GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Qış qapıda - evlərdə istilik olacaqmı?

Qış qapıda - evlərdə istilik olacaqmı?

Tarix: 26-10-2023, 00:42 Bölmə :Maraqlı Baxış: 706


bitmap-img6

“Payız-qış mövsümünə hazırlıq çərçivəsində işlərin böyük qismi yekunlaşıb”

“Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb. Bu barədə qurumdan bildirilib. Məlumata görə, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla bağlı “Azəristiliktəchizat”ın əməkdaşları Cəmiyyətdə işlədiyini təsdiq edən vəsiqəni təqdim etdikdən sonra müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surətini təqdim etməyini xahiş edir. Müvafiq sənədlər əsasında “Azəristiliktəchizat” və istehlakçı arasında müqavilə imzalanır.
Sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.  Ümumiyyətlə, Bakıda mərkəzləşmiş istilk sisteminə qoşulmuş neçə bina və müəssisə var? Müqavilə bağlanması mənzillərin istiliklə təmin olunacağına təminat verirmi? 
Qeyd etmək yerinə düşər ki, ötən il bəzi binalarda və orta məktəblərdə istilik təchizatı ilə bağlı narazılıq olmuşdu. Əsasən də bölgə məktəblərində vəziyyət o həddə çatmışdı ki, valideynlər övladlarını tədrisdən uzaqlaşdırmağa məcbur qalmışdılar. Bəs bu il necə, yenə də həmin problemlər müşahidə ediləcəkmi?
Nəzərə çatdıraq ki,  “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparılıb və 214 yaşayış binası, 37 təhsil müəsisəsi və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlər olduğu müəyyən edilmişdi.

Elvin Basqallıya bu qurumda vəzifə verildi

Elvin Basqallı

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Yeni Müsavat”a dedi ki, yalnız Bakı üzrə yox, bütün Azərbaycanda mərkəzlışdirilmiş istilik xidməti və istisu təchizatı xidməti göstərilir: “Ona görə də ümumi deyim ki, 180 mindən artıq mənzil mərkəzləşdirilmiş qaydada isidilir. Bu müqavilə ilk növbədə əhalinin istehlakçı hüquqlarının öz maraqlarına uyğundur. Çünki burada onların hüquq və öhdəlikləri tam şəkildə izah olunur.
Bağçaların 6, məktəblərin isə 8 faizi “Azəristiliktəchizat” ASC tərəfindən istilik xidməti ilə təmin olunur. Digərləri isə həmin məktəblərin öz qazanxanaları vasitəsilə isidilir. Ötən il də “Azəristiliktəchizat” ASC tərəfindən istilik xidməti göstərilən məktəblərlə bağlı heç bir problem olmamışdı. Hansısa məktəbdə problem olanda ilk olaraq ağıla bizim qurum gəlir. Amma bilin ki, nə təhsil müəssisələrinin, nə də səhiyyə obyektlərinin heç də hamısı “Azəristiliktəchizat” ASC tərəfindən istilik xidməti ilə əhatə olunmayıb. Ümumilikdə ölkə üzrə 3871 yaşayış binası, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2224 sosial və təsərrüfat obyekti “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunur. Əlavə olaraq qeyd edim ki, bu gün Bakı Şəhər Təhsil İdarəsində da geniş bir görüş keçirildi. Orada “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəliyev də iştirak etdi. Bu görüş məktəblərin keyfiyyətli istilik xidməti ilə təmin olunması məqsədilə təşkil olunub. Payız mövsümü üçün hazırlıqlarımız davam edir".
Qurum rəsmisi əlavə edib ki, noyabrın 1-dən Azərbaycanın 14 dağlıq rayon və şəhərində istiliklə təmin olunmaya start veriləcək. Noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik təminətı həyata keçiriləcək: "Artıq payız-qış mövsümünə hazırlıq çərçivəsində işlərin böyük bir qismi yekunlaşıb. Bizə ən çox verilən suallardan biri odur ki, mərkəzləşdirilmiş istilik sistemindən istifadə edilmədiyi halda abonentlərin siyahısında müvafiq qeydiyyat aparılması üçün nə etmək lazımdır. Bu zaman bildiririk ki, əgər abonentin yaşadığı bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmasına baxmayaraq, mənzili digər vasitələrlə (kombi və s.) qızdırıldığı və mənzildə mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunmursa, bu zaman mənzildən keçən istilik xətləri - dik dayaqlar toxunulmaz qalmaq şərti ilə qızdırıcı cihazlar şəbəkədən ayrılmalı və “Azəristiliktəchizat” ASC-yə bu barədə müraciət edilməlidir. “Azəristiliktəchizat” ASC-nin əməkdaşları tərəfindən Sizin iştirakınızla mənzilinizə baxış keçirilib bu barədə müvafiq akt tərtib edilərək Abonent və Müştəri Xidmətlərində mənzilinizdə mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunmaması ilə bağlı müvafiq qeydiyyat aparılacaq.
O ki qaldı yeni tikilən binaların istiliklə təminatı məsələsinə, “Azəristiliktəchizat” ASC-nin balansında 3781 yaşayış binası var. Onlardan bir neçəsi də MTK-lara məxsusdur. Yəni təcrübəmizdə belə hallar qeydə alınıb. Həmin yeni tikililərin məxsus olduğu MTK-lar bununla bağlı quruma texniki şərt almaq üçün müvafiq müraciət etməlidir. Əgər yaxınlıqda istilik mənbəyi,  yəni qazanxana varsa və həmin binanın istiliklə təminatı digər mənzillərin istilik təminatında keyfiyyətə mənfi təsir etməyəcəksə, müraciətə müsbət cavab verilə bilər".


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İstilik tarifi artırılır? - AÇIQLAMA

    İstilik tarifi artırılır? - AÇIQLAMA ...

    13-10-2015, 11:36

  • 
  • Azərbaycan qış mövsümünə keçdi

    Azərbaycan qış mövsümünə keçdi ...

    16-11-2013, 23:44

  • 
  • Azərbaycanda elektrik enerjisi və qaz təchizatına nəzarət sərtləşdirilir

    Azərbaycanda elektrik enerjisi və qaz təchizatına ...

    17-07-2018, 14:22

  • 
  • "Azəristiliktəchizat"ın fəaliyyətində CİDDİ NÖQSANLAR

    "Azəristiliktəchizat"ın fəaliyyətində ...

    31-07-2017, 18:40

  • 
  • “Azəristiliktəchizat” ASC –də mübhəm TALAN

    “Azəristiliktəchizat” ASC –də mübhəm TALAN ...

    17-01-2014, 12:10


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (170)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu