GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Toysuz qalan şadlıq sarayları: Bu sektoru nə gözləyir?

Toysuz qalan şadlıq sarayları: Bu sektoru nə gözləyir?

Tarix: 15-05-2023, 19:18 Bölmə :Maraqlı Baxış: 539

“Toyların sayı xeyli azalıb. Əvvəllər orucluqdan sonra hər gün toy yazırdıq, indi heç o da olmadı.

Ramazandan sonra aprelin 28-30-u normal toy oldu. Qalanları 50-70 nəfərlik idi. Qonaq sayı da azalıb. 80-100 nəfərlik toy edənlər artıb. Qonaq sayı az olan toylar da şadlıq sarayı üçün elə də gəlirli deyil. 500 nəfərlik toylar indi maksimum 250 nəfərlə keçirilir. Heç vaxt Azərbaycanda olmayan haldır”. Bu sözləri bizimlə söhbətində “Xudafərin” şadlıq sarayının administratoru Səyavuş Əsgərov söylədi.

“Neolit”in administratoru Rafət Şahmarov da əvvəlki kimi sifariş götürmədiklərini deyir: “Əvvəllər mart-aprel aylarında hər ay 15-18 toy tuturduqsa, bu il 4-5 toy oldu. 600-700 nəfərlik toylar yoxdur. 200-250, maksimum 400 nəfərlə edirlər. Ayda 500-600 nəfərlik maksimum bir toy olur”.

Başqa bir neçə administratorla da söhbətləşdik. Deyirlər ki, indi çox ailə qız-oğlan toyunu bir edir. Bu da ümumi toy sayına təsir göstərir. Qiymətlərlə bağlı da insanların narazılıqları var. Bəziləri mümkün qədər imici qorumaq şərtilə uyğun qiymət təqdim etməyə çalışdıqlarını bildirdilər, “qazanc yoxdur” dedilər.

Birinin isə qeydi belə oldu: “Əvvəllər 5 müraciətdən 3-4-ü ilə razılaşırdıqsa, indi 5-indən biri ilə razılaşanda papağımızı göyə atırıq”.

Nə etmək haqqında düşünürlər? Sualımıza cavabları təxminən eynidir: “Yayı gözləyirik”.

Əslində, durum məlumdur. Mərasim evinə çevrilən, yerində market açılan və s. şadlıq sarayları var. Bəs bu sektoru nə gözləyir?

Gundemxeber.az bildirir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, toyların azalmasının bir neçə səbəbi var: “Ərzaq qiymətləri bahalaşır, şadlıq sarayları da müvafiq olaraq menyu qiymətlərini artıra-artıra gedirlər. Əhali də bunu qarşılaya bilmir. Ona görə oğlan-qız toyunu birləşdirirlər, yaxud daha az qonaqla ayrı-ayrı edirlər. Üstəlik, 300-500 nəfəri toyuna çağıran adam sonra onların toyuna getməli idi. İnflyasiya fonunda artıq adamlar görürlər ki, sonra o xərcləri qarşılamaq ciddi problemdir. Bunu görənlər az adam çağırır ki, özü də az toya getsin. Toy davranışında bu cür dəyişiklik varsa, cəmiyyət olaraq sevinməliyik. “Qonşudan geri qalma” prinsipi ilə ənənələr formalaşmışdı. Lazımsız ciddi istehlak israfı müşahidə olunurdu“.

X.Kərimli deyir ki, məlum sahəyə investisiya yatıran biznes adamları əslində, bunun olacağını görməli idilər: “Eyni ərazidə nə qədər şadlıq sarayı tikilib. O vaxt toylar çox idi, işləri də yaxşı gedirdi. Biznes qurularkən tələb-təklifin dəyişə biləcəyi proqnozlaşdırılmalıdır. Ən böyük günahları odur ki, sektorun potensialını, gücünü, perspektivini düzgün hesablaya bilməyiblər. Təbii ki, bazara gələnlər bu riskləri - bu günü də görməli idilər”.

İqtisadçı bu gün rəqabət yarandığını, qaliblərin bazarda qalacağını deyir: “Şadlıq sarayı çox, əhalinin alıcılıq qabiliyyəti isə aşağıdır. Artıq bu sahədə rəqabətlilik dövrü yaranıb. Müştərilər üçün üstünlükdür. Özlərinə uyğun və yaxşı olanı seçirlər. Rəqabətdə kim udacaqsa, sektorda qalacaq”.

Şadlıq sarayları həm də bir çoxları üçün iş yeri idi. X.Kərimli bildirdi ki, toy azdırsa, onsuz da orada çalışanların gəliri normal olmur: “Hansısa aktiv olmayan biznesin bağlanması iqtisadiyyat üçün yaxşıdır. Səmərəsiz məşğulluq iqtisadiyyata fayda gətirmir. Həmin insanlar özlərinə yeni iş tapacaqlar. İqtisadiyyat daha səmərəli şəkildə fəaliyyətini davam etdirəcək”.

İnvestorlara gəlincə isə, X.Kərimli onların fərqli sahələrə yönəlib yenə də biznes fəaliyyətlərini davam etdirə biləcəklərini qeyd edir: “Adamlar səhv hesablayıb investisiya qoyublar. İndi bazardakı durumdan dolayı səhvlərini bu və ya digər dərəcədə düzəltməyə çalışırlar. Onlar böyük investorlardır. Maliyyələri var. Perspektiv olmadığını görsələr, fərqli biznesə keçəcəklər. Bu da normal haldır”.

Marketoloq Seymur Quliyev bildirdi ki, düzgün marketinq strategiyası olan, uyğun qiymətlər təklif edənlər bazarda qala biləcəklər: “Ola bilər ki, əvvəlki qədər toy yoxdur, yaxud daha az qonaqla toylar edirlər. Bəs toy edənlər hansı şadlıq saraylarını seçirlər? Qiyməti daha münasib olanları. Bazarda qalmaq istəyənlər ilk olaraq keyfiyyəti salmadan, mümkün olduğu qədər qiymətləri aşağı edə bilərlər. Bu, insanları birinci cəlb edən məsələdir.

Eyni zamanda, düzgün marketinq strategiyası qurmalıdırlar. Oturub gözləmək yox, maraqlı, fərqli təkliflrlə çıxış etmək zamanıdır. Məsələn, qonaq sayı nə qədərdən çox olsa, ev sahibinə hədiyyə verə bilərlər - bal ayı, üzük... Həmin restoranda toyundan bir il keçən cütlükləri hansısa kampaniyaya dəvət edə bilərlər. Bütün hallarda qiymət məsələsini insanların cibinə uyğunlaşdırmalıdırlar”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu il ümumiyyətlə toy olmayacaq? - Şadlıq saraylarında son vəziyyət - ARAŞDIRMA

    Bu il ümumiyyətlə toy olmayacaq? - Şadlıq ...

    19-02-2021, 19:53

  • 
  • Bakının məşhur şadlıq sarayında toy yasa döndü

    Bakının məşhur şadlıq sarayında toy yasa döndü ...

    1-09-2015, 14:26

  • 
  • General oğluna toy etdi

    General oğluna toy etdi ...

    9-01-2014, 13:30

  • 
  • Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR OD TUTUB YANIR - 300, 600 manat...

    Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR ...

    26-05-2021, 16:44

  • 
  • Rafael Ağayev toy edir

    Rafael Ağayev toy edir ...

    6-06-2016, 12:33


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (502)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu