klassik tərzdəki paltar səhnəni daha da zənginləşdirirdi. Ümumilikdə 2 pərdəlik tamaşada aktrisanın geyindi libaslar zövqlü və gözəgəlimliydi. Aeroport səhnəsi olduqca təbii alınmışdı. Tamaşanın ana xətti vaxtilə bir-birini sevən müğənni Sərvər Səttarov (aktyor Fərid Əliyev canlandırır) ilə Tatyananın ayrı düşməsi və onların Rusiyada keçirilən mahnı müsabiqəsində yenidən rastlaşmalarıdı. 2 həsrətlinin yenidən görüşməsi zamanı bir-birinə heyranlıqla yanaşı incikliklərini üzə çıxır.  Tatyana Sərvəri musiqiyə hədən artıq bağlılığında, xanəndənin də eks-sevgilisini ona biganəlikdə qınaması fonunda maraqlı, məzəli dialoqları seyrciləri daha əyləndirirdi. Onların aşağıdakı dialoquna bütün zal güldü: 

Tatyana:

- Sənə ərə gəlməkdənsə, İblisə ərə gedərəm. 

Sərvər: 

- Bu mümkün deyil. Çünki yaxın qohumlar atasında evliliyə icazə yoxdu. 

Tanya, sən həm sevib, həm də zəhlən gedə bilərmi?  Gəl bunu sınayaq...

Aktyor Emil Heydərovun canlandırdığı Şahlar Kərimov obrazıda olduqca maraqləydı. Şahlar ustalıqla fırıldaqçılıq edərək özünü italiyalı müğənni Toni Sorelli kimi qələmə verməsi, jestləri, rəqsləri, qadınların heyran etməsi də sənətkarın istedadından xəbər verirdi. İtalyan müğənnisi qılığına girən Şahmar dostu Sərvərlə dialoqu zamanı maraqlı fikirlər səsləndirir:

- İncəsənət beyində xüsusi dağınıqlar tələb edir; 

- O yerdəki istedad var, demək ki, pərəstişkarlarda olacaq.

- Yaxınlığındakının uğuru çoxları üçün halvadı

Roldan-rola girən Şahmarın dostu Sərvərin keçmiş sevgilisiylə dərdləşməsi və madmazelin hələ də məhəbbət duyduğu müğənnini yad edərkən göz yaşlarını saxlaya bilmir. Sonra isə fırıldaqçıya deyir: 

"Zaman ən gözəl təbibdi, amma yaxşı kosmetoloq deyil". 

Sərvərdə Tatyanadan incik olmasına rəğmən bəyan: 


"O nə xatırlayır ki?! Xatırlayan mənəm. Məhz bundan sonra Sərvər yeni mahnısı "Uxodi" (Get) bəsləyir. Ardınca isə "Əgər mənə inanmırsansa, mahnıma inan" deyərək oxuyur. 

Sənətkarın ifası möhtəşəm idi. Alqışları və alqışımı qopardı. 

Hamını barmağına dolayan Şahmar bircə jurnalist Vika Petroviçə kələk gələ bilmir. Əsas da müxbirin "Sorelli"nin Cüzeppe Verdiylə bağlı səsləndirdiyi yalanları ifşa etməsi həm gülməli, həm də düşündücüydü. Amma buna baxmayaraq, Şahmar savadlı, dürüst Vikaya heyran olur və qəlbində ona qarşı sevgi yaranır. Vika gözəlliyinə rəğmən, bu vaxta qədər tayını tapa bilmədiyinə görə özünü ancaq peşəsinə həsr edib. İşdən kənar həyatı isə tənhalığa sığınmaqdı. Ona görə də Şahmar Vikaya heyranlığını gizlətməyərək deyir: 

"Mən sizi parlaq cəmiyyətdə axtarıram, amma həmişə tənhalıqda tapıram..."

Ən kədərləndiri epizod isə qocaman bəstəkar Boris Qrafkinin gəncliyinin, gözəl günlərinin keçmişdə qalmasına və tənhalığına üzülərək ifa etdiyi mahnıydı. Bununla sənətkar zamanın su kimi necə axıb getdiyini demək istəyirdi.

Tamaşadakı rəqslər, musiqilər də gözəl idi. "Yol əhvalatı" filmindəki saundrekə rus dilində mahnı da bəstələnmişdi. 

Tatyananın İqor Qudimovla mübahisəsi zamanı etiraf etdiyi ifadə də insanı dərin düşünməyə vadar. 

"Bəzi hadisələr var ki, ona əks gedilmir, tabe olunur". 

Polad Bülbüloğlunun tamaşanın finalından səhnəyə qalxaraq hər bir aktyoru təbrik edərək bağrına basdı. Ardınca üzünü seyrcilərə tutaraq: 

"8 Mart Beynəlxalq Qadınlar günü münasibətiylə bütün xanımlarımızı təbrik, edir, onlara uzun ömür can sağlığı və daim yanımızda olmalarını arzu edirəm. Qadınlar mənlə şəkil çəkmirmək istəyirdi. Təəssüf ki, hamıyla çəkdirə bilmədim, əvəzində mahnı oxumaqla hər birinizə təşəkkürümü bildirəcəm". 

Canlı korifeyimiz məşhur "Gəl ey səhər" mahnısı canlı ifa etməyə başladı. Bəstəkar səhnədən enərək, ifasını tamaşaçılar arasında da davam etdirdi. Mahnın canlı ifası mənə olduqca zövq verdi. Tamaşanı və  Polad Bülbüloğlunun ifasını ayaq üstə alqışladım.


P.S Vika Petroviçin tənhalığı mənə yaquzaqlığı və yalqızlığı ilə məşhur bir Şimal gözəlini xatırlatdı...


ABDULLA İSMAYILOĞLU

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşhur rus müğənni Polad Bülbüloğlu ilə rəqs etdi

    Məşhur rus müğənni Polad Bülbüloğlu ilə rəqs etdi ...

    30-07-2017, 21:45

  • 
  • Polad Bülbüloğlu: “Ukraynaya öz Heydər Əliyevi lazımdır

    Polad Bülbüloğlu: “Ukraynaya öz Heydər Əliyevi ...

    20-10-2014, 14:38

  • 
  • Ebru Polad kürəyini siğortalatdırdı - FOTOLAR

    Ebru Polad kürəyini siğortalatdırdı - FOTOLAR ...

    7-05-2013, 11:33

  • 
  • ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş olunacaq

    ADMİU-nun “Bremen musiqiçiləri” tamaşası nümayiş ...

    24-01-2019, 17:09

  • 
  • Putin Polad Bülbüloğlunu təbrik etdi

    Putin Polad Bülbüloğlunu təbrik etdi ...

    4-02-2020, 13:17


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (382)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu