Gundemxeber.az » Maraqlı » Aksiyaya qatılan şəxslərin hər birindən nə qədər qan alınır?
“Ölkəmizdə 1 500-dən artıq talassemiya xəstəsi var ki, onlara iki-üç həftədən bir qan köçürülür”.
Gundemxeber.Az xəbər verir ki, bu sözləri Təzəpir məscidində keçirilən qanvermə aksiyasında Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, paytaxtda qanvermə aksiyasına 160 personal cəlb edilib:
“Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda səkkiz məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir”.
Qumral Vəliyeva qeyd edib ki, 18-65 yaş arası, çəkisi minimum 50 kiloqram olan sağlam şəxslər qan verə bilərlər.
Qanvermədə iştirak edən vətəndaşlardan təxminən 450 millilitr qan götürülür. Onun sözlərinə görə, kimin qan verib-verməyəcəyi həkim müayinəsindən sonra qərarlaşdırılır. Vətəndaşların öncə təzyiqləri, hərarətləri ölçülür və bundan sonra vətəndaşın qan verə biləcəyi müəyyənləşir”.
Qumral Vəliyeva sonda deyib ki, qan daimi ehtiyacdır və hər zaman könüllü qan verənlərə ehtiyacları var.
Gundemxeber.az
1-10-2017, 21:45
20-09-2018, 14:54
30-08-2020, 01:00
29-09-2020, 16:02
7-04-2020, 13:27
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?