GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hitlerin bankir dostu – Yalmar Şaxt Nürnberq məhkəməsində bəraət alan üç nəfərdən biri olub

Hitlerin bankir dostu – Yalmar Şaxt Nürnberq məhkəməsində bəraət alan üç nəfərdən biri olub

Tarix: 24-03-2023, 15:34 Bölmə :Maraqlı Baxış: 641

Şaxt əvvəlcə Ravensbryuk, daha sonra isə Dahau əsir düşərgəsində saxlanılıb...

O, Nürnberq məhkəməsindəki çıxışı ilə bütün hakimləri susdurmağı bacarıb, onlara ünvanlandırdığı suallarla özünə tam bəraət qazandırıb:

“...Siz məni sülh və insanlığa qarşı cinayətlərdə ittiham edirsiniz. Bu ittiham SSRİ-də həbsdə saxlanılan alman zabitlərinin ifadələrinə görə yazılıb. Məcburi şəkildə alınan bu ifadələrdə mənim cinayətimi sübut edəcək dəlil və sübutlar varmı? Əlbəttə yoxdur. Mən müharibə illərində hərbçi olmamışam, heç bir hərbi əməliyyatda iştirak etməmişəm. Mənim vəzifəm Almaniyanın iqtisadiyyat naziri və Milli Bankın rəhbəri olub. İndi yəqin ki, məni nasistlərə maliyyə xidməti göstərməyimdə ittiham edəcəksiniz. Sual verirəm, hansı əsasla? Bir daha diqqətinizə çatdırıram ki, mən bu ədalət məhkəməsinə Dahau əsir düşərgəsindən gətirilmişəm. 21 iyul 1944-cü ildə Adolf Hitlerə sui-qəsd cəhdinin təşkilatçılarından biri kimi mən həmin hadisələrdən sonra fürerin göstərişi ilə həbs olunmuşam və əsir düşərgəsində saxlanmışam. İndi özünüz düşünün, nasistlərə xidmət edən şəxs onun liderinə qarşı sui-qəsddə iştirak edə bilərdimi? Düşünün və burada bir bağlılıq və məntiq tapın, sonra məni ittiham edin...”

Bu cavabsız qalan suallar Yalmar Şaxta tam bəraət qazandırıb.

Yalmar Şaxt 1877-ci ildə Danimarkanın Tinqlev şəhərində anadan olub. O, əvvəlcə Almaniyanın Kil Universitetində tibb fakültəsində oxuyub, sonra təhsilini Berlin Universitetinin alman dili fakültəsində davam etdirib. Şaxt üçüncü təhsilini Münhen Universitetinin siyasi iqtisad fakültəsində alıb.

Görmə qabiliyyətindəki problemlərə görə Şaxt hərbi xidmətə çağrılmayıb. 1933-cü ilə qədər Almaniyanın özəl və dövlət banklarında yüksək vəzifələr tutan Şaxt ölkənin ən bacarıqlı və ən savadlı iqtisadçılarından biri sayılıb.

Şaxtla Hitler 1931-ci ildə tanış olublar. Hitler nasist partiyasının maliyyə məsələlərini onunla məsləhətləşib. Şaxtın təcrübəsi sayəsində partiyanın maliyyə durumu xeyli yaxşılaşıb. Bu ərəfədə onların xidməti münasibətləri dostluq münasibətlərinə çevrilib. Şaxt Hitlerin ən yaxın ətrafında olan dostlardan biri sayılıb.

1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra Şaxt Almaniyanın Milli Bankına rəhbər təyin edilib. O, 1934-cü ildən eyni zamanda iqtisadiyyat naziri vəzifəsini də daşıyıb.

1935-ci ilin mayın 21-də Şaxt “müharibəyə iqtisadi hazırlıq” proqramı üzrə Hitlerin səlahiyyətli nümayəndəsi təyin edilib.

1938-ci ildə Avstriya Almaniyaya birləşdirildikdən sonra (anşlyus) Şaxt Avstriya Milli Bankının ləğv olunması, onun Almaniya Milli Bankına birləşdirilməsi prosesini həyata keçirib. Bu prosesin sürətlə və uğurla həyata keçirilməsi Şaxtın nüfuzunu Hitlerin yanında daha da yüksəldib.

II Dünya müharibəsinin başlanması ilə Şaxtla Hitlerin arasındakı münasibətlər soyumağa başlayıb. Şaxt birinci dəfə Almaniyanın Polşaya hücumunu yanlış addım kimi qiymətləndirib. İkinci dəfə isə Hitlerlə onun arasında SSRİ-yə hücum zamanı fikir ayrılığı yaranıb. Şaxt fürerə bildirib ki, Almaniya bu müharibədə iqtisadi tənəzzülə uğrayacaq. Artıq geri çəkilməyin gec olduğunu anlayan Hitler Şaxtın iqtisadi proqnozlarına məhəl qoymayıb.

1942-ci ildə Şaxt bank rəhbərliyindən və iqtisadiyyat naziri vəzifəsindən kənarlaşdırılıb. Amma Hitler onu ətrafından tam uzaqlaşdırmayıb. Şaxt portfelsiz nazir kimi fəaliyyətini davam etdirib.

Kifayət qədər zəngin intellektə və savada malik olan Şaxt Almaniyanın bütün sahələrdəki vəziyyətini yaxşı bilib, apardığı təhlillərdən Almaniyanın məğlubiyyətə gedən yollarını aydın görüb. Ölkəsinin düşdüyü bu acınacaqlı vəziyyətə görə o, Hitlərin apardığı siyasəti sərt tənqid edib.

Münasibətlərin gərginliyi vaxtilə dost olan Hitlerlə Şaxtı düşmənə çevirib. Hətta fürer Şaxtın fəaliyyətini nəzarətdə saxlamaq üçün SS qüvvələrindən bir neçə nəfər də ayırıb.

Köhnə dostların münasibətlərinə 21 iyul 1944-cü ildə son qoyulub. Hitlerə sui-qəsd cəhdi baş tutmayandan sonra Şaxt da fürerin qara siyahısına düşüb. Onun adı sui-qəsdin təşkilatçılarının siyahısına salınıb və birbaşa fürerin göstərişi ilə sabiq bankir həbs olunub. Onu da qeyd edək ki, sonrakı araşdırmalar zamanı Şaxtın sui-qəsd təşkilatçılarından biri olduğu təsdiqini tapmayıb.

Həbsdən sonra Şaxt əvvəlcə Ravensbryuk, daha sonra isə Dahau əsir düşərgəsində saxlanılıb. 1945-ci ilin may ayında həmin düşərgələr SSRİ-nin və müttəfiqlərinin nəzarətinə keçəndə Şaxt azadlığa çıxmağa nail olub.

Sabiq nazir Hitlerin düşərgəsindən qurtulduqdan sonra Avstriyada məskunlaşıb. Amma onun bu azadlığının ömrü uzun olmayıb. Bir aydan sonra Şaxt Amerika hərbçiləri tərəfindən həbs edilib və sonra Nürnberq məhkəməsinə təhvil verilib.

Nürnberq məhkəməsində cəmi üç nəfər bəraət ala bilib ki, onlardan biri də məhz Şaxt olub. Beynəlxalq məhkəmə ona bəraət versə də, Almaniya məhkəməsi Şaxtı yenidən mühakimə edib. 1947-ci ildə Vyurtenberq məhkəməsi onu maliyyə maxinasiyalarında ittiham edərək 8 il müddətinə məcburi əməyə cəlb edib. Apelyasiya şikayətindən sonra Şaxt 1948-ci ildə tam azadlığa çıxıb və Münhendə məskunlaşıb. O, bu şəhərdə “Schacht GmbH” bank evini yaradıb və ona rəhbərlik edib.

Yalmar Şaxt 1970-ci ildə, 93 yaşında vəfat edib. O, Münhen qəbiristanlığında dəfn olunub.(Musavat.com)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vanqanın Hitlerlə müəmmalı tarixi görüşü

    Vanqanın Hitlerlə müəmmalı tarixi görüşü ...

    8-12-2014, 00:03

  • 
  • Orxan Kərimov bəraət alacağına inanır

    Orxan Kərimov bəraət alacağına inanır ...

    22-01-2013, 09:49

  • 
  • “Troyka cəlladı”, nasistlərin ittihamçısı, türmədə məhbus güllələyən – Roman Rudenkonun həyat yolu

    “Troyka cəlladı”, nasistlərin ittihamçısı, ...

    30-09-2019, 16:49

  • 
  • Kasparov Putini Hitlerə bənzətdi

    Kasparov Putini Hitlerə bənzətdi ...

    3-04-2014, 12:19

  • 
  • Gülər Əhmədova bəraət istəyir: «Mənlik heç nə yoxdursa…»

    Gülər Əhmədova bəraət istəyir: «Mənlik heç nə ...

    26-11-2014, 14:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu