GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanın qış turizmi əhalini niyə “isidə bilmir”?

Azərbaycanın qış turizmi əhalini niyə “isidə bilmir”?

Tarix: 9-12-2013, 08:02 Bölmə :Maraqlı Baxış: 1 303
Azərbaycanın qış turizmi əhalini niyə “isidə bilmir”?
Roma və Qəbələdə bir həftəlik istirahət eyni qiymətədir; Azərbaycanın qış turizmi əhalini niyə “isidə bilmir”?
Evində məktəbli uşaqları olan ailələrə tanış mənzərədir: məni qış tətilində hara aparacaqsınız? Valideynlərinin maddi durumundan, qazancından, iş şərtlərindən asılı olmayaraq, hər bir uşağın öz tətilini maraqlı keçirmək arzusu var. Yerli qəzetlərə, televiziyalara baxanda da... adamda elə təəssürat yaranır ki, Azərbaycanın az qala bütün bölgələrində qış turizmi üçün şərait var. Xizək şəkilləri, dağların başındakı istirahət guşələri, dəbdəbəli komplekslər...

Doğrudanmı bütün bunlar sıravi azərbaycanlı üçün nəzərdə tutulub?

“Biz iki il əvvəl risk edib, qışda Qaxdakı bir istirahət kompleksinə getdik. Bayırdan baxanda kompleks göz oxşayır, reklamını da yaxşı ediblər, səsi Bakıya gəlib çıxır. Amma elementar otağın qızdırılması normal qaydada deyil. Kombi sistemi yoxdur, kondisionerlə otağın tam qaydada qızdırılması isə mümkün deyil. Ailəvi getdiyimiz istirahətdə uşaq xəstələndi, biz də geriyə qayıtmaq məcburiyyətində qaldıq”.

Elnur Məhərrəmov adlı müsahibimiz hesab edir ki, Azərbaycanın bölgələrində heç yay istirahəti normal təşkil olunmayıb, onda qala qış. Onun sözlərinə görə, bəlkə də hansısa lüks otellərdə hər şey mükəmməldir, amma bunun üçün tələb olunan pullarla gedib xarici ölkələrdə istirahət etmək mümkündür.
Xarici ölkələrdə isə vəziyyət fərqlidir. Məsələn, dünyanın ən gözəl qış turizm mərkəzləri aşağıdakılardır:

1. “Vistler Bləkkomp” (Kanada) - Burada dünyada ən dik xizəksürmə yolları yerləşir. Mərkəzdə cürbəcür kafelər, buz içində restoran var. Burada Çin, Fransa. Yunanıstan, İtaliya, Meksika, Tailand və Aralıq dənizi mətbəxləri təklif olunur.

2. “Kitzbuhel” (Avstriya) - Həm də Alp incisi adlanan bu düşərgənin 700 illik tarixi var.
Dünyanın ən qədim turizm mərkəzlərindən olan Kitzbuhel həm də orijinallığı ilə seçilir.

3. “Zermatt” (İsveçrə) - burada dünyanın ən böyük dağ liftləri yerləşir.

4. “Vail” (ABŞ-Kolorado) - burada dünyanın ən böyük xizəksürmə meydançası yerləşir. Turizm mərkəzində həmçinin çoxlu sənət qalereyaları, hokkey meydançaları, muzeylər var.

5. “Banff Alberta” (Kanada) - bu turizm mərkəzinin əsas özəlliyi Luis gölü ətrafında dağlıq ərazidə yerləşməsidir.

6. “Şamonix Mont-Blank” (Fransa) - 1924-cü il Qış Olimpiya Oyunları burada keçirilib. Alp dağlarının ikinci ən yüksək zirvəsi də turizm mərkəzinin ərazisindədir.
7. “Styuve” (ABŞ-Yeni İngiltərə ştatı) - burada 90 fərqli mağaza və 60 restoran fəaliyyət göstərir.

8. “Tremblant” (Kanada) - Bu düşərgəni Kanadanın ən böyük şəhəri olan Monrealdan 1 saatlıq yol ayırır.

9. “Kortina” (İtaliya) - 1956-cı ildə Qış Olimpiya oyunlarına səhnə olmuş Kortina həm də ən qədim qış düşərgələrindəndir.

10. “Apsen” (ABŞ-Kolorado) - Burda uca dağlarla dərin kanyonlar vəhdət təşkil edir.
Turizm şirkətlərindən etiraf: qışda turizm zəifdir, çünki...

Qış mövsümündə turlar əsasən Şəki, Quba, Zaqatala və Balakən istiqamətində təşkil olunur. Təşkil olunan səfərlər yalnız gəzinti xarakteri daşıyır və istirahətin tam təşkil olunması üçün dağ xizək mərkəzlərinin çatışmazlığı hiss olunur. Bunu turizm şirkətləri arasında apardığımız rəy sorğuları zamanı öyrəndik. Məlum oldu ki, paytaxt Bakıdan uzaq regionlara qrup şəklində səyahətlər nisbətən az təşkil olunur. Buna səbəb də yolların qış aylarında qənaətbəxş vəziyyətdə olmamasıdır. Maraqlıdır ki, bəzi şirkətlər istənilən regionda mehmanxanalarda yer sifariş edirlər, lakin şaxtalı havalarda turistlərin həmin yerə çatmasını təşkil etmirlər.

Turizm mütəxəssislərinin bildirdiyinə görə, Azərbaycanda Bakı-Abşeron, Şəki-Zaqatala, Astara-Lənkəran bölgəsini daha çox inkişaf etmiş turizm zonası hesab etmək olar. Quba-Xaçmaz bölgəsi də hər zaman turistlərin diqqət mərkəzində olub. Gəncədə isə turizmin inkişafı zəifdir.

Hesab edək ki, qışda turizmin inkişaf etdiyi bölgələrə səfər etdiniz. Məsələn, Şəkiyə. Araşdırmalarımıza görə, buradakı otellərdə səhər yeməyi verilən iki nəfərlik sadə otaqlar əvvəlki kimi 90 manata, lüks otaqlar isə 150 manata təklif edilir. Səhər yeməyi verilməyən köhnə tipli otellərdə isə bir nəfərlik otaqda 30 manata, iki nəfərlik otaqda isə 50 manata qalmaq olar. Burdakı otellərin demək olar ki, hamısında ənənəvi menyu var - Şəki pitisi.
Amma Xəzər dənizi sahillərindəki istirahət obyektlərində, habelə yayın populyar istirahət zonası olan Nabranda da istirahət obyektlərinin böyük əksəriyyəti qışda öz fəaliyyətini dondurur. Fəaliyyət göstərən məkanlarda isə otaqların qiyməti 25-80 manat arasında dəyişir.

Qaxdakı istirahət obyektlərində də lüks otağın qiyməti 80-90 manatdır.

İmkanlı həmvətənlər qışda Dubaya, Fransa və Türkiyəyə gedirlər

Xatırladaq ki, Azərbaycanda son illərdə yeni bir xidmət də populyarlıq qazanıb. Bu, bir günlük-iki günlük-üçgünlük turlardır. Bəzi turizm şirkətləri ölkə daxilindəki bəzi rayonlara belə qısamüddətli turlar təşkil edirlər. Amma burada da qiymətlər yeməklərin sayından, göstərilən xidmətdən asılıdır. Söhbət yerli turistlərin avtobuslarla Nabrana, Masallıya və ya Qəbələyə aparılmasından gedir. İstirahət proqramı çərçivəsində turistlərə gündə iki dəfə yemək verilir. Yeməkdən imtina edənlər özləri ilə gətirdiyi yeməklə qidalanırlar. Amma bu sayaq turların normal qiyməti 50 manatdır. İki-üç günlük turlar isə müvafiq olaraq 100-150 manatdır.

Amma qış istirahətindən danışıb, Gürcüstanı yada salmamaq olmaz. Çünki Azərbaycanda insanlar qış tətilini daha çox Tiflisdə keçirməyə üstünlük verirlər. Burada bir həftəlik ailəvi istirahət 600-700 manatdan baha başa gəlmir. Azərbaycanda qış tətili üçün daha çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Fransaya getmək istəyirlər. Dubaya, İstanbula, Türkiyənin Uludağ, Sarıqamış, Qartəpə, Qartalqaya kimi xizək mərkəzlərinə gedənlərin sayı daha çoxdur.

Xarici ölkələr arasında ən ucuz qiymətlər Gürcüstana və İstanbula olan paketlərdir. Belə ki, İstanbul 6 gün 5 gecə, hər şey daxil olmaqla (gündə 3 dəfə yemək, Yeni il gecəsi şou, konsert bileti və s) 595 AZN, Gürcüstan 420 AZN, Uludağ 780 AZN-dən başlayan qiymətlərlə təqdim olunur. Dubaya eyni şərtlərlə səyahət isə 465-500 AZN-dən başlayır.
Qışda imkanı olanlar daha çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Fransaya getmək istəyirlər. Dubaya, İstanbula, Türkiyənin Uludağ, Sarıqamış, Qartəpə, Qartalqaya kimi xizək mərkəzlərinə gedənlərin sayı daha çoxdur.

Heç Avropa da Azərbaycancan baha sayılmaz. Məsələn, yeni ili Romada keçirmək istəyənlərə 876 AZN-dən (iki nəfər), Qəbələni seçənlərə isə 2 gün, 3 gecə yeməklər daxil olmaqla 810 AZN-dən başlayan qiymətlərlə istirahət təqdim olunur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Parisdə 990, Qəbələdə isə 1100 manata istirahət

    Parisdə 990, Qəbələdə isə 1100 manata istirahət ...

    27-06-2013, 14:03

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu