GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bank reklamları vətəndaşları çaşdırır, yoxsa...? (ARAŞDIRMA)

Bank reklamları vətəndaşları çaşdırır, yoxsa...? (ARAŞDIRMA)

Tarix: 6-12-2013, 18:09 Bölmə :Maraqlı Baxış: 845
Bank reklamları vətəndaşları çaşdırır, yoxsa...? (ARAŞDIRMA)
Bank mütəxəssisi: "Aldanma halları baş verirsə, bu bankların səhvi yox, vətəndaşların maliyyə savadsızlığından irəli gəlir"

Azərbaycan Ölkənin bank sektorunda kredit faizlərinin dərəcələrinin aşağı salınması ilə bağlı işlər görülsə də, yenə də qonşu dövlətlər və Avropa ölkələri ilə müqayisədə bu dərəcələr çox yüksəkdir. Məsələn, Avropada kredit almaq istəyən şəxs götürdüyü məbləğin 2-6 % civarında əlavə vəsait ödədiyi halda, bizdə bu rəqəm iki, bəzən də üç dəfə yuxarı olur. Bundan başqa bir çox bank reklamlarında faizlərdə bir müddətlik endirimlər və ya dəyişikliklər olduğunu söyləyirlər. Təbii ki, əhali də reklamda qeyd olunan faizlərlə daha sərfəli kreditlər əldə edə bilmələri üçün həmin banklara müraciət edir. Bizə daxil olan şikəyətlərdən də anlamaq olur ki, bəzi banklar əhalini çaşdıra biləcək reklam üsullarından istifadə edirlər. Həmçinin kredit verilərkən komisyon haqlarının əlavə olaraq müştərinin kredit məbləğindən çıxılması kimi hallar da müşahidə olunur.

Ekspertlərin araşdırması isə göstərir ki, müştərilərin əksər hissəsi kredit müqavilələrini oxumadan müqaviləyə qol çəkirlər. Əslində onlar bankların aldadıcı elanlarına inanaraq gəlirlər və daha ağır şərtlərlə hazırlanmış kredit müqavilələrinə özləri də bilmədən imza atırlar. Bu da bankların vətəndaşları aldadaraq onlardan daha çox vəsait almasına gətirib çıxarır. Burada uduzan tərəf isə vətəndaşlar olur.

Bank mütəxəssisi Ramil Bayramov ANS PRESS-ə açıqlamasında bildirdi ki, belə hallar baş verirsə, bu bankların səhvi yox, vətəndaşların maliyyə savadsızlığından irəli gəlir. Bank nümayəndəsinin fikrincə, bank sahəsində ağır terminlərin olması da vətəndaşlarda bəzən çaşqınlıq yaradır:

"Bizim bankın saytında bank kreditləri və faiz dərəcələri ilə bağlı ətraflı məlumatlar yerləşdirilir. Ola bilər ki, bu məlumatlar vətəndaşlar tərəfindən düzgün anlaşılmır. Bizim bank saytımızda kreditin düsturu da verilir. Müştəri bank mütəxəssisinə yaxınlaşdıqda, ona ətraflı məlumat verilir. Mən düşünmürəm ki, bu faiz hesablanarkən faizin göstəriləndən yuxarı göstərilməsi halları olsun. Əgər bu cür hallar baş verirsə, deməli bu müştərinin maliyyə savadsızlığından irəli gəlir. Çünki bank mütəxəssisi daha dəqiq hesablayır və orada səhv etimalı yoxdur".

Mərkəzi Bankın İnkişaf departamentinin sədri Asim Cahangirov isə ANS PRESS-ə müsahibəsində, ölkədə vətəndaşların maliyyə savadlılığını artırmaq üçün genişmiqyaslı işlərin görüldüyünü söylədi:

"Artıq bu maliyyə savadlılığı ilə bağlı məlumatlandırıcı bukletlər hazırlamışıq. Biz bu təbliğatı sosial şəbəkələr vasitəsi ilə də yayırıq. İnsanlar bankların faiz dərəcələrini Mərkəzi Bankın təqdim etdiyi faiz kalkulyatorları ilə də müəyyənləşdirə bilərlər. Bu isə vətəndaşların yanlış hesablamarının və yaranan səhvlərin qarşısını ala bilər. Mərkəzi bankın əsas fəaliyyəti ona yönəlib ki, vətəndaşların aldanma halları baş verməsin".

Qeyd edək ki, vətəndaşların hüquqları “Reklam haqqında” qanun və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunan əsasən qorunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi

    İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi ...

    18-11-2013, 12:40

  • 
  • Əhalinin banklara 750 milyon manat borcu var

    Əhalinin banklara 750 milyon manat borcu var ...

    13-12-2013, 15:07

  • 
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Azərbaycanda kredit almaq çətinləşəcək.

    Azərbaycanda kredit almaq çətinləşəcək. ...

    19-08-2015, 11:30

  • 
  • Manatla kredit verən banklar məlum oldu - SİYAHI

    Manatla kredit verən banklar məlum oldu - SİYAHI ...

    1-04-2015, 21:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu