«Alov qüllələri»ndə çalışan fəhlələr 2 aydır pul almır gundemxeber.az Azərbaycanda ən böyük tikinti layihələrinin icraçısı kimi tanınan və maliyyə mənşəyi barədə yerli mətbuatda hər zaman şübhəli ifadələr işlədilən «DİA» Holdinqdə yeni fəhlə qiyamı gözlənilir. Bu barədə məlumatı holdinqin inşaat layihələrindən biri olan «Alov qüllələri»ndə çalışan fəhlələrdən biri söyləyib. Həmsöhbətimizin bildirdiyinə görə, artıq iki aydır ki, «Alov qüllələri»ndə çalışan fəhlələrə maaşlar verilmir: «Doğrudur, bəzi fəhlələr bir aydır maaş almırlar. Amma təxminən 30-a yaxın fəhlə 2 aydır ki, maaş almır. Bir müddət əvvəl Türkiyədən olan fəhlələr miqrasiya idarəsi tərəfindən ölkədən çıxarıldı. Həmin dövrdən də maaşlar verilmir». Narazı fəhlə redaksiyamıza onu da bildirdi ki, bu gün səhər saatlarında təxminən 20-yə yaxın fəhlə etiraz aksiyası keçirib, parlamentin qarşısından keçən yolu kəsmək istəyib: «Amma dərhal aksiyamıza rəhbərlik tərəfindən reaksiya verildi. Amma vəd formasında. Dedilər ki, maaşımız həftə sonuna qədər veriləcək. Qabaqdan bayram gəlir. Əgər maaşlarımızı ala bilməsək, bayramı boş süfrə ilə qeyd etməli olacağıq».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?