Azərbaycan ərazisində müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mayın 15-də ölkə ərazisində hava şəraiti qeyri-sabitdir, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağır.
Qar örtüyünün hündürlüyü Şahdağ, Xınalıqda üç santimetr, Qrızda iki sm olub.
Düşən yağıntının miqdarı: Hirkanda (Lənkəran) 95 mm (aylıq normanın 208%-i), Oğuzda 50 mm (aylıq normanın 48%-i), Astarada 43 mm (aylıq normanın 82%-i), Lənkəranda 41 mm (aylıq normanın 90%-i), Qəbələdə 37 mm (aylıq normanın 31%-i), Lerikdə 27 mm (aylıq normanın 38%-i), Zərdabda 20 mm (aylıq normanın 54%-i), Ordubad 19 mm (aylıq normanın 46%-i), İmişli 19 mm (aylıq normanın 57%-i), Beyləqanda 19 mm (aylıq normanın 49%-i), Kəlvəz, Yardımlıda 18 mm (aylıq normanın 29%-i), Göygöl, Cəfərxanda 16 mm (aylıq normanın 48%-i), Sabirabadda 15 mm (aylıq normanın 45%-i), Göytəpədə 14 mm, Biləsuvarda 14 mm (aylıq normanın 43%-i), Zaqatala, Qusar, Kürdəmirdə 13 mm (aylıq normanın 43%-i), Salyanda 12 mm, Şəki, Naxçıvan, Şahbuz, Gədəbəy, Neftçala, Ağdam, Ağstafa, Şərur, Qrız, Balakən, Daşkəsən, Qax, Göyçay, Şahdağ, Culfa, Tərtər, Mingəçevir, Sədərək, Tovuz, Qobustan, Naftalan, Bərdə, Quba, İsmayıllı, Yevlax, Gəncə, Şamaxı, Xaltan, Xaçmaz, Şəmkir, Goranboy, Qazıməmməd, Şabranda 10 mm-dək, Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrə çatıb.
Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Qrız, Şabran, Göyçay, Lerik, Sumqayıt, Maştağada duman müşahidə olunub.
Havanın temperaturu mayın 14-də iqlim normasından 2,8 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək isti, Naxçıvanda 5-10 dərəcə isti, dağlıq rayonlarda 3-5 dərəcə isti, yüksək dağlıq rayonlarda 3 dərəcəyədək şaxta, aran rayonlarında 13 dərəcəyədək isti olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?