GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Telekanallarımızdakı bərbad dublyajın səbəbləri nədir?

Telekanallarımızdakı bərbad dublyajın səbəbləri nədir?

Tarix: 4-12-2013, 18:16 Bölmə :Maraqlı Baxış: 1 641
Telekanallarımızdakı bərbad dublyajın səbəbləri nədir?
Mədəniyyət Nazirliyimiz də var, «Mədəniyyət» adlı kanalımız da, bu adda qəzetimiz də, amma…

Bu gün üzü hara gedirik, bunu bir Allah bilir... Əlqərəz yorulmadan ağız dolusu Azərbaycanda mədəniyyətin inkişafından dəm vururuq. Əməkdar artistimiz də çoxdur. Xalq artistimiz də, nanayçımız da. Mədəniyyət nazirliyimiz də var, «Mədəniyyət» adlı kanalımız da, bu adda qəzetimiz də. Elə «mədəni» insanlarımız var ki, Qərb təfəkkürü və həyat tərzi ilə yaşayıb bizlərə yuxarıdan aşağı baxır, amma mədəniyyət xatirinə bizlərə salam verirlər.

Mədəniyyət və İncəsənət Universitetimiz də var. Amma orada da tələbələrə heç nə öyrədilmir. Telekanallarımzda gedən verilişlər də mədəniyyətimizin səviyyəsindən xəbər verir. Şou əhlinin səviyyəsinə baxanda mədəniyyətimizin impontetə çevrildiyini görürük. İndi deyəcəksiniz ki, impotensiya kişilərin dərdidir, bunun telekanallardakı verilişlərə və mədəniyyətimizə nə dəxli var? O gün «Mədəniyyət» telekanalında xalq şairi Cabir Novruzun həyat və yaradıcılığı ilə bağlı verilişə baxanda kövrəldim və bu nostalji duyğusu itirdiyimiz mədəniyyətimizin bəzi telekanallar tərəfindən yaşadılmasına baxanda qəlbimdəki ümidlər işıq saçdı. Həqiqətən də, bu gün Azərbaycan ziyalısı ucuz, mentalitemizə zidd teleseriallardansa, belə verilişlərin aclığındadır. Televiziya verilişləri, orada verilən reklamlar, teleşirkət rəhbərlərinin özıərinin apara bilməyib, gündəmə sənətləri ilə yox,sevgi macəraları ilə gəlişi mədəniyyətimizin tənəzzülündən xəbər verir. Bu dün bir ali məktəb müəllimi auditoriyadan çıxarılıb teleşirkət rəhbəri gətirilirsə,artıq sözə ehtiyac yoxdur.
Teleserialdan söz düşmüşkən, bu gün bu sahədə böyük boşluqlar var. Təsəvvür edin ki, xarici film rus və türk dillərinə dublyaj olunur. Bu dublyaj elə səviyyəli şəkildə aparılır ki, bunun başqa dövlət tərəfindən çəkildiyinə və dublyaj edildiyinə inanmaq belə mümkün deyil. Amma bizdə... Bizdə dublyaj o qədər biabırçı şəkildədir ki, bu sahədə axsaqlığımız gözlə aydın görünür. Buna isə səbəb bu sahəyə lazımi qayğı göstərilməməsi,qeyri peşəkarların az pulla,daha doğru desək tula payı ilə bura cəlb edilməsidir. Bəzən də elə olur ki, telekanal işçiləri pulsuz bu işə cəlb olunurlar. Bu səbəbdən də səsləndirilən səslər insanda ikrah hissi oyadır. Sözsüz ki, bu işin öz professionalları var. Dublyajda iştirak edənlərdə yüksək aktyorluq bacarığı olmalıdır. Yoxsa bu gün heç bir ali təhsili olmayanlar telekanallara işə götürülür, hətta dublyaja belə cəlb edilir. Bu gün xarici ölkə kinomatoqraflarının istehsal etdiyi cizgi, sənədli və bədii filmlər, seriallar tamaşaçılara çox bərbad şəkildə təqdim edilir. Bu bərbadlıq özünü hətta türk seriallarının dublyajında da bariz şəkildə göstərir. Azərbaycan Respublikasının «Dövlət dili haqqında» qanunun 6-cı maddəsində göstərilir ki, televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır».
Amma təəssüflə qeyd etməliyik ki, bu qanun da bir çox qanunlarımız kimi qanunlar qəbirstanlığında, ölü qanunlar sırasında qalıb və ona əməl olunmur. Tərcümələr zamanı Azərbaycan dilinin qrammatik qanunları pozulur və insanda belə bir fikir yaradılır ki, bu tərcümələri Azərbaycan dilini bilməyənlər edir, bu işlə qeyri-professionallar məşğul olur. Gəlin bir anlıq xatırlayaq ki, dublyajlara məmləkətimizdə nə zamandan icazə verildi? Qeyd edək ki, mərhum dövlət başçısı Heydər Əliyevin «Azərbaycan dili haqqında» mövcud fərmanından sonra bütün televiziya kanallarında dublyaj redaksiyaları öz fəaliyyətini başladı. Lakin əfsuslar olsun ki, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və maddi vəsait ayrılsa da, təqdim olunan işlər və son nəticələr ürəkaçan deyil. Belə ki, tərcümə ilə yanaşı aktyor truppasının seçilməsi və səsləndirmələr də qənaətbəxş deyildir. Aktyorlar obraza uyğun düz seçilmir, səslər obraza uyğunsuz olur. Dublyaj olunan zaman tərcümə zamanı sözlər təkrarlanır, dilimizin ahəng qanununa riayət olunmur. Sözsüz ki, bütün bunların günahkarı isə dublyaj direktoru ilə yanaşı tərcüməçi ilə redaktor heyətidir. Xarici filmləri qoyaq bir kənara, bəs türk serialların dublyajı nədən belə acınacaqlı haldadır? Elə bir telekanallar yoxdur ki, oranın dublyajını yaxşılar kimi nümunə göstərək. Süni danışıq, pafoslu sözlər, obraza uyğun gəlməyən səslər ən sevdiyimiz serialdan belə bizi uzaqlaşdırır. Rusiyada, Turkiyədə dublyaj zamanı hər obrazı ayrı-ayrılıqda müxtəlif aktyorlar səsləndirirlər. Sözsüz ki, aktyor seçimi zamanı da yaş və obraz xüsusiyyətləri nəzərə alınır. Amma bizdə...
Əgər xatırlayırsınızsa, Türkiyə telekanalı ilə «Gümüş» serialı verilirdi. Sonra bu serialı ərəb telekanalında ərəb dilinə tərcümə ilə dublyaj etdilər. Həmin filmə baxanda elə zənn etmək olar ki, bunu ərəblər dublyaj etməyiblər, elə özləri çəkiblər. Tərcümə, səs tembri və digər xüsusiyyətlər o qədər professional idi ki... Amma bizdə dublyaj olunan türk serialına baxanda insan dəhşətə gəlir. Bu gün Mədəniyyət və İncəsənət Universiteti çoxsaylı tələbə hazırlayır. Bakı Dövlət Universitetinin filalogiya fakültəsində də bu sahədə professional gənclər hazırlanır. Lakin maraqlıdır ki, bu istedadlı gənclər dublyaj studiyalarında işə götürülmürlər. Nəticədə isə uşaq obrazını yaşlı əmilər səsləndirir, mülayim xanım obrazını da... Bir məqamı da qeyd edək ki, inkişaf etmiş bir çox ölkələrdə belə bir praktika da var ki, bütün filmi cəmi bir neçə professional aktyor səsləndirir. Lakin bu o qədər professional şəkildə olur ki, tamaşaçı bir nəfərin 5 obrazı səsləndirdiyini anlaya belə bilmir. Azərbaycan dublyajında nəzərə çarpan ən böyük səhvlərdən biri də tərcümə zamanı aktyorların səslərində heç bir emosiyanın hiss olunmamasıdır.
Təsəvvür edin ki, mübahisə edən iki şəxsin səsi tərcümə zamanı elə həlim və sakit çıxır ki, zənn etmək olar ki, onlar dalaşmır, qucaqlaşıb, öpüşürlər. O gün Türkiyə serialı olan «Asi»nin dublyajını seyr edirdim. Orada Asi abla, bizim dilimizə «Asi bacı» - deyərək tərcümə edilmişdi. Unudulurdu ki, bizdə bacı sözünün əvvəlində ad işlənmir. Kim evdə bacısını: «Səmra bacı, Lalə bacı» - deyə çağırır. Qeyd edək ki, dublyaj səslər üzərində qurulmuş sənətdir. Dublyajın özü də mədəniyyətin bir hissəsidir. Burada aktyor oyunu, onun səsi, texniki manevrləri çox böyük önəmə malikdir. Hər bir telekanalın nəzdində dublyaj studiyası var. Bu studiyanın baş direktorları da var, işçiləri də, tərcüməçi və redaktorları da. Bu studiyalara xüsusi vəsait də ayrılır. Lakin dublyajlar göz qarşısındadır. Hər bir efir məkanı həmin xalqın mənəviyyatından, mədəniyyətindən, dünyagörüşündən xəbər verir. Dublyaj olunan filmlərə və bayağı verilişlərə baxanda isə həqiqətən də mədəniyyətimizin mədəni dirçəlişə ehtiyacı olduğunu görürük.
Sunay Həsənova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədəniyyət və Turizm İdarəsində yeni təyinat

    Mədəniyyət və Turizm İdarəsində yeni təyinat ...

    27-01-2016, 13:35

  • 
  • Mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI

    Mədəniyyət xadimlərinə fəxri adlar verildi - ...

    30-12-2015, 23:53

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Ağstafada mədəniyyət işçilərinin maaşları kəsildi

    Ağstafada mədəniyyət işçilərinin maaşları kəsildi ...

    20-01-2013, 13:05

  • 
  • Bakı Mədəniyyət və Turizm İdarəsində maaş böhranı

    Bakı Mədəniyyət və Turizm İdarəsində maaş böhranı ...

    25-11-2013, 17:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu