Gundemxeber.az » Maraqlı » Təhlükəli asteroid Yer kürəsinə yaxınlaşır
Diametri təxminən 500 metr olan böyük asteroidin fevralın ikisi Yerin yanından keçəcəyi ehtimal olunur.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Astronomiya Muzeyinin mətbuat xidməti məlumat yayıb.
2008 OS7 adlanan asteroid Bakı vaxtı ilə saat 18:40-da təxminən 2,85 milyon kilometr məsafədə Yer kürəsinin yanından keçəcək. Diametri 210 ilə 480 metr arasında olan kosmik cismin sürəti 18,2 kilometr/saat təşkil edir.
Qeyd olunub ki, astronomik obyekt Yerin atmosferindən kənar keçəcək və buna görə də bəşəriyyət üçün təhlükə üz verməyəcək.
Eyni zamanda, alimlər 2008 OS7-ni potensial təhlükəli asteroid kimi təsnif ediblər, onun uçuş yolu Yerin orbitinə 7,5 milyon kilometr məsafədə yaxınlaşıb.
Gundemxeber.az
4-03-2016, 12:10
1-06-2013, 02:02
8-02-2016, 14:53
1-11-2015, 12:54
20-10-2015, 11:42
Sorğu
Yeni dizaynımız necədir?