GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Ağ Şəhəri qara günə qoyanlar

Ağ Şəhəri qara günə qoyanlar

Tarix: 3-12-2013, 10:00 Bölmə :Maraqlı Baxış: 768
Ağ Şəhəri qara günə qoyanlar
Ötən əsrin əvvəlində qurulan fəhlə-kəndli hökuməti əsrin sonunda yerlə yeksan olandan sonra fəhlə sinfinin adını daşıyan bir küçə qalmışdı...

Amma tezliklə onun da axırı çatdı. Fəhlə sinfinin adını daşıyan bu küçə indi yalnız orta nəsil üçün “Fəhlə prospekti”dir.

Sanki taleyin ironiyasıdır...

“Fəhlə prospekti” indi fəhlə sinfinin üsyan qaldırıb hakimiyyətinə son qoyduğu kapitalistin adı ilə bağlıdır - Nobellə.
AzNews.az-ın iki sinfin mübarizəsini adının tarixçəsində yaşadan prospektdən reportaj hazırlamaq niyyətinə düşməsinə səbəb isə küçənin adı ilə deyil, taleyidir...

Bu yol hara gedir belə?

“Neftçilər” prospekti bitib “Nobel” prospekti başlayır. Zığ şosesinə qədər uzanan prospektdə sanki xeyirlə şər, ağla qara, varlı ilə kasıb, zülmətlə işıq biri-birini əvəz edir, fəhlə sinfi ilə kapitalistlər kimi...

Uzanan prospektdə əvvəlcə hər şey standartlara uyğun qurulmuş kimi görünür. Geniş küçə, sürətlə şütüyən avtomobillər, müasir piyada keçidləri, hətta keçidlərin yaxınlığında işıqforlar...

Bir sözlə, prospektin yaratdığı ilk təəssürat ölkədə gedən inkişafdan bu prospektə də pay düşməsidir.

Ancaq diqqət yetirəndə bəzi yerlərdə bolluq içində edilmiş yersiz qənaət, bəzi yerdə isə, əksinə, lazımsız artıqlıq gözə dəyir.

Alaqaranlıq küçə

Elə götürək işıqlandırma sistemini. Sistem standarta uyğun qurulsa da, sonradan meydana çıxan hansısa zərurətdən bəzi işıq dirəkləri götürülüb, yerində isə uzanan asfalt səki boyu kiçik çuxur və elektrik naqilləri qalıb. Həmin dirəklərin sonradan çıxarılaraq hara aparıldığı barədə heç bir fikrimiz olmasa da, bu, yersiz “qənaət”in heç yerinə düşmədiyi gün kimi aydındır.

Nədən ki, küçənin ilk baxışdan gözəlliyinə ziyan gətirir. Bu, bir yana. İşıqlı Bakı küçəsini də yarımqaranlıq edir. Küçə başlayan kimi, yolun sağında ilk dirək yerində olsa da, 2-ci və 3-cü dirək çıxarılıb.

Yolun sonrakı hissəsində dirəklərdən biri bir tərəfi, o biri isə digər tərəfi işıqlandırır. Bu da yolun bir tərəfinin yarımqaranlıq, digər tərəfinin isə işıqlı olduğunu göstərir.

Yolun sağı ilə irəliləyərkən isə yarımqaranlıq üçün “hesablanmış” tələ - çuxur nəzərə çarpır. Səkidə olan geniş çuxur piyadanı maşın yoluna çıxmağa məcbur edir. Piyada qaranlıqda çuxura düşməkdən xilas olub avtomobil yoluna çıxarsa, ikinci təhlükə ilə qarşı-qarşıya qalır...

Maraqlısı isə odur ki, işıq dirəkləri işıqforlardan, piyada keçidlərindən uzaqda, dayanacaqların yaxınlığında, hətta “Lunapark”ın qarşısında çıxarılıb. Bu da qaranlıqda görməni zəiflədir.

Aydındır ki, keçid olmayan, dayanacaq və istirahət məkanları yaxınlığında yolu keçmək istəyən piyadaların sayı başqa yerlərə nisbətən daha çox olur. Məhz belə yerlərdə işıq dirəklərinin çıxarılması, ya da sonradan bərpa edilməməsi nəyə xidmət edir? ...İstər-istəməz insanın qəlbinə qara, daha doğrusu qaranlıq fikirlər dolur...

Yersiz işıqfor

Prospektdə yerüstü piyada keçidləri də qoyulub, işıqforlar da. Keçidlərdə ətrafı seyr edənlər var. Küləkdən gizlənən, ya da kimisə gözləyənlər də buradan istifadə edirlər. Keçidlərin biri-birindən məsafəsi də böyük deyil. Bu da prospektdə təhlükəsizliyin təmin olunmasına şərait yaradır.

Lakin bu məsələdə də bəzi diqqətçəkən məqamlar var. Məsələn, prospektin Çevik Polis Alayının (ÇPA) qarşısındakı hissəsinə yeni işıqfor quraşdırılıb. Hələlik işlək vəziyyətdə olmayan bu işıqforun hansı zərurətdən qoyulduğu sual doğurur. Çünki bir az aralıda piyada keçidi var.

Bəlkə də piyada keçidi yaxınlığında – Çevik Polis Alayının (ÇPA) qarşısında qoyulan bu yeni işıqfor gözə qəribə dəyməzdi, qarşımıza çıxan avtobus dayanacağı yaxınlığında da işıqfor olsaydı. Bəlkə də, ÇPA qarşısına qoyulan işıqforun yeri “səhv düşüb”?

Sözügedən dayanacaqdan uzaqda bir piyada keçidi görünür. Amma işıqfor gözə dəymir. Dayanacaqda market olması bu yerin gediş-gəlişli olduğunu göstərir. Təbii ki, istər market üçün, istərsə də, dayanacaq üçün yolu keçənlər var. Onların heç biri uzaq yol qət edib piyada keçidinə getməyəcək. Elə isə, lazım olan bu yerdə işıqfor niyə qoyulmayıb?!

Mənim Ağ şəhərim

Kasıb fəhlə küçəsi varlı kapitalist prospektinə çevrilir. Bunu kasıb məhəllələri əvəz edən göydələnlər, Qara şəhəri əvəz edən Ağ şəhər aydın göstərir. Küçədəki reklamlardan o da görünür ki, İsveçli oliqarxın adını daşıyan müasir Bakı küçəsində fransız evləri də olacaq. Bir sözlə, belə görünür ki, oliqarxların fəhlə sinfinə, var-dövlətin kasıblığa qalib gəldiyi müasirləşən Avropa şəhərindəki bu prospekt bir gün işığın zülmətə, qaydasızlığın qanunlara tabe olduğu küçəyə çevriləcək. İşıq dirəyi də yerində olacaq, keçidi-işıqforu da səhv düşməyəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazir: "Azərbaycanda fəhlə çatışmır"

    Nazir: "Azərbaycanda fəhlə çatışmır" ...

    16-06-2016, 13:07

  • 
  • Beton zavodunda bədbəxt hadisə - Fəhlə öldü

    Beton zavodunda bədbəxt hadisə - Fəhlə öldü ...

    20-10-2014, 14:52

  • 
  • Bakıda fəhlə ölümü baş verib

    Bakıda fəhlə ölümü baş verib ...

    24-11-2013, 11:45

  • 
  • «DİA» holdinqdə üsyan

    «DİA» holdinqdə üsyan ...

    20-12-2012, 13:59

  • 
  • 350 fəhlə toyuq ətindən zəhərlənib

    350 fəhlə toyuq ətindən zəhərlənib ...

    27-08-2013, 10:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu